Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə20/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   59
"Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kutiləri darmadağın etdim, onu xilas edə bilməyən müttəfiqini - sak İşpakayın ordusunu əzdim".

Mannanın süqutu kutiləin (oğuzların) Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme (Toxtamış) kimi çəkilən sak hökmdarı Aşşur mənbələrində "Saka və Qutium hökmdarı" kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər (oğuzlar) artıq həmin dövrdən saklara tabe olmuşdular. Yəni saklar Mannanın faktiki hakiminə çevrilmişdilər. Söhbət gerçək saklardan gedir.

Təqribən eyni dövrdə Azərbaycanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə yaşadıqları üçün ümumiləşdirici "sak" adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən, kutilrin, yəni oğuzların bir qolu olan işquzlar (iç oğuzlar) idilər. Aşşur mənbələrində Partatua (yunan mənbələrində Prototiy, fars mənbələrində Əfrasiyab, türk mənbəlrində Alp Ər Tonqa) və oğlu Madiy (Maday) işquzların hökmdarı kimi təqdim olunurlar. Bunlar psevdo, yəni yalançı saklar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu arasında Mannanın və kutilərin (oğuzların) mirası, yəni taxt-tacı uğrunda amansız, qanlı mübarizə başlayır.

Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer-iskit-sak qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Artıq qeyd etdiyimiz kimi, bu, Manna hökmdarı Ahşerinin dövründə (e.ə. 675 - 650) baş vermişdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və qələbə çaldı.

Əslində həmin dövrdə aşşurların vəziyyəti də yaxşı deyildi. Belə ki, bu hadisədən çox-çox öncə, daha dəqiq desək, e.ə. Vlll əsrin ikinci yarısından etibarən güclənməyə başlayan babillilər Aşşura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.

E.ə. 720 - ci ildə Der qalası yaxınlığında elamlılarla aşşurlar arasında qanlı müharibə baş verdi və aşşurlar məğlub oldular. E.ə. 716 - cı ildə Urartu hökmdarı Rusa aşşurların zəifləməsindən istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər-qalasını işğal etdi, e.ə. 715 - ci ildə isə Maday hakimi Dayukku əsir alındı. Həmin döyüşdə Mannadan müstəqilliyə can atan Saqarta (Zikkertu) və Andiya əhalisi, yəni saklar və andiyalılar urartulularla eyni mövqedən çıxış edirdilər.

Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Aşşur hökmdarı ll Sarqon Saqarta və Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. ll Sarqon Urartu ordusunu da məğlub edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi, əvəzində isə Urartu hökmdarı l Rusa əsir edildi. Həmin döyüşdə saklar da Manna tərəfdən Urartuya qarşı çıxış edirdilər və Rusanın məğlub edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Urartunun böyük bir hissəsi sakların hakimiyyəti altına keçdi. Bu barədə Strabon yazır:

"Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yürüşıər təşkil edirdilər. Beləcə. onlar Baktriananı (indiki Özbəkistan və Əfqanıstanın şimal – qərbi) və Ərməniyyənin (Urartu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz adları ilə Sakasena adlandırdılar. Onlar Kappadokiyaya... qədər çatdılar."

Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, saklara şamil edilən kimmer adı əski ənənəçilikdən qaynaqlanmışdır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi. Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.

E.ə. 710 - ci ildə ll Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona kömək üçün müraciət etdi. Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi.

E.ə. 705 - ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk - apla - iddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda, eləcə də Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər. E.ə. 700 - cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693 - cü ildə, Aşşur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular. Məhz həmin dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay (Işbara xan), Tuqdamme (Toxtamş xan) və Sandakşatru (Sandaqaç Şad) kimi hökmdarlarının adı məlumdur.

Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar (madaylar) da, saklar da, yəni həm kimmer-saklar həm də işquzlar tədricən əsas tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urartuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın (Alp Ər Tonqann) isə aşşurların müttəfiqi kimi çıxış etdiyi məlumdur.

Alimlərin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki işquzları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər. Şamil Cəmşidovun fikrincə, həmin mənbələrdəki işquzlar İç Oğuza, aşquzlar isə Daş Oğuza mənsub oğuzlardır. Şübhəsiz ki, alim tam haqldır və biz onun bu fikrini paylaşrıq. Məhəmməd Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Franqrasyan", Firdovsinin "Şahnamə"sində "Əfrasiyab" kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük türk – oğuz və Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Maday (Midiya) hökmdarı Kiaksardır (Kööskara). Məlumat üçün bildirək ki, Keyxosrovun prototipinin məhz Kiaksar, Əfrasiyabın prototipinin isə Alp Ər Tonqa olduğunu Məhəmməd Hatəmi Tantəkindən öncə türkiyəli tədqiqatçı E. Yavuz, ondan da öncə isə böyük başqırd alimi Z. V. Toğan söyləmişlər. Farsların Alp Ər Tonqanı Əfrasiyab adlandırdıqlarını Xl əsr müəllifi Yusif Balasaqunlu da təsdqləməkdədir. lX əsr ərəbdilli mənbələrdə də bu böyük türk – oğuz hökmdarı Frasiyab və Əfrasiyab adı ilə yad edilir. V.V. Bartold, X. Koroğlu və A.N. Savoyloviç kimi alimlər də Əfrasiyabla Alp Ər Tonqanın eyni şəxs olduğunu təsdiqləmişlər.

Mənbələrdən belə aydın olur ki, Alp Ər Tonqa döyüşlərin birində Kiaksarın atası Kaştaritini (Xarsatördönü) öldürmüşdü. Kiaksar da ondan intiqam almaq hissi ilə yaşayırdı və nəhayət, onu hiylə ilə, barışıq adı altında Urmiya gölü sahilində təşkil etdiyi böyük ziyafətə dəvət edərək, adamları ilə birlikdə zəhərləyərək öldürməyi bacardı.

Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də "sak" adlandırıl-ması faktından çıxış edərək, Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu dövləti isə iskit-sak dövləti saymışlar. Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast gəlirik. Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Madiy (yunan mənbəlrində Madis, türkcə Maday) ilə eyniləşdirmişdir. Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlibəyzadə də təkrarlamışlar. Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Eyni sözləri adın yunan variantı barədə də söyləmək mümkündür. Söhbət Herodotda rast gəldiyimiz Prototiy formasından gedir:

ALP -- ƏR – TONQA (türkcə)

P -- AR -- TATUA (aşşurca)

P -- RO -- TOTİY (yunanca)

Məlum olduğu kimi, Mahmud Kaşğarlı "Divan"ında yer alan çoxsaylı şer nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır. Nizami Xudiyev bildirir:



"Eradan əvvəl l minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin, bunun ardınca isə ədəbi dillərin formalaşmasına təsir edir. Qədim türk şerinin mükəmməl şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır. Turan hökmdarı, farslaın Əfrasiyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur:


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin