Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


KİMMER – İSKİT – SAK DÖVLƏTİ



Yüklə 1,81 Mb.
səhifə8/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
KİMMER – İSKİT – SAK DÖVLƏTİ
E.ə. Vlll-Vll əsrlərə aid mixi kitabələrdə kimmerlər Azərbaycan və Ön Asiya sakinləri kimi göstərilsə də, Herodot e.ə. V əsrdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmışdır. Sonrakı dövrlərdə yaşamış digər antik müəlliflər də onları Qara dəniz sahillərində yaşayan xalq kimi xarakterizə etmişlər. Tarixin atası, eyni zamanda, onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqazdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır.

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər. Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə, bu xalq irandilli idi. Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya "İlliada" və "Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan "at südü sağanlar" kimi bəhs etmişdir. At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə adətə rast gəlinməmişdir. Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər:



"...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar."

Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri,o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.

Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir:

Vaxtilə Kimmer kralının Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kənarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlər, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə - üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır”.

Kimmerlərin türklüyünü sübut edən faktlardan biri də onların adlarına özbək “Xannamə”sində rast gəlinməsidir. Həmin əsərdə kimmer xanı və vəzirindən söhbət açılır. Hətta türklərin ulu babası hesab edilən Yafəsin oğlu Kimerin (Qamərin) Oğuz xanın vəziri olduğu bildirilir. Bu barədə Bahəddin Ögəl yazır ki, “Xannamə”də Yafəsin oğlu Kimerin Oğuz xanın və sonrakı türk padşahlarının yanında vəzirlik etdiyini görürük.

Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər (Kimer) idi və qamərlər, yəni kimmerlər onun soyundandır. Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşdular. Olduqları üçün də onların adı bir müddət ölkəmizin onlarla qohum olan və onların hakimiyyəti altında yaşayan digər xalqlarına da, o cümlədən iskit və saklara da şamil edilmişdir.

Mixi yazılar bu versiyanı bütünlüklə təsdiq edir. Məsələ burasındadır ki, 1933 - cü ildə Aşşurbanipalın (e.ə. 668 - 663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R. Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan kutilərin və sakların üzərində də hökm sahibi imiş.

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev, Mirəli Seyidov, Mahnud İsmayıl, Yusif Yusifov, Firidun Ağasıoğlu və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.

Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V. V. Struve, Q. A. Melikaşvili, İ. M. Dyakonov, V. İ. Abayev, B. B. Piotrovski, E. İ. Krupnov, B. A. Litvinski, V. F. Minorski, E. A. Qrantovski, M. İ. Poqrebova, A. M. Xazanov, B. V. Terexov, A. N. Terenojkin, İ. V. Pyankov, O. A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər.

Yuxarıda adı çəkilən alimlərdən İ.V. Pyankov və B.A. Litvinov qədim fars kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi istiqamətdə geniş tədqiqatlar aparmış və belə qərara gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir. Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların Azərbaycana gəlişini sonrakı dövrlərə aid etmişlər. Məsələn, B.A. Litvinov yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının və dəfn adətlərinin eyniliyi sübut etməkdədir. Alimin fikrincə, bu xalq məhz həmin ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.

Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə "Sakasena" və ya "Şakaşen" kimi qeyd olunan ərziyə işarə etmşlər. İ. M. Dyakonovun İran dilləri materialına istinadən "şaka şuana", yəni "saklar ölkəsi" kimi şərh etdiyi "Sakasena" adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast gəlinməkdədir. İ. M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil etmişdir. Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur.

Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin