Bəxtiyar Tuncay DƏccal, dabbəTÜL-ƏRZ, YƏcuc-məcuc və HƏZRƏt mehdi (Ə)


Sonra göydə başqa bir əlamət göründü. Budur, yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngdə böyük əjdaha. Onun başlarında yeddi tac vardı



Yüklə 1,9 Mb.
səhifə2/2
tarix30.07.2020
ölçüsü1,9 Mb.
#102749
1   2

Sonra göydə başqa bir əlamət göründü. Budur, yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngdə böyük əjdaha. Onun başlarında yeddi tac vardı.  O, quyruğu ilə göydəki ulduzların üçdə birini süpürüb yerə atdı. Əjdaha doğmaq üzrə olan qadının qabağında dayanıb gözləyirdi ki, o, azad olan kimi körpəsini udsun. Qadın bir oğlan uşağı doğdu. Bu oğul bütün xalqlara dəmir çomaqla çobanlıq edəcək. Qadının övladı o andaca Allahın yanına, Onun taxtına aparıldı.  

Qadın isə çöllüyə qaçdı. Allah onun üçün orada yer hazırlamışdı. Orada qadını 1260 gün ərzində bəsləyəcəkdilər. Sonra göydə müharibə oldu. Mikayıl öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu, lakin üstələyə bilmədi. Artıq onlar üçün göydə yer qalmadı. 

Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı.  

Sonra göydə gur bir səs eşitdim: “İndi Allahımızın qüdrəti, xilası, Padşahlığı və Məsihinin hakimiyyəti yetişdi, çünki qardaşlarımızı gecə-gündüz Allahımızın qarşısında ittiham edən yerə atıldı! 

Onlar ittiham edəni Quzunun qanı ilə və verdikləri şəhadət ilə məğlub etdilər. Onlar ölümün gözünə dik baxıb bu yolda canlarından keçməyə hazır oldular. 

Buna görə də, ey göylər və göylərin sakinləri, sevinin! Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi”. 

Əjdaha yerə atıldığını görəndə oğlan uşağı doğmuş qadını təqib etməyə başladı. Ancaq qadına çöllükdəki yerinə uçmaq üçün iki böyük qartal qanadı verildi. Orada, ilanın gözündən uzaq yerdə, qadını dövr, dövrlər və yarım dövr ərzində bəsləyəcəklər. İlan qadını suda boğmaq üçün onun ardınca ağzından sel buraxdı. Lakin yer qadının imdadına çatdı. Yer ağzını açıb əjdahanın ağzından çıxan seli uddu. 

Əjdaha qadına bərk qəzəbləndi və onun övladından qalanlara - Allahın əmrlərinə əməl edən və İsa haqqında şəhadət edənlərə qarşı vuruşmağa getdi”.

Əhdi-Ətiq və Əhdi-Cədidin (Bibliyanın) şərhçilərinin bir qismi “başında on iki ulduzdan ibarət tac” olan qadını gerbində 12 ulduz olan Avropa Birliyi, doğulan oğlan uşağını həmin birliyin yaranması, 7 taclı “qırmızı əjdaha” nı keçmiş SSRİ, əjdahanın başlarındakı 7 tacı küçmiş SSRİ-nin rəhbərləri (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov), əjdahaya qalib gələn mələk Mikayılı SSRİ-nin varlığına son qoyan Mixail Qorbaçev, Quzunu isə Həzrət İsa (ə) ilə eyniləşdirirlər. Bu eyniləşdirmə bizə inandırıcı görünür və sonrakı XIII - XVII fəsillərdə deyilənlərin bunu bütünlüklə təsdiq etdiyini düşünürük.



XIII-XVII fəsillərdə belə deyilir:

O (qırmızı əjdaha), dənizin qumu üzərində durdu. Bu vaxt gördüm ki, dənizdən onbuynuzlu, yeddibaşlı bir vəhşi heyvan çıxır. Onun buynuzları üstündə on tac vardı, başlarında isə küfrlü adlar yazılmışdı.  

Gördüyüm vəhşi heyvan bəbirə bənzəyirdi. Amma pəncələri ayı pəncəsi, ağzı isə şir ağzı kimi idi. Əjdaha bu vəhşi heyvana güc, taxt və böyük səlahiyyət verdi. Mən gördüm ki, onun başlarından biri, sanki, ölümcül yaralanıb. Lakin sonra bu ağır yara sağaldı və bütün bəşər heyrətlə vəhşi heyvanın ardınca getdi. 

İnsanlar əjdahaya səcdə etdilər, çünki o, vəhşi heyvana səlahiyyət vermişdi. Onlar vəhşi heyvana da səcdə qılıb deyirdilər: “Bu vəhşi heyvanın tayı-bərabəri varmı? Kim onunla vuruşa bilər?” 

Ona lovğa-lovğa danışan, küfr söyləyən ağız və qırx iki ay ərzində hakimiyyət sürmək ixtiyarı verildi.  O, ağzını açıb Allaha, Onun adına, məskəninə və göylərin sakinlərinə küfr söylədi.  Ona həmçinin izin verildi ki, müqəddəslərlə vuruşsun və onları məğlub etsin. Üstəlik, ona hər bir tayfa, ümmət, dil və xalq üzərində hakimiyyət verildi.  Yer üzündə yaşayanların hamısı ona səcdə edəcəklər. Bəşərin təməli qoyulandan bəri onların adı qətlə yetirilmiş Quzunun həyat kitabına yazılmır. 

Qulağı olan eşitsin. Kim əsir düşməlidirsə, əsir düşəcək, kim qılıncla öldürərsə, qılıncla öldürülməlidir. 

Burada müqəddəslərə dözüm və iman gərəkdir.  

Sonra mən yerin tərkindən qalxan başqa bir vəhşi heyvan gördüm. Onun quzu buynuzuna bənzər iki buynuzu var idi, lakin o, əjdaha kimi danışmağa başladı.  

O, birinci vəhşi heyvanın önündə onun bütün səlahiyyətindən istifadə edir, yeri və sakinlərini ölümcül yarası sağalmış birinci vəhşi heyvana səcdə qılmağa məcbur edir. O, böyük əlamətlər göstərir, bəşərin gözü qarşısında hətta göydən alov yağdırırdı.  Ona vəhşi heyvanın qarşısında göstərmək üçün əlamətlər verilmişdi. O, bu əlamətlərlə yer üzünün sakinlərini aldadır və onlara deyirdi ki, qılınc yarası alıb sonradan sağalmış vəhşi heyvanın surətini düzəltsinlər.  Ona bu vəhşi heyvanın surətinə nəfəs vermək izni verildi ki, vəhşi heyvanın surəti həm danışsın, həm də ona səcdə etmək istəməyənləri öldürtdürsün.  O, bütün insanları - kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin. Burada hikmət gərəkdir. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır.

Sonra baxdım və budur: Quzu və onun yanında 144 000 nəfər Sion dağında durublar. Onların alınlarında Quzunun və onun Atasının adı yazılmışdı. Göydən bir səs eşitdim. Bu səs gur suların və güclü göy gurultusunun səsinə oxşayırdı. Eşitdiyim səs həm də çəngdə çalıb-oxuyanların səsini xatırladırdı.  Onlar taxtın, dörd məxluqun və ağsaqqalların qarşısında, sanki, yeni bir mahnı oxuyurlar. Bu mahnını yerdən satın alınmış 144 000 nəfərdən başqa heç kəs öyrənə bilmirdi. Bunlar bakir qalmış, özlərini qadınlarla ləkələməmiş şəxslərdir. Quzu hara getsə, onlar da onun ardınca gedirlər. Onlar Allah və Quzu üçün insanların arasından nübar kimi alınmışlar. Onların ağzında heç bir hiylə tapılmamışdır. Onlar qüsursuzdurlar. 

Sonra göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə - hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı. O, ucadan deyirdi: “Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Göyü, yeri, dənizi və bulaqları yaradana təzim edin”.

Onun ardınca ikinci mələk gələrək deyirdi: “Yıxıldı! Bütün xalqlara öz əxlaqsızlıq şəhvətinin şərabını içirdən Böyük Babil yıxıldı!” 

Onların ardınca üçüncü mələk gələrək ucadan deyirdi: “Əgər kimsə vəhşi heyvana və onun surətinə səcdə edir, alnına və ya əlinə nişan qoydurursa, o, Allahın qəzəb kasasına süzülmüş şərabı, Onun hiddətinin xalis şərabını içəcək, müqəddəs mələklərin və Quzunun gözü qarşısında alov və kükürd içində əzab çəkəcək. Onların çəkdiyi əzabın tüstüsü əbədiyyət boyu qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib onun adının nişanını qəbul edənlər nə gecə, nə də gündüz rahatlıq bilmirlər. Burada Allahın əmrlərinə əməl edən və İsanın imanından bərk yapışan müqəddəslərə dözüm gərəkdir”.  

Göydən bir səs eşitdim. O deyirdi: “Yaz! İndən belə Ağanın yolunda ölənlər nə bəxtiyardır! Ruh onlara deyir ki, işlərini saxlayıb dincəlsinlər, çünki əməlləri onlarla birlikdə gedir”. 

Sonra baxdım və budur: bir ağ bulud. Buludun üstündə, sanki, insan oğlu oturmuşdu. Onun başında qızıl tac və əlində iti oraq var idi.  Məbəddən daha bir mələk çıxdı. O, buludun üzərində oturana ucadan dedi: Orağını işə sal və biç. Artıq biçin vaxtıdır və yerin məhsulu tam yetişib. Buludun üzərində oturan orağını yerə tuşladı və yer üzü biçildi.  Sonra göydəki məbəddən ayrı bir mələk çıxdı. Onun da əlində iti oraq vardı.  

Daha sonra qurbangahdan başqa bir mələk çıxdı. Onun od üzərində hökmü var idi. O, iti orağı olana ucadan dedi: “Əlindəki iti orağı işə sal və yer üzündə bitən meynənin salxımlarını yığ, çünki üzüm dəyib”. 

Onda mələk orağını yerə tuşladı və yerdə bitən meynəni kəsib Allahın qəzəbinin böyük üzümsıxanına atdı. 

Üzüm şəhərdən kənarda tapdalandı. Üzümsıxandan axan qan təxminən 1600 stadi məsafəyə yayılıb atların yüyəninə qədər qalxdı.

Müqəddəs məkandan gur bir səs yeddi mələyə dedi: “Gedin, Allahın qəzəbi ilə dolu yeddi camı yerin üzərinə boşaldın”. 

Birinci mələk gedib camını yerin üzərinə boşaltdı. Üzərlərində vəhşi heyvanın nişanı olanların və onun surətinə sitayiş edənlərin bədənlərində bədxassəli, ağrıyan yaralar əmələ gəldi. 

İkinci mələk camını dənizə boşaltdı. Dəniz qana çevrildi. Su ölü qanı kimi oldu və dənizdə yaşayan bütün canlılar tələf oldu.  

Üçüncü mələk camını çaylara və bulaqlara boşaltdı. Bu sular da qana çevrildi. Mən suların üzərində hökmü olan mələyin bu sözlərini eşitdim: Ey Var Olan, Var Olmuş,  Vəfa Sahibi! Sən haqsan, çünki bu hökmləri çıxartdın. Onlar müqəddəslərin və peyğəmbərlərin qanını axıtmışdılar, Sən də onlara qan uddurdun. Çünki onlar buna layiqdirlər! 

Sonra mən qurbangahdan bir səs eşitdim: Bəli, Yehova Allah, ey Qüdrət Sahibi! Sənin hökmlərin haqq və doğrudur

Dördüncü mələk camını günəşin üzərinə boşaltdı və günəşə izin verildi ki, insanları alovla qarsalasın.   İnsanlar qızmar istidən qovrulsalar da, bu bəlaların üzərində hökmü olan Allahın adına küfr etdilər, öz əməllərindən dönüb tövbə etmədilər və Onu mədh etmədilər.  Beşinci mələk öz camını vəhşi heyvanın taxtına boşaltdı. Onun padşahlığı zülmətə qərq oldu. İnsanlar ağrıdan ağızlarında dillərini çeynəməyə başladılar,   lakin çəkdikləri ağrılara, düçar olduqları yaralara görə göylərin Allahına küfr etdilər və əməllərindən tövbə etmədilər.  

Altıncı mələk öz camını böyük Fərat çayına boşaltdı. Gündoğandan gələn padşahların yolu hazırlansın deyə, çayın suları qurudu.  

 
Mən əjdahanın, vəhşi heyvanın və yalançı peyğəmbərin ağzından çıxan, qurbağaya oxşar üç murdar vəhy gördüm.  Bu vəhylər cin vəhyləridir və əlamətlər göstərirlər. Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə olacaq müharibəyə toplayırlar. “Budur, mən oğru kimi gəlirəm. Oyaq qalıb paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq gəzməyəcək və insanların qarşısında biabır olmayacaq”. Onlar padşahları ibranicə Harmageddon adlanan yerə topladılar.  

Yeddinci mələk öz camını havaya boşaltdı. Bu vaxt müqəddəs məkandakı taxtdan gur bir səs gəldi: “Tamam oldu!” 

Göy guruldadı, şimşək çaxdı, səslər gəldi və böyük bir zəlzələ oldu. Elə bir zəlzələ ki beləsi insan dünyaya gələndən bəri olmayıb. Böyük şəhər üç yerə parçalandı. Xalqların şəhərləri də yıxıldı. Böyük Babil Allahın önündə xatırlandı ki, ona Allahın şiddətli qəzəbinin şərabı ilə dolu cam verilsin. Bütün adalar qaçdı, dağlar qeyb oldu. İnsanların üzərinə göydən hər dənəsi bir talant ağırlığında olan iri dolu yağdı. İnsanlar bu bəlaya, bu doluya görə Allaha küfr etdilər, çünki bu, misli görünməmiş böyük bəla idi.

Yeddi camı olan yeddi mələkdən biri mənə yaxınlaşıb dedi: “Gəl, sənə çoxlu sular üstündə oturan böyük fahişəyə çıxarılacaq hökmü göstərim. Dünyanın padşahları onunla zina etmiş, yerdə yaşayanlar onun əxlaqsızlığının şərabından sərxoş olmuşlar”. 

Mələk ruhun qüvvəsi ilə məni çöllüyə apardı. Mən yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan bir qadın gördüm.  Qadın bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylərlə və əxlaqsızlığının çirkabı ilə dopdolu qızıl cam var idi. Qadının alnına sirli bir ad yazılmışdı: “Fahişələrin və dünyadakı murdarlığın anası Böyük Babil”. 

Qadın müqəddəslərin və İsanın şahidlərinin qanından sərxoş idi. Qadını görəndə bərk təəccübləndim. Onda mələk dedi: “Niyə təəccüblənirsən? Mən sənə qadının və onu belində gəzdirən yeddibaşlı, onbuynuzlu vəhşi heyvanın sirrini açacağam.  Gördüyün vəhşi heyvan əvvəllər olmuşdu, indi yoxdur, amma dibsiz quyudan çıxmaq üzrədir və məhv ediləcək. Yerin sakinləri (adı bəşər nəsli dünyaya gələndən bəri həyat kitabına yazılmayanlar) görəndə ki, vəhşi heyvan əvvəllər olub, indi yoxdur, amma yenə olacaq, heyrətə gələcəklər. Burada ağıl və hikmət gərəkdir. Yeddi baş yeddi dağı bildirir. Qadın bu dağların üstündə oturur.  Onlar həmçinin yeddi padşahı təmsil edir: onlardan beşi yıxıldı, biri indi var, o birisi hələ gəlməyib, amma gələndə çox qalmayacaq. Əvvəllər olub, amma indi olmayan vəhşi heyvan səkkizinci padşahdır. O, yeddi padşahdan törəyəcək və məhv ediləcək.  Gördüyün on buynuz hələ padşahlıq almamış on padşahı təmsil edir. Onlar vəhşi heyvanla birlikdə padşahlıq hakimiyyəti alacaqlar, lakin bu hakimiyyət cəmi bir saat sürəcək.  Onların niyyəti birdir, buna görə də güc və səlahiyyətlərini vəhşi heyvana verirlər. Onlar Quzu ilə vuruşacaqlar, lakin Quzu ağalar Ağası və padşahlar Padşahı olduğu üçün onları məğlub edəcək. Çağırılmışlar, seçilmişlər və sadiqlər də Quzu ilə birlikdə qələbə çalacaqlar”. 

O, mənə dedi: “Sən fahişənin sular üzərində oturduğunu görmüşdün. Həmin sular ümmətləri, kütlələri, xalqları və dilləri təmsil edir. Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. Bu fikri onların ürəyinə Allah qoyub. Allahın sözləri yerinə yetənədək onlar öz padşahlıq hakimiyyətini vəhşi heyvana verməklə Allahın fikrini, eyni zamanda öz ürəklərindən keçən fikri icra edəcəklər.  Gördüyün qadın isə yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır”.

Mətndə yeddi başın yeddi dağı (təpəni) simvolizə etdiyi söylənilir. Yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan, bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmiş qadın bu dağların (təpələrin) üstündə oturur və yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır. Burada söhbət yeddi təpə üzərində inşa edilmiş şəhərdən gedir.

Dünyada sadəcə üç şəhər yeddi təpə üzərində inşa edilmişdir. Bunlar Roma, Moskva və Çerdın şəhərləridir ki, üçüncüsü böyük əhəmiyyət təşkil etmir. Rusiyadadır, Uralın şimalında, Perm diyarında yerləşir. İlk ikisi isə paytaxtdırlar. Deməli, söhbət ya Romadan, ya da Moskvadan gedə bilər. Bunlardan məhz Moskva yeddi taclı (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov) qırmızı əjdahanın (SSRİ-nin) paytaxtı olub və indi də Rusiyanın, başqa sözlə, dənizdən çıxan onbuynuzlu, yeddi başlı, 10 taclı vəhşi heyvanın paytaxtıdır. Əjdaha bu vəhşi heyvana ona görə güc, taxt və böyük səlahiyyət vermişdir ki, o (Rusiya), əjdahanın (SSRİ-nin) varisidir.

Mətndəki “Böyük Babil” ibarəsi də sırf bu şəhərə, yəni Moskvaya aid edilməkdədir.

Vəhşi heyvanın bəbirə (pələngə) bənzəməsi, amma pəncələrinin ayı pəncəsi, ağzının isə şir ağzı kimi olması onun (Rusiyanın) tək deyil, Suriya (Bəşər Əsəd rejimi) və İranla birlikdə fəaliyyət göstərməsinə işarədir.

Buradakı pələng Bəşər Əsəd rejiminə bağlı hərbi hissələrinin elitar qismini təşkil edən, ərəbcə “Quvvət əl-Nimr” (النمر قوات), yəni “pələng gücləri” adlandırılan  25-ci dviziyanı təmsil edir. Bu diviziyanın başında duran, Latakiya, Hama, Hüms, İdlib və Hələbdə müsəlmanlara qarşı soyqırımın əsas təşkilatçılarından biri olan general-mayor Süheyl əl-Həsən rus xüsusi təyinatları tərəfindən qorunur. Onun ləqəbi “Pələng”dir.

Müxaliflər “Pələng”lərin gücünün şişirdildiyini, Rusiya  təyyarələri və İranın köməyinin yoxluğunda uğurun olmayacağını bildirərək onları “Çəhrayı bəbirlər” adlandırırlar.



Əsəd tərəfdarları arasında qəhrəman sayılan Həsən müxaliflərin nəzərində mülki insanları və əraziləri amansız şəkildə bombardman edən hərbi cinayətkardır.

Həsənin uğurları Əsədin mənsub olduğu nüseyrilər, yəni ərəb-ələvilər və digər Əsəd tərəfdarları arasında şöhrətinin artmasına səbəb olub. Buna görə də, hətta müxalif dairələrdə Süheyl Həsənin Rusiya  tərəfindən Əsədin yerinə hazırlanması və hətta Əsədi devirəcəyi iddiaları zaman-zaman irəli sürülür.



Ayı Rusiyanı təmsil edir. Ayı həmişə, o cümlədən 1980-ci il Moskva Olimpiadasında Rusiyanın rəmzi rolunda çıxış edib.

Şir, yəni aslan İranın rəmzidir və bu rəmz İslam inqilabına qədər bu ölkənin bayrağını bəzəmişdir.

Vəhşi heyvanın, mətndə qeyd edildiyi kimi, dibsiz quyudan çıxmaq üzrə olması, onu Dabbətül-Ərzlə eyniləşdirməyə əsas verir.

Doğrusunu, əlbəttə ki, Allah bilir.

İki buynuzlu əjdahaya gəlincə, mətndə “Onun rəqəmi altı yüz altmış altıdır” – deyilir və bu rəqəm, yəni 666 söhbətin ABŞ-dan, iki buynuz isə söhbətin prezeident Donald Trampdan və onun baş müşaviri və kürəkəni Cerald Kuşnerdən getdiyinə dəlalət edir. Bu təkcə bizim yox, bəzi Bibliya şərhçilərinin də fikridir.

Məsələ burasındadır ki, Tramp ailəsinin Manhettemdə sahib olduğu binalardan biri 5-ci Avenyu 666 ünvanında yerləşir, onun hündürlüyü 203 metr, yəni 666 futdur. 41 mərtəbəli bu binanı Cerald Kuşnerin 2008-ci ildə “Kushner Properties” şirkətinin direktoru ikən, “Yehova Şahidləri” təşkilatından 1,8 milyard dollara satın aldığı bilinməkdədir.

Yəhudilərin habad cərəyanının təmsilçisi olan Kuşner bundan bir il sonra, yəni 2009-cu ildə Trampın qızı İvanka ilə evlənmiş və qaynatasının prezident ola bilməsində böyük rol oynamışdır. Qeyd edək ki, o, eynən qaynatası kimi Qüdsü İsrailin bölünməz paytaxtına çevirmək, eləcə də “Əsrin razılaşması” ideyalarının əsas müəlliflərindən biridir.

Qeyd edək ki, xristianlar “iki buynuzlu əjdahanı” Dəccalla eyniləşdirirlər. Ola bilsin ki, Dəccalın “tək gözlü” olması ABŞ dollarının üzərindəki tək göz rəsminə işarədir.

Doğrusunu Allah bilir.

Mətndə haqlarında söhbət aççılan “144 000 nəfər” isə Harmageddon savaşından sonra sağ qalacaq yəhudiləri təmsil edir. Yəni yəhudilərin hamısı qırılacaq, sadəcə əməlisaleh olan 144 000 nəfərin xilas olacaq. Bunlar çox güman ki, hədislərdə haqlarında müsəlman olmuş İshaqoğulları kimi bəhs edilənlərdir.

Doğrusunu Allah bilir.

Yəcuc və Məcuc
Axırzaman və Dəccalla bağlı hədislərin birində Yəcuc və Məcucdan da söhbət açılmaqda, onların da eynən Dəccal kimi, Həzrət İsa (ə) tərəfindən məhv ediləcəyi deyilməkdədir.

Abdullah ibn-i Məsud (r) nəql edir:



"Merac gecəsində Rəsulullah (s) Həzrət İbrahim (ə), Həzrət Musa (ə) və Həzrət İsa (ə) ilə qarşılaşdı. Qiyaməti aralarında müzakirə etdilər. Öncə Həzrət İbrahimdən (ə) başlayıb ona qiyamət barədə sordular. Onun qiyamət haqqında hər han bir məlumatı yox idi. Sonra Həzrət Musdan (ə) sordular. Qiyamət haqqında onun da bir bilgisi yoxdu. Söz Həzrət İsaya (ə) gəldi. O:

-Qiyamətin qopmasina yaxın şeylər (əlamətlər) haqqında mənə bilgi verildi. Amma Qiyamətin qopma (vaxtını) Allahdan başqa heç kimsə bilə bilməz! - dedi.

Sonra (Qiyamətin əlamətlərindən biri olan) Dəccalın çıxmasını anlatdı. Bunları söylədi:

-Sonra mən enib onu öldürəcəyəm və bundan sonra xalq məmləkətlərinə dönəcək. Bu dəfə onların qarşısına Yəcuc və Məcuc çıxacaq və hər təpədən sürətlə hücum edəcəklər. Onlar gedərkən rastlaşdıqları hər suyu icib tükəndirəcəklər və uğrayacaqları hər şeyi dağıdıb alt-üst edəcəklər.

Belə olan halda xalq fəryad edərək Allahdan yardım diləyəcək. Mən də Yəcuc və Məcucu öldürməsi üçün Allaha dua edəcəyəm. (Duam qəbul ediləcək) və yer onların (leşlərinin) qoxusu ilə çox pis qoxuyacaq. Mən yenə Allaha dua edəcəyəm! Allah da bir su göndərəcək və o su onları ağuşuna alıb dənizə atacaqdır.

Daha sonra dağlar parçalanıb dağıdılacaq və yer dərinin yayılıb genislədildiyi kimii yayılıb genişlədiləcək. İşdə söylənilən bu hal vaqe olduqda, insanlara yaxınlığı etibariylə Qiyamətin ev xalqı nə zaman doğumu ilə anidən karşılaşacaqlarını bilmədikləri hamilə qadın kimi olacağı mənə bildirildi.

Ravi Əl-Avvam demişdir ki, bunun təsdiqi Kitabullahda bildirilmişdir: "Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman..." (Ənbiya surəsi, 96-cı ayə).

Yəcuc və Məcuc barədə uca Kitabımızda da məlumat verilməkdədir:

Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfaları) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?”” (Əl-Kəhf surəsi, 94-cü ayə).

Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman...” (Əl-Ənbiya surəsi, 96-cı ayə).

Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır?

Təsfirçilər bu suala müxtəlif cavablar vermişlər. Bəzilərinin fikrincə Zülqərneynin çəkdiyi məşhur Çin səddidir. Bu nəzər Quranda vəsf olunmuş sədlə uyğun gəlmir. Qurani-Kərimdə sözügedən sədd ilk növbədə mis və dəmirdəndir. Həm də iki dağın arasındadır. Halbuki Çin səddi nə iki dağın arasında yerləşir, nə də mis və dəmirdən düzəldilmişdir.

Bəzi təfsirçilər isə Yəcuc və Məcuc tayfasının arxasında yaşadığı sədd Yəməndə yerləşən Marib səddidir. Bu nəzər də Qurani-Kərimlə müxalifdir. Çünki sözügedən sədd mis və dəmirdən düzəldilməyib.

Uyğun sədd yalnız Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı “Daryal” boğazda olan səddir. Çünki bu sədd dəmirdəndir.(“Nümunə təfsiri”, c.12, səh.552; “Əl-Mizan”, c.13, səh.525).

Nizami Gəncəvinin “İskəndərnamə”də verdiyi məlumatdan da bu səddin Dərbənddə yerləşdiyi aydınlaşır.

Sözügedən sədd istər Daryal səddi olsun, istərsə də Dərbənd səddi, fərqi yoxdur, hər ikisinin arxasında bu gün Rusiya yerləşir və bu gün Suriyada fitnə-fəsad çıxaranların, müsəlman xalqa zülm edənlərin də məhz ruslar olduğu heç kəsə sirr deyil. Söhbətin məhz ruslardan getdiyini həm Əhdi-Ətiq, həm də Əhdi-Cədid təsdiqləməkdədir.

İsrailə qarşı savaşacaqları və onu yerlə bir edəcəkləri bildirilən sözügedən tayfa və onların axırzamanda törədəcəkləri fitnə-fəsad barədə Hizqiyalın kitabının 38-39 – cu fəsillərində bunlar yazılıb:

Yenə mənə Yehovanın sözü nazil oldu: Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Roş, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm.  Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put, həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir. Haydı, hazır olun! Sən də, səninlə toplaşan bütün ordular da. Onlara sən başçılıq edəcəksən.  Xeyli vaxt keçəndən sonra çağırılacaqsan. Uzun illər sonra xalqların içindən toplanan, qılıncdan qurtularaq çoxdandır xaraba qalmış İsrail dağlarında məskunlaşan, digər xalqların arasından çıxarılıb dinclik içində yaşayan insanların torpağına soxulacaqsan. Sən, bütün ordun və səninlə birgə çoxlu xalqlar tufantək onların üstünə gələcəksiniz, ölkəni bulud kimi örtəcəksiniz”.  

Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm. Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. 

Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış, indi var-dövlət, mal-mülk yığan, dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən.  Səba ilə Didan, Tarşiş tacirləri ilə döyüşçüləri sənə söyləyəcəklər: “Çoxlu qənimət, talan malı yığmağa gedirsən? Ordunu səfərbər etmisən ki, qızıl-gümüş götürəsən, var-dövlət, mal-mülk aparasan, çoxlu qənimət ələ keçirəsən?”  

Buna görə, ey bəni-adəm, Yəcuca söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “O gün başa düşəcəksən ki, xalqım İsrail əmin-amanlıqda yaşayır. Sən öz yerindən, uzaq şimaldan gələcəksən, yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham. Ölkəni bürüyən buludlar kimi, xalqım İsrailin üstünə hücum çəkəcəksən. Zamanın sonunda səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam ki, xalqların gözü önündə müqəddəsliyimi sənin vasitənlə göstərim, qoy hamısı Məni tanısın”. 

Külli-İxtiyar Yehova belə deyir: “Qədim günlərdə qullarım İsrail peyğəmbərlərinin dililə haqqında danışdığım kəs sən deyilsənmi? O peyğəmbərlər səni onların üstünə gətirəcəyim barədə illər uzunu peyğəmbərlik ediblər”.  

Həmin gün, Yəcuc İsrail torpağına soxulan gün Mən qəzəbdən alışıb-yanacağam”, - Külli-İxtiyar Yehova bəyan edir, – “Qeyzimlə, alovlu qəzəbimlə danışacağam. O gün İsrail torpağında güclü zəlzələ olacaq. Dəryadakı balıqlar, göydəki quşlar, meşədəki heyvanlar, yerdə sürünən canlılar, cümlə cahan önümdə zağ-zağ əsəcək, dağlar kökündən qopacaq, qayalar parçalanacaq, divarlar yerə çökəcək”.  

Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam”, - Külli-İxtiyar Yehova bəyan edir. – “Hər kəs öz qardaşının üstünə qılınc çəkəcək. Onu mühakimə edəcəyəm. Canına azar salıb, üstünə ölüm göndərib onu cəzalandıracağam. Onun da, qoşunlarının da, onunla olan xalqların da üzərinə leysan, dolu, alov, kükürd yağdıracağam. Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam”.

Ey bəni-adəm, peyğəmbərlik edib Yəcuca söylə ki, Külli-İxtiyar Yehova deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam, uzaq şimaldan çıxarıb İsrail dağlarına aparacağam. Sol əlindən kamanı, sağ əlindən oxları vurub salacağam. Sən də, qoşunların da, səninlə olan xalqlar da İsrail dağlarında məhv olacaqsınız. Səni hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm”. 

Sən çöldə məhv olacaqsan, çünki bunu Mən dedim”, - bəyan edir Külli-İxtiyar Yehova, - “Məcucun və adalarda əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. O zaman biləcəklər ki, Mən Yehovayam. Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, daha qoymayacağam, adıma ləkə vursunlar. Xalqlar biləcəklər ki, Mən Yehovayam, İsraildə Müqəddəs Allaham”. 

Bəli, peyğəmbərlik yerinə yetməlidir, yetəcək də”, - deyir Külli-İxtiyar Yehova, - “Mən bu gün haqqında xəbər vermişəm. İsrail şəhərlərinin sakinləri çıxıb silahlarla od qalayacaqlar, böyük və kiçik qalxanları, ox-kamanları, toppuzları və nizələri oda atacaqlar. Onlarla yeddi il od qalayacaqlar. Çöldən çırpı yığmaq, meşədən odun gətirmək lazım gəlməyəcək, çünki silahlarla od qalayacaqlar”.

Onları qarət edənləri qarət, talan edənləri talan edəcəklər”, - bəyan edir Külli-İxtiyar Yehova.  

O gün Yəcuca İsraildə, dənizin şərq tərəfindən keçənlərin dərəsində dəfn yeri verəcəyəm, o yer yolçuların yolunu kəsəcək. Orada Yəcuc və onunla olan izdiham basdırılacaq. O yer Həmun-Yəcuc dərəsi adlanacaq. İsrail evi yeddi ay ərzində onları basdırıb ölkəni təmizləyəcək. Bütün ölkə əhli onları dəfn etməklə məşğul olacaq və bununla ad-san qazanacaq. O gün Mən Özümü şərəfləndirəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir, - “Camaata ölkəni sərasər dolaşmaq, ölkəni təmizləmək üçün ortalıqda qalan cəsədləri dəfn etmək tapşırılacaq. Axtarışlar yeddi ay davam edəcək. Ölkəni dolaşanlar insan sümüyü gördükləri yerdə nişan qoyacaqlar. Sonra qəbirqazanlar onları Həmun-Yəcuc dərəsində basdıracaqlar.   

Orada həmçinin Həmunah adlı şəhər olacaq. Beləcə, camaat ölkəni təmizləyəcək”. 

Sənə isə, ey bəni-adəm, Külli-İxtiyar Yehova belə deyir: “Hər cür quşa, vəhşi heyvana söylə: “Toplaşıb gəlin. Sizin üçün hazırladığım qurbanın, İsrail dağlarındakı böyük qurbanın ətrafına toplaşın. Siz ət yeyib qan içəcəksiniz. İgidlərin ətini yeyib, dünya rəhbərlərinin qanından içəcəksiniz. Onların hamısı Başanın bəslənmiş heyvanları - qoç, qoyun, keçi, öküzdürlər. Sizin üçün hazırladığım qurbanın piyindən doyunca yeyib, qanından sərxoş olanadək içəcəksiniz”. 

Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız”. 

Mən xalqlar arasında izzətimi göstərəcəyəm. Onlar hökmümün icrasını və qolumun gücünü görəcəklər. O gündən İsrail evi biləcək ki, Mən onların Allahı Yehovayam. Onda xalqlar biləcək ki, İsrail evi öz günahına görə sürgünə aparıldı, çünki Mənə bivəfa çıxmışdılar. Buna görə də Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncdan keçirildi. Murdarlıqlarına və asiliklərinə görə onlara cəza verdim. Onlardan üz döndərdim”, - Külli-İxtiyar Yehova deyir, - “Mən Yaqubun əsir düşmüş balalarını geri qaytaracağam, bütün İsrail evinə rəhm edəcəyəm, adımın müqəddəsliyini qoruyacağam. Vəfasızlıqlarına görə alçaldıqdan sonra öz yurd-yuvalarında dinc yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq. Onları səpələndikləri digər xalqlar arasından geri qaytaranda, düşmən ölkələrindən toplayanda Özümü onların arasında ucaldacağam, xalqlar da buna şahid olacaq”. 

Onları xalqlar arasına sürgün edib, sonra hamısını bir nəfər kimi yurd-yuvasına qaytaranda biləcəklər ki, Mən onların Allahı Yehovayam. Bir də onlardan üz döndərməyəcəyəm, çünki İsrail evinin üzərinə ruhumu tökəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir”.

Təqdim edilən mətndən göründüyü kimi, Yəcuc bir ölkənin başçısı və ali baş komandanıdır. Ölkəsi Məcucdur. O, “Roş, Məşəq və Tuvalın baş əmiri” adlandırılır. Buradakı “Roş” (רֹאשׁ) kəlməsinin nə ivrit (yəhudi) dilində anlama gəldiyi məlum deyil. Sadəcə çox sayda mülahizələr var. Bu səbəbdən də “Bibliya” başqa dillərə tərcümə edilərkən, hərə bu kəlməyə bir anlam verməyə çalışmışdır.

İngilis kralı Yakobun əmri ilə ingiliscəyə çevrilən Bibliyada (XVII əsr) həmin kəlmə “the chief prince”, yəni “ baş şahzadə // böyük knyaz”, fransız tərcüməsində “prince-chef” (baş şahzadə), latın tərcüməsində “princeps capitis” (baş şahzadə), Martin Lüterin almancaya tərcüməsində “der oberste fuerst” (baş rəhbər) kimi tərcümə edilmişdir.



Ən qədim tərcümələrdən olan yunan tərcüməsində isə “Roş” kəlməsi xüsusi isim kimi işlənmiş və “Ros” kimi yazılmışdır. Əski slavyan dilində yazılmış qədim rus “Bibliya”larında da eyni halla, yəni kəlmənin xüsusi isim kimi çıxış etməsi və “Ros” şəklində yazılması halı ilə üzləşirik. Bu səbəbdən də ortodoks kilsə mənsubları onu həmişə “Rus”, yəni Rusiya kimi anlamışlar. Onların təsəvvüründə Yəcuc “Məcuc” adının sinonimi olan Rusiyanın ali baş komandanıdır.

Məşəq və Tuval // Tubal isə bir çox şərhçinin fikrincə Moskva və Tobolsk şəhərlərini bildirir.

Hazırda Rusiyanın ali baş komandanı prezident Vladimir Putindir. Ölkənin paytaxtı da Moskvadır. Tuvala gəlincə isə, burada söhbət Tobolsk şəhərindən yox, Rusiyanın Tuva Muxtar Respublikasından getməlidir. Çünki hazırda Rusiyanın müdafiə naziri olan Sergey Şoyqu (Sergey Küjüget oqlu Şoyqu) Tuvalıdır və Tuva türklərindədndir.



Beləliklər, Harmagedon savaşı zamanı Rusiya İsrailə qarşı savaşacaq. Mətndən göründüyü kimi, əsas müttəfiqləri eynən Suriyada olduğu kimi Fars, yəni İran olacaq. Belə aydın olur ki, müttəfiqlər sırasında Həbəş (Efiopiya) və Put (Liviya ?) da olacaq.

Mətn də Qomer və Toqarmanın da adları çəkilir. Musa Kağankatlının “Alban tarixi” kitabında yazdığına görə, Qomer kimerlərin əcdadırdır. Kimerlər isə Prokopiyanın verdiyi məlumata görə hunların. Yəni türklərin əcdadlarıdır. Toqarmaya gəlincə, ermənilər də, gürcülər də onu öz ulu əcdadları hesab edilrlər. İslami qaynaqlarda Toqarmanın adı Türk kimi çəkilir. Musa Kağankatlı onu Albaniyanın (Azərbaycanın) 4-cü hökmdarı kimi qələmə verir. Qomer isə, ona görə, Yafəsdən sonrakı 2-ci hökmdarı olub.

Xəzər türkləri özlərini və özləri ilə qohum olan daha 9 Türk boyunu Toqarmanın (Türkün) nəslindən hesab etmişlər. Təsadüfi deyil ki, Xəzər xaqanın İosif Bizans imperatoruna yazdığı məktubda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını yazmışdır. Toqarmanın digər oğullarının adlarını isə belə sıralamışdır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Yanur, Bulqar, Savir.

Bununla belə, Bibliya ənənəsi Toqarmanı ermənilərlə bağlayır. Ola bilsin ki, Harmageddon savaşında Rusiyanın müttəfiqi kimi Ermənistan da iştirak etsin. Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın hərbi bazası var, İsrailə roketlər həmin bazadan da göndərilə bilər. Yəni ermənilər İsraildə birbaşa savaşmaya da bilərlər.



Həzrət Mehdi (ə)

Bəri başdan qeyd edək ki, Qurani-Kərimdə Həzrət Mehdi (ə) haqqında bircə dənə də olsun, ayə yoxdur. Lakin, şiələr aşağıdakı ayələrin ona aid olduğunu iddia edirlər:

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar” (Əl-Ənbiya surəsi, 105-ci ayə).

Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək...” (Əl-Qəsas surəsi 5-ci ayə).

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur” (Ət-Tövbə surəsi, 33-cü ayə).

Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız (Əl-Hədid surəsi, 17-ci ayə).

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Ən-Nur surəsi, 55-ci ayə).

Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır” (Ən-Nisa surəsi, 159-cu ayə).

And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!” (Əl-Leyl surəsi 1-ci ayə) və s.

Bu iddiada olanlar iddialarının sübutu kimi şiələrin etiqad etdikləri hədisləri misal gətirirlər.

Həzrət Mehdinin (ə) adı Buxari və Müslimin qeydə aldıqları səhih hədislərdə çəkilməsə də, aşağıdakı hədislərin bilavasitə onun barədə olduğu heç bir şübhə oyatmır:

Buxari Əbu Hüreyrəyə istinadən nəql edir:

Peyğəmbər (s) buyurmuşdur: “İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?”” (Səhih-Buxari, c.4, s.143; Səhih-Müslim, c.1, s.94).

Müslim Cabir ibn Abdullah Ənsariyə istinadən nəql edir:

Peyğəmbər (s) buyurmuşdur: “Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar”” (Səhih-Müslim, c. 8, s.185).

Burada diqqət etməli və yaxşı-yaxşı yadda saxlamalı olduğumuz xüsus Mühdinin (ə) xəlifə olacağı xüsusudur.

Müslim Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər” (Səhih-Müslim, c. 8, s.167).

Həzrət Mehdi (ə) barədə hədislərin sayı o qədər çoxdur ki, onun Dəccal və Həzrət İsadan (ə) bir qədər əvvəl zühur edəcəyinə heç bir şübhə yeri qalmır. Onlardan bəzilərini nəzərdən keçirək.

"Əhl-i Beytimdən adı mənim adım kimi olan birisi ərəblərə hökumət etmədikcə dünyanın sonu gəlməz" (Səhih-i Termizi, c. 9, Babu ma cae fil Mehdi, s. 74).

Termizi öz “Səhih”ində bu hədisi nəql etmiş və "Bu hədis səhihdir" demişdir. Sonra Mehdi haqqında Həzrət Əli (r), Əbu Səid, Ümm-ü Sələmə (r) və Əbu Hüreyrədən də bir sıra hədislər nəql edildiyini qeyd etmişdir(Səhih-i Termizi, c. 9, Babu ma cae fil Mehdi, s. 74)

Həzərət Əli bin Əbi Talib (r) Peyğəmbərin (s) belə buyurduğunu nəql etməkdədir:



"Əğər (dünyanın sonuna) bir gün qalsa belə, zulmlə dolan dünyanı ədalətlə doldurması üçün mənim Əhl-i Beytimdən olan birisi mütləq göndəriləcəkdir" (Səhih-i Əbi Davud, Kitab-ül Mehdi, c. 2, s. 207).

Ümm-ü Sələmə də Peyğəmbərdən (s) bu hədisi eşitdiyini nəql edib:



"Vəd edilmiş Mehdi mənim Əhl-i Beytimdən və Fatimənin (r) övladlarındandır" (Səhih-i Əbi Davud, Kitab-ül Mehdi, c. 2, s. 207).

Əbu Səid nəql edir:



"Bizim Mehdimiz irəli çıxıq alınlı və incə burunludur. Zülmlə dolduqdan sonra yer üzünü ədalət ilə dolduracaqdır. O, yer üzündə tam yeddi il hökumət edəcekdir" (Səhih-i Əbi Davud, Kitab-ül Mehdi, c. 2, s. 208).

Həzrət Əli (r) da Rəsulullahın (s) belə buyurduğunu nəql edir:



"Vəd edilmiş Mehdi mənim Əhl-i Beytimdəndir. Allah-u Təala onun üçün gərəkli şərtləri bir gecədə hazırlayar" (Səhih-i İbn-i Mace, c. 2, Bab-u Xüruc-il Mehdi, s. 519).

Əbu Səid isə Peyğəmbərin (s) dillindən belə nəql edir:



"Yer üzü zülmlə dolacaq. Daha sonra Əhl-i Beytimdən olan birisi zühur edəcək, yeddi və ya doqquz ill hökm sürəcək  və yer üzünü ədalətlə dolduracaqdır" (Müsned-i Ahmed, c. 3, s. 28).

Əbu Səid isə Peyğəmbərin (s) dillindən belə nəql edir:



"Axır zamanda sultan tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir. Elə bir bela ki, ondan daha şiddətlisi eşidilməmişdir. Elə ki geniş yer üzü onlara daralacaq və zulmlə dolacaqdır. Möminlər bu zülmdən qurtulmaq üçün bir sığınaq və bir qurtarıcı tapa bilməyəcəklər. Daha sonra Allah-u Təala Əhl-i Beytimdən birini zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcəkdir. Göy üzü və yer üzünün sakinləri ondan razı olacaqlar. Yer üzü bütün bitkilərini onlar üçün bitirəcək və göy üzü onlara davmlı yağış yağdıraca, yeddi və ya doqquz il xalq arasında yaşayacaq və Allah-u Təalanın yer üzüne endirdiyi bu qədər xeyir səbəbindən ölüler yeniden yaşamağı arzulayacaqlar" (El-Beyan, s.72; Es-Sevaik-ul Muhrika, s.161).

Əbu Davud və Termizinin İbn Məsuddan (r) nəql etdiklərinə görə, Allahın elçisi (s) belə buyurmuşdur:

Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq...” (Qiyamət əlamətləri, genişlədilmiş 9 -cu nəşr, s. 159-160).

... Sizə... adı Əhməd, atasının adı Abdullah olan Mehdini başçı etmişdir. Ona qoşulun” (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, s. 31).

... Ona qoşulun, o, Mehdidir. Adı da Əhməd bin Abdullahdır...” (Qiyamət əlamətləri, mədinəli əllamə Muhəmməd bin Rəsul əl-Hüseyn Əl-Bərzənci, Pambıq nəşriyyat, 8-ci nəşr, s. 165).

Beləliklə, Mehdinin (ə) əsl adının ya Mühəmməd, ya da Əhməd, atasının adının isə Abdullah olacağı məlumdur.

Mövzumuz baxımından ən maraqlı hədislərdən bir qismi də bunlardır:

"Mehdi (ə) İsanın (ə) ona iktida etdiyi (namazda arxasında durub namaz qıldığı)  kimsədir" (“Əl-Məlahim vəl Fitən” kitabının tərcüməsi, yazarı Ibn-i Tavus, s. 46).

Burada diqqət etməli və yaxşı-yaxşı yadda saxlamalı olduğumuz məqam Həzərt İsanın (ə) Mehdinin xəlifəliyini və imamlığını, yəni liderliyini qəbul edəcəyi məqamıdır.



Şeyx İmran Hüseyn 2011-ci ildə Malayziyada verdiyi bir konfransda “Səhih-Müslim”də yer alan, Həzərət Mehdiyə Məkkədə necə beyət ediləcəyini anladan və diqqətimiz çox çəkən bir hədisi misal çəkmiş, fəqət onun nömrəsini qeyd etməmişdir (https://www.youtube.com/watch?v=ol1cuYOxg5k).

Sözügedən hədis belədir:

Xəlifə öləcək və onun varisinin kimi olacağı barədə fikir ayrılıqları yaranacaq. Birisi Mədinədən çıxıb Məkkəyə tələsəcəkdir. Və Məkkə əhli (onun pişvazına) çıxaraq onu onların beyətini qəbul etməyə məcbur edəcəklər".

Məlum olduğu kimi, Xilafət 1924-cü ildə ləğv edilmişdir. Belə olan halda hansı xəlifədən söhbət gedə bilər, yəni ölən xəlifə kim olacaq və ya kimdir?

Burada, istər-istəməz, ağla gələn ilk şey İŞİD-in xəlifə elan etdiyi Əl-Bağdadinin adı olur. Yəni doğrudanmı bu hədisdə söhbət Əl-Bağdadən gedir? Yəni doğrudanmı Mehdi (ə) Əl-Bağdadinin varisi olacaq?

İnandırıcı deyil.

Amma fakt budur ki, Mehdi (ə) qara bayraqlıların içindən çıxacaqdır. Bunu inkar etməmiz, əlbəttə ki, mümkün deyil.

Doğrusunu, əlbəttə ki, yalnız Allah bilir.

2019-cu ilin 27 oktyabrında dünya mətbuatı Əbu Bəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən İdlibdə öldürüldüyü barədə məlumat yaymışdır. Hazırda onun varisinin kimliyi və əsl adı məlum olmayan, yəni gizli tutulan Əbu İbrahim Haşimi əl Qüreyşi olduğu söylənilir. Bəziləri onun əsl adının Əmir Mühəmməd Əbdül Rəhman əl-Səlbi olduğunu ehtimal edirlər. Neçə yaşı olduğu, harda doğulduğu, hazırda harada olduğu məlum deyil. Hazırda onun ikinci xəlifə elan edildiyi (31 oktyabr 2019-cu il) söylənilir.

Bəzi mülahizələrə görə bu ad altında Əl-Həcc (Hacı) Abdullah Qardaş kimi tanınan Hacı Abdullah əl-Afari çıxış edir. Bəziləri isə onun 2017-ci ildə ABŞ hərbi təyyarələrinin bombardımanı zamanı öldüyünü, Abdullah Qardaşla Əmir Mühəmməd Əbdül Rəhman əl-Səlbinin fərqli-fərqli adamlar olduğunu qeyd edirlər. Milliyyətcə türkmən olan Abdullah Qardaşın əslən Qüreyşilərdən olduğu, Həzrət Həsənin (r) nəslindən gəldiyi, 2014-cü ilin məlumatına görə, həmin dövrdə 50-dən çox yaşı olduğu, Səddam Hüseyn dövründə İraq ordusunda qulluq etdiyi, həmin dövrdə general-mayor rütbəsi daşıdığı, İraqın ABŞ tərəfindən işğalından sonra İŞİD-ə qatıldığı və Əl-Bağdadinin sağ əli olduğu, Əl-Bağdadinin onu özünə varis elan etdiyi söylənməkdədir.

Əldə olan məlumatlara görə, Mosul Universitetinin İlahiyyat fakultəsini bitirən Abdullah Qardaşın 2017-ci ildə öldüyü xəbəri təsdiqini tapmayıb. Belə ki, onunla bağlı 2018-ci ildə xəbər portallarında çox sayda məlumat yayılıb. Qardaşın Mühəmməd adlı bir oğlu var.

Doğrusunu, əlbəttə ki, yalnız və yalnız Allah bilir.

Şeyx İmran Hüseyn sözügedən hədisi söyləyəndə, yəni 2011-ci ildə hələ nə İŞİD vardı, nə də onun xəlifə elan etdiyi şəxs. Odur ki, Şeyx İmran hədisdə “xəlifə” deyilərkən Səudiyyə kralının nəzərdə tutulduğunu və ola bilsin, ki, Mehdinin Səuduyyə kral ailəsindən çıxacağını söyləmişdi.

Yenə də doğrusunu Allah bilir.

Hazırda bir çoxları özünü bu və ya digər dərəcədə Həzrət Mehdi (ə) ilə bağlamağa çalışır. Bu halda söhbət təkcə özünü Mehdi (ə) elan edən saxtakar və ya psixoloji xəstələrdən və ya da özünü “vilayəti-fəqih”, yəni Mehdinin (ə) yer üzündək naibi elan edən Ayətullah Xamneidən getmir. Söhbət həm də “Ənsarül-Mehdi” adlı bir təşkilat yaradan, özünün İmam Yamani olduğunu iddia edən başqa bir saxtakardan gedir.

Şiə esxatologiyasında yer alan fiqurlardan biri də İmam Yamanidir. Onun Həzrət Mehdidən (ə) öncə gələrək, onun gəlişi üçün zəmin hazırlayacağına inanılır. İmam Cəfəri Sadiqə (r) istinadən söylənilən şiə hədislərinin bəzi variantlarında o, Həzrət Hüseynin (r), bəzilərində isə Həzrət Həsənin (r) soyundan olacaq bir şəxs kimi təsvir edilir (Biharül-Ənvar, 52, s. 162; Shablanji. Noor al-Absar. p. 172). İmam Cəfəri Sadiq sözügedən şəxsin onun əmisi Zeydin nəslindən olacağını və Yəməndə üsyan edəcəyini söyləmişdir. Bəziləri Yəməndəki Zeydi şiələrinin (husilərin) İranın təhriki ilə çıxartdıqları üsyanı bu hədislə bağlamağa çalışırlar.

Yamaninin əsl adının nə olacağı haqqında da yekdil bir fikir yoxdur. Onun “Həsən”, “Hüseyn”, “Səid”, Nəsr”, “Əhməd” adını daşıyacağı barədə müxtəlif fikirlər mövcuddur. Onun Yəməndə ağ bayraq qaldıracağı söylənilir.

Özünü Əhməd Yamani adlandıran və əslən İraqdan olan birisi “Ənsərül-Mehdi) adında təşkilat yaradıb. Təşkilatın təqribən 300 üzvü var. İraqda bu qurumun üzvlərinin fəaliyyətinə qadağa qoyulub. Bu üzdən də Liviyada fəaliyyət göstərirlər. Təşkilatın başçısı və üzvləri məqsədlərinin Mehdinin (ə) gəlişini hazırlamaq olduğunu söyləyirlər.

Əgər Yamani haqqında hədislər doğrudursa, Mehdi (ə) üçün zəmin hazırlamalı olan həmin şəsxin Səudiyyə Ərəbistanının keçmiş Neft və Mineral Resurslar naziri (1962-1986) Əhməd Zəki Yamani olduğunu düşünmək daha doğru və ağlabatan olar. Belə ki, məhz onun səyləri nəticəsində 1985-ci ildə Səudiyyə Ərəbistanı özünün neftin hasilatını artıraraq bu yanacaq növünün dünya bazarlarındakı qiymətinin 6,1 dəfə enməsin itəmin etmişdi. Məhz bunun nəticəsində iqtisadi çətinliklərlə üzləşən Rusiya (SSRİ-nin) həmin ildən etibarən “Yenidənqurma” yolunu tutdu, 1988-ci ildə Əfqanıstanda məğlub oldu və bu ölkəni tərk etmək məcburiyyətində qaldı. Məhz bu addım SSRİ-nin çöküşünə (1991) səbəb oldu. Təsadüfi deyil ki, Rusiyanın keçmiş baş naziri Yeqor Qaydar özününü 2006-cı ildə işiq üzü görmüş “İmperiyanın məhvi: Müasir Rusiya üçün dərslər” adlı kitabında bu faktı xüsusi qeyd etmişdir.

Lakin Rusiya baş verənlərdən lazımi dərs çıxarmadı və 2015-ci ildə Suriyaya soxuldu. Səudiyyə Ərəbistanı da 2020-ci ilin mart ayında yenidən eyni addımı atdı və İdlibdə (Amiq və Dabıq arasında) müsəlmanlarla amansız savaş aparan Rusiyanın, eləcə də onun müttəfiqi İranın iqtisadiyyatına inanılmaz bir zərbə vurdu. Əhməd Zəki Yamaninin 1985-ci ildə tətbiq etdiyi metodun yenidən tətbiq edilməsi səbəbindən Məlhəmə-i Kübranın əsas iştirakçılarından olan ABŞ-ın neft sənayəsi də inanılmaz problemlərlə üzləşdi. Həmin ay G-20 ölkələrinin zirvə toplantısında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz nitqində Səudiyyə kralına bu addıma görə xüsusi təşəkkürün bildirdi.

Bir sözlə, Məlhəmə-i Kübra savaşında müsəlmanlara qarşı cəbhədə yer alan Rusiya, İran və ABŞ zərbə yedilər, müsəlmanlar və müharibə meydanında onların tək hamisi rolunda çıxış edən Türkiyə bundan çox məmnun qaldılar. Həzrət Mehdinin (ə) gəlişi üçün bundan daha yaxşı hansı zəmin hazırlana bilərdi ki?

İraqın nüfuzlu şiə din xadimlərindən Müqtəda əs-Sədr də “Mehdi Ordusu” deyilən bir hərbi təşkilat yaradıb.

Məlum olduğu kimi şiəliyin bir-biri ilə rəqabət aparan iki dini mərkəzi var: Qum (İran-fars) və Nəcəf (İraq-ərəb). İraq şiələri 90 yaşlı Ayətullah əl-üzma seyid Əli Hüseyni Sistanini, İran şiələri isə Ayətullah Xamneini özlərinə lider hesab edirlər.

İraqda 47 yaşlı daha bir şiə lideri var. Özünün radikal görüşləri və xarizmatikliyi ilə fərqlənən bu şəxs Müqtəda əs-Sədrdir. Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğlu olan Müqtəda əs-Sədr ilə Ayətullah Sistani arasında ciddi ziddiyyət var. O, 2004-cü ildə ABŞ qırıcılarının Nəcəf və Kərbəlanı bombardıman etməsindən və Nəcəfdəki Həzrət Əli (r) türbəsinə atəş açdıqdan sonra buna cavab olaraq “Mehdi Ordusu” Amerikaya qarşı savaş elan etdi.

2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana  üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin onun həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur.

2008-ci ilin mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı Əs-Sədrin tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır.

Qeyd edək ki, Müqtəda əs-Sədrin "Mehdi Ordusu" ilə koalisiya və müvəqqəti hökumətin qoşunları arasında döyüşlər 2008-ci ilin avqust ayının 28-ə qədər davam edib. Həmin  ilin avqust ayının sonlarında isə Müqtəda əs-Sədr yaydığı bəyanatla "Mehdi Ordusu"nun fəaliyyətini dayandırğını elan edib və həmin tarixdən sonra silahlı deyil, siyasi mübarizəyə qoşulacağını bildirib. Bundan əvvəl, daha dəqiq desək, 2008-ci ilin iyununda "Mehdi Ordusu" ələ keçirdiyi və əs-Sədrin dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil vermişdi.

Hazırda Türkiyənin paytaxtı Ankara  şəhərində olan Müqtəda əs-Sədrin olduğu yer məxfi saxlanılır. Türkiyənin XİN rəsmiləri Əs-Sədrin İrandan Türkiyəyə gətirilməsinin səbəbini İraqdakı təhlükəsizlik və stabillik mövzusu ilə bağlı Türkiyənin vasitəçilik edəcəyi sülh prosesinin müzakirə edilməsi ilə əlaqələndirirlər.



Mehdi (ə) haqqında əldə olan həisləri ümumiləşdirərək, aşağıdakıları söyləyə bilərik:

1. Hz. Mehdi (ə) Əhli-beytdən olacaq, Hz. Həsənin (r) nəslindən gələcəkdir.

2. Adı ya Əhməd, ya Mühəmməd, atasının adı Abdullah, ləqəbi Əbu Abdullah olacaq.

3. Alnı geniş, burnu qövsvari, dişləri aralıdır.

4. Yeddi, səkkiz və ya doqquz il Yer üzünün xəlifəsi olacaq. O, Zülqərneyn və Hz. Süleyman (ə) kimi bütün dünyaya hökm edəcəkdir.

5. Bütün dünyada zülmə son qoyacaq, dünyanı ədalətlə dolduracaqdır.

6. Ondan həm göy, həm də yer əhli razı qalacaq.

7. Dünya malını bütün insanlar arsında bərabər böləcək, yer üzündə bircə nəfər də kasib qalmayacaq, hər kəsin istədiyi hər şeyi olacaqdır. Bu səbəbdən də heç kəsin zəkat və sədəqəyə ehtiyacı olmayacaq.

8. Zühurundan əvvəl, xəlifənin ölüm xəbəri yayılacaq və yeni xəlifənin kim olması barəsində ixtilaf düşəcəkdir. Məhz elə o əsnada Mədinədə olan Hz. Mehdi (ə) Məkkəyə gələcək və Məkkəlilər özü istəmədiyi halda ondan ortaya çıxmasını tələb edəcək və axırda Kəbənin küncü ilə Hz. İbrahimin (ə) məqamı arasında olan yerdə ona beyət edəcəklər. Beyət edənlərin sayı 313 nəfər olacaq. Həmin vaxt 40 yaşında olacaq.

9. Beyətdən sonra Şamdan və ya İraq tərəfdən Hz. Mehdinin (ə) üstünə bir ordu göndəriləcək, ancaq bu ordu çöldə Zulhüleyfə adlı yerə çatdıqda, yerin dibinə batırılacaqdır.

10. Hz. Mehdi (ə) Xorasandan (Əfqanıstandan) gələn, döyüşə-döyüşə Qüdsə qədər irəliləyəcək qara bayraqlıların içindən çıxacaqdır.

11. Şərq tərəfdən gələnlər onun xəlifəliyi üçün zəmin hazırlayacaqlar.

12. Hz. Mehdi (ə) zühur edərkən başında bir sarıq olacaq və bir carçı (ya mələk): “Bu, Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun” –deyə car çəkəcəkdir. Onun zühuru Məhərrəm ayında, Aşura günü baş verəcək.

13. Onun bayraqdarı Şərqdən gələn, Əl-Təmim tayfasına mənsub bir gənc olacaq. Adının Şüeyb olacağı ehtimal edilir.

14. O, Qüdsə daxil olacaq. Orada səhər namazı qılacaq. Həzrət İsa (ə) onun imamlığını qəbul edib, arxasında namaz qılacaq, onun xəlifəliyini təsdiq edəcəkdir.

15. Mədinəni (Qənstəntiniyyəni) və Deyləm dağını fəth edəcəkdir.

16. Yəhudilərə bənzəyəcək, sağ yanağında xalı olacaq.

17. Rumlarla (ruslarla) Amiq və Dabıq arasında 3 gün döyüşəcək, 3-cü gün qələbə çalacaqdır. Bu zaman əskərlərinin sayı 70 min olacaq. Rumu (Rusiyanı) və Qənstəntiniyyəni (Roma? İstanbul? Moskva?) fəth edəcək. Müsəlman əskərlər Rumda 400 min və ya 600 min kafiri məhv edəcəklər.

Qeyd: İstanbul (Konstantinopol) tarixdə ikinci, Moskva isə üçüncü Roma kimi tanınınr. İstanbul müsəlman şəhəri olduğu üçün oranın fəthi ağlabatan deyil. İtaliya da sözügedən savaşda iştirak etmədiyi üçün bu halda söhbətin üçüncü Romadan (Moskvadan) getdiyi bizə daha ağlabatan görünür. Üstəlik də hədislərdə Mehdinin (ə) “Allahu Əkbır!” deyəcəyi və şəhərin 12 qülləsinin (bürcünün) dağılacağı qeyd edilir. İstanbulda sadəcə üç qüllə var. Moskvada isə, təkcə Kremldə 16 bürc var. Onlardan 4-ü biri, 12-si isə başqa tipdədir.

18. Hökm verərkən Qurani-Kərimə, Peyğəmbərin (s) şəriətinə və sünnələrinə əsasən hökm verəcəkdir.

Qeyd edildiyi kimi, Həzrət Mehdinin (ə) zühurundan sonra dünyada zülmə son qoyulacağı, ədalətin bərqərar olacağı, dünya malının bütün insanlar arsında bərabər bölünəcəyi, yer üzündə bircə nəfər də kasibın qalmayacağı, hər kəsin istədiyi hər şeyinin olacağı, bu səbəbdən də heç kəsin zəkat və sədəqəyə ehtiyacı qalmayacağı söylənilir. Bu o deməkdir ki, sinifli cəmiyyətə və insanın insan tərəfindən istismarına son qoyulacaq, hər bir insanın ehtiyacını ödəyəcək qədər maddi nemətlər bolluğu yaranacaqdır.

Bu mümkündürmü?

Nəzərə alsaq ki, bəşəriyyət 4-cü sənayə devrimi ərəfəsindədir, yəni biz 3-cü sənaye devrimindən 4-cü sənaye devriminə keçid ərəfəsindəyik, suala çəkinmədən müsbət cavab vermək olar.

Belə hesab edilir ki, sənaye devrimıərinin birincisi su və buxar enerjisinin istifadə edilməsi ilə XVIII əsrin ilk çəyərəyində ortaya çıxmışdı. Buxar maşınının icadı və istehsalatın müxanikləşdirilməsinə əsaslanan bu devrimi təqribən yüz il sonra kütləvi istehsala keçidi təmin edən 2-ci devrim dalgası təqib etdi. Bu, elektrik enerjisinin kəşfi və onun sənayeyə tətbiqi ilə mümkün oldu. XX əsrdə dünya, nəhayət ki, dijital çağa addım atdı və beləcə, devrimlərin 3-cüsü olan dijital sənaye devrimi çağı başladı. Elektronik ve informasiya texnologiyalarının təkmilləşdirilməsi sayəsində istehsalın avtomatlaşdırılması gerçəkləşdirildi. 3-cü devrim avtonom maşın ve virtual mühitə start verərək əski istehsal vasitələrini daha da təkmilləşdirən 4-cü sənaye devrimini gətirdi.

4-cü sənaye devriminin təməlini İoT (İnternet vasitəsilə bir-birinə bağlanan obyektlər) sayəsində fiziki və virtual mühitlərin əlaqələndirilməsi nəticəsində yaranan informativ paylaşımın əmələ gətirdiyi intellektual şəbəkə, eləcə də virtual sistemin sensor məlumatları ilə əlaqələndirilməsi təşkil edir.

4-cü sənaye devriminin gətirdiyi yenilikləri aşağıdakı kimi sıralaya bilərik:

5 G texnologiyaları

3 D texnologiyası

Süni zəka

Bulud hesablama

Genişlənmiş reallıq

Böyük məlumatların təhlili

Robot texnologiyaları

Tamamilə robotlaşdırılmış istehsal sahələri

Söhbət süni zəka tərəfindən idarə ediləcək robotlaşdırılmış sistemlər - robotlaşdırılmış istehsal və xidmət sahələri sayəsində yaradılacaq maddi nemətlər bolluğunda, robotların istismar edilənləri əvəz etməsi ilə insanın insan tərəfindən istismarına son qoyulmasında, 5G texnologiyaları sayəsində nəqd pulun bütünlüklə kripto valyuta (virtual pul) ilə əvəz edilməsi sayəsində sələm kapitalına əsaslanan bank-sisteminin aradan qaldırılmasına, süni zəka tərəfindən insanların ehtiyaclarının müəyyən edilərək maddi nemətlərin onlar arasında ədalətli paylaşımına əsaslanan ədalətli cəmiyyətdən gedir.

Elmi-texniki tərəqqi bütün bu deyilənlərin çox yaxın zamanlarda reallığa çevrilməsi üçün gözəl imkanlar yaradır. Və bu gün şeytani qüvvələrin əsas məqsədi bu sistemi çalışdıracaq proqramlaşdırma mərkəzlərini ələ keçirərək bəşəriyyəti yenidən özünün köləsinə çevirməkdir.

Dəccalın görəcəyi ilk işlərdən biri insanların dərisinin altına xüsusi proqramlaşdırılmış çiplər yerləşdirmək, bu çiplər vasitəsilə onları izləmək, insanları maddi sərvətlərin paylaşılma sisteminə bağlayaraq ona qarşı cıxanları, lazım gəldiyi an, çipinini sistemdən kəsməklə aclığa məhkum edə bilməkdir. Bu barədə “Vəhy” kitabında belə deyilir:



O, bütün insanları - kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin”. 

Təbabətin inkişafı ilə insanın sağlamlığıü çün yeni imkanlar ortaya çıxdığı kimi, bəşəriyyət üçün, əslində, təhlükə də xeyli artır. Çünki, tibb Dəccala xidmət edən şeytani qüvvələrin əlində planetdəki milyonlarla "əlavə" insanın qətliamı üçün bir vasitəyə çevrilir. Bununla nə demək istədiyimizi izah edək.



Biriləri baltanı ağac doğramaq üçün kəşf etdi, başqa biriləri isə ondan insanları qətl etmək üçün istifadə etdi. Ataom enerjisi yüzlərlə şəhər və kəndi elektrik enerjisi ilə təmin edə bildiyi kimi, biriləri tərəfindən bombaya çevrildiyindən həmin şəhər və kəndləri məhv etmək potensialına da sahibdir.

Dəccalın görəcəyi ilk işlərdən biri də Harmageddon savaşını çıxarıb. Dünya əhalisinin sayını 500 milyona salmaq olacaq. Bu, ABŞ-ın Georgia ştatının Elbert County şəhərində ucaldılan və “Dəccalın daşları” kimi tanınan abidədə açıq-aydın  şəkildə ifadə edilmişdir. 6 granit daştan ibarət olan bu abidənin fərqli səthlərində 8 yaşayan ve 4 ölmüş dildə yazılmış 10 prinsip qeyd edilib Həmin prinsiplər Dəccalın 10 əmri olaraq bilinməkdədir. Onlardan birincisi dünya əhalisinin sayının 500 milyona endirmək əmridir.

Abidənin hündürlüyü 5.47 metr, ağırlığı 108 tondur. 1979-cu ildə qoyulsa da, kim tərəfindən qoyulduğu məlum deyil. Onu ucaldanlar özlərini “Qızıl çağı arayan bir qrup Amerikalı” və “R. C. Christian camaatı” kimi təqdim etmişlər.

Mövzu ilə bağlı “İnterPosta.info”da dərc edilmiş 30. 03. 2020-ci il tarixli, “Dünya əhalisinin sayını azaltma planları: virus, qıtlıq, eynicinslilik...” adlı məqalədə deyilir:

Dünyaya hökm edən qlobal güclər əhalinin sayını azaltmaqla insanları daha rahat şəkildə nəzarət altına almaq istəyirlər. İllərdir səsləndirilən bu konspirasiya nəzəriyyələrini çox sayda tədqiqatçı artıq qəbul edib. Bəs beynəlxalq gücə sahib ölkələr və təşkilatlar əhalinin sayının azaldılması üçün hansı yollara baş vurur?

1.Qıtlıq paktı (Pacte de famine).

XVIII əsrin sonlarında Fransa böyük qıtlıqla qarşı-qarşıya qalır. Hava şəraitinin pis keçməsi və zəif əkinçilik metodları ölkənin bir çox yerində ciddi ərzaq çatışmazlığına səbəb olur. Bunun nəticəsində isə məhsulların qiyməti bahalaşırdı. Orta və aşağı təbəqənin çoxu - xüsusən də kəndlilər aristokratların və ya bəzi qrupların əhalinin sayını nəzarətdə saxlamaq üçün gizlincə taxıl qiymətlərilə oynadıqlarına inanırdı. Bu qorxu və inamsızlıq da Fransa İnqilabının başlamasına vəsilə oldu.

2.Pandemiyalar.

Konspirasiya nəzəriyyəçiləri pandemiyaların dünya əhalisinin sayını azaltmaq üçün bəzi qruplar tərəfindən yayıldığına inanırlar. Bəziləri 1918-1920-ci illərdə təxminən 20-100 milyon insanın ölümünə səbəb olan ispan qripinin (eyni zamanda ABŞ ordusunun yanlış sınaqlarının nəticəsi olaraq təqdim edilir) məqsədli şəkildə əhalinin sayının azaldılması layihəsi olduğuna inanırlar. Nəticə etibarilə bu vaxta qədər yayılan donuz qripi, ebola, SARS və s. də bu layihənin tərkib hissəsi hesab edilir. Həmçinin pandemiyaların dərman şirkətlərinin satışlarını yüksəltmək məqsədilə yaradıldığı da konspirasiya nəzəriyyələri arasındadır.

3.İnsan Genomu Layihəsi.

İnsan Genomu Layihəsi faydası ilə yanaşı, bir sıra konspirasiya nəzəriyyələri ilə də məşhurdur. Məsələn belə hesab edilir ki, layihə planetimiz üçün alt təbəqə və əlverişsiz olaraq qəbul edilən insanları yox etmək üçün inkişaf etdirilir. Konspirasiyaya görə, layihənin ümumi məqsədi "pis genlər"in müəyyən edilməsi və aradan qaldırılmasıdır. İnsan genetikasını formalaşdırmaq üçün bioloji silahlardan tutumuş müxtəlif xəstəliklərə qədər yaradılmasına icazə verildiyi iddia edilir. Hətta bəzi dərmanların belə hədəf alınan qrupların yox edilməsi üçün istifadə edildiyinə inanılır.

4.Qlobal istiləşmə.

Qlobal istiləşmə öz-özlüyündə belə müzakirə edilməli məsələdir. Əsas mövzu isə bunun olduğunu qəbul edənlər və etməyənlər arasındakı mübahisədir. Rədd edənlər cəbhəsində yer alan nəzəriyyəçilər hesab edir ki, qlobal istiləşməyə qarşı aparılan kampaniyalar əslində əhalinin sayını azaltmaq məqsədi daşıyır. Onların fikrincə, zərərli maddələri azaltmaq uğrunda aparılan mübarizə dünyanın hər yerində geniş miqyasda qida və enerji məhsullarının istehsalını azaltmağa yönəlib. Nəzəriyyəyə görə, bu süni qıtlıq və yoxsulluq yeni dünya nizamının arxasında dayanan qüvvələri işini asanlaşdırır və daha sonra dünya miqyasında bir soyqırım və qlobal iqtisadiyyatın çökdürülməsi ilə nəticələnəcək.

5.Corciya Quidstons abidəsi.

ABŞ-ın Corciya ştatının Elbert Kounti şəhərində olan Corciya Quidstons abidəsinin kim tərəfindən inşa edildiyi məlum deyil. Üzərində insanlığın rifahı üçün 8 dildə 10 maddə yazılıb. Lakin nəzəriyyəçilər yazılanların əhalinin sayının azaldılması layihəsini icra edənlərə ünvanlandığına inanır, bunu da daş üzərində yazılmış ilk maddə ilə əlaqələndirirlər.

6.İnsanların sayının azaldılmasının arxasındakı əsas beyin yadplanetlilərdir.

Belə bir konspirasiya nəzəriyyəsi də mövcuddur ki, Yeni Dünya Nizamı, İllümunati kimi təşkilatlar əhalinin sayını azaltmağı qarşısına məqsəd qoymuş yadplanetlilərin kuklalarıdır. Onlar belə hesab edir ki, insanların sayının azaldılması yadplanetlilərin dünyanı məhv etmək istədiklərində daha az müqavimətlə qarşılaşmalarını təmin edəcək. Böyük ehtimalla onların bu planına çanaq tutanlar ya bağışlanacaq, ya da mükafatlandırılacaqlar. Konspirasiya nəzəriyyəçiləri yadplanetlilərin Faşist Almaniyası dövründən bəri bəzi insanlarla əməkdaşlıq etdiklərinə inanırlar. Bu səbəbdən də dünyanın digər hissəsini nəzarət altına alması üçün faşistlərə müasir texnikaları verənlər də əslində onlar idi. Faşistlər məğlub olduqdan sonra onlar birdən-birə yoxa çıxdı və o zamandan bəri bu plan üzrə başqa qruplarla çalışdılar.

7.Yaşıl Soylent filmi.

1970-ci illərin məhşur filmlərindən olan "Yaşıl soylent”i izləyənlər nəyi nəzərdə tutduğumuzu anlayar. Bu film təbii qaynaqları sənayeləşdirmə və əhalinin sayının artması səbəbindən yorğun düşən 2022-ci ildəki dünyadan bəhs edir. Varlılar xüsusi bölgələrdə yaşayaraq dünyaya istiqamət verərəkən, kütlələr yoxsulluğun, aclığın və ətraf mühitin çirkli olduğu yerlərə göndərilirlər. Onları həyatda saxlayan yeganə şey isə böyük şirkət tərəfindən kütləvi istehsal edilən Yaşıl Soylent olaraq bilinən qidadır. Sonda cinayət işi üzərində çalışan bir dedektiv həqiqəti ortaya çıxarır: Yaşıl Soylent insanlardır. Yəni, qida ölmüş insan qalıqlarından hazırlanır və bu, zəngin və güclü insanlar tərəfindən gizli saxlanılır. Bəzi konspirasiyaçılar Yaşıl Soylentin bizim gələcəyimizə dair işarə olduğunu söyləyir. Film ayrılıqda bizi başqalarına yem olmaq düşüncəsinə hazırlayır.

8.Qida qanunu.

Əhalinin sayının azaldılması ilə bağlı bütün nəzəriyyələrin mərkəzi Qida Qanunudur. 1963-cü ildə Qida və Əkinçilik Təşkilatı və Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan qanunun qida təhlükəsizliyi məqsədilə qəbul edildiyi deyilsə də, əslində dünyanın qida ehtiyatını nəzarətdə saxlamaq məqsədi daşıdığına inanılır. Nəzəriyyəçilər hesab edir ki, bu, dünya əhalisinin yarım milyondan çox hissəsinin məhv edilmə planıdır. Onların fikrincə, Qida Qanunu təbii qidaların əvəzinə geni dəyişdirilmiş qidaların yayılmasını və vitamin və mineralların mərhələli şəkildə azaldılmasını təşviq edir. Nəticədə qanunun arxasında dayanan şəxslərin hədəfinin 3 milyard insanın qida rejiminin pozulması səbəbindən xəstələnərək ölməsidir.

9.Ağ irqin nəslinin kəsilməsi.

Ağdərili insanların nəslinin kəsilməsi də konspirasiya nəzəriyyələri arasındadır. Bunu açıq qarşıdurmalarla etmək mümkün olmadığından fərqli metodlara əl atılır. Məsələn, ailə planlaşdırmaları, qarışıq evliliklər, xarici miqrant axını və s.

10.Homoseksuallığın təbliqi.

Homoseksuallığın həyat tərzi olması ilə bağlı təbliğatlar aparılması artıq bilinən gerçəkdir. Henri Makrov kimi konspirasiya nəzəriyyəçiləri insanların artmaması üçün bu tip təbliğatların aparıldığına inanrılar. O, həmçinin feminizmin də bunun bir parçası olduğunu hesab edir”.

Bütün bu deyilənlərə robotlarla evlənməyi də əlavə etmək lazımdır. Bunun da üzərində xüsusi işlənilir.

Beləliklə, Dəccalın və ona xidmət edən şeytani qüvvələrin məqsədi insanların sayını onlara tam nəzarət edilə biləcək səviyyəyə qədər azaltmaqdır. Azalda bilmək üçün ən effektli vasidə “Harmagedon”, yəni III Dünya savaşını çıxartmaqdır. Müharibədən sağ çıxacaq əhalini nəzarətdə saxlamaq üçünsə onlara çiplər yeridilməlidir. Çiplərin yeridilə bilməsi üçün, yəni insanların buna könüllü razı olmaları üçün bu çiplərə sahib olmayacaq adamları alış-veriş etmək imkanından məhrum etmək lazımdır. Yəni söhbət nəqd paranın ortadan qalxmasından və elektron para ilə əvəz edilməsindən sonra maliyyə əməliyyatlarını aparmaq üçün zəruri olan ağıllı çiplərdən gedir. Bu çiplər həm şəxsiyyət vəsiqələrini, həm maaş kartlarını, həm də tibbi kartları əvəz etməli, eyni zamanda insanın bədənində yaranacaq hər hansı bir xəstəlik zamanı onu dərhal xəbər etməlidir.

İlk baxışdan çox mütərəqqi bir şey kimi nəzərə çarpan əhalinin kütləvi çipləşdirmə planı, eyni zamanda, Dəccala bütün insanları izləmə, danışıqlarını dinləmə və lazım gəldiyi halda maliyyə əməliyyatları şəbəkəsindən ayırmaqla cəzalandıra bilmək imkanı verəcək. Üstəlik də insanları kiborqa çevirmək istəndiyi də istisna edilmir.

Azadİnform”un yaydığı 29.09.2015 tarixli, “ABŞ insanları çipləşdirmə prosesinə əsgərlərdən başlayır” adlı xəbərdə deyilir:

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) hərbçilərin beyninə elektron çiplərin tətbiqi ilə bağlı işlər aparır.



Azadinform Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, layihənin başlıca məqsədi superəsgərlərin yaradılması yox, onların beyninin qorunmasıdır. Artıq “Neuroprosthetics” adlanan implantların sınaqları keçirilir. Bu barədə ABŞ jurnalisti Enni Ceykobsenin “Pentaqonun beyni” adlı kitabında da bəhs olunur.

Məlumata görə, “DARPA” uzun illər ərzində hərbi qulluqçuların beyninə çiplərin yerləşdirilməsi ideyasını həyata keçirməyə çalışsa da, əsgərlərin “kiborq”lara çevrilməsi yalnız indi mümkün olub. Agentlik əsgərlərin döyüş meydanında döyüş qabiliyyətinin artırılması və əsgərlərin kəllə-beyin zədəsindən sonra müalicəsi üzrə bir sıra layihələr həyata keçirib.

"Newsru” yazır ki, superəsgərlərin yaradılması Pentaqonun yeni proqramının yeganə məqsədi deyil. Hərbçilərin fikrincə, çiplərin tətbiqi süni intellektin yaradılması yolunda yeni addım olacaq və daha yüksəksəviyyəli robotlar yaratmağa imkan verəcək. Kitab müəllifinin yazdığına görə, agentliyin başlıca məqsədinin yeni silah növlərinin yaradılması olduğunu unutmaq olmaz. Sual doğuran əsas məsələ isə proqramın məhz hərbi məqsədlər üçün necə istifadəsi ilə bağlıdır”.

“Virtual Azərbaycan”da “Virtualaz.org azvision.az”a istinadən dərc edilmiş “Məmurların bədəninə çip yerləşdirilir” (31 yanvar 2014) adlı yazıda isə deyilir:

ABŞ-ın Vayominq ştatının administrasiyası əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Ştatın Hanna dairəsində dərc olunan qərara görə, sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər.

Vayominq ştatı tərəfindən başlanan çipləşdirmə prosesi (MINI RFID) vətəndaşların avtomatik identifikasiyasını nəzərdə tutur. Haqqında söhbət gedən çip – 100 Qiqabayt yaddaşı olan mini-kompüterdir. Onun içərisinə müxtəlif məlumatlar: tibbi, sığorta məlumatları, sürücülük vəsiqəsinin nömrəsi, kredit tarixçəsi, kriminal keçmişi və s. daxil ediləcək.

Vayominq ştatının əhalisi MINI RFID qurğusuna məmnunluqdan – kəskin narazılığa qədər müxtəlif münasibət bildirirlər. Bir vətəndaş isə əvvəllər necə yaşadığına təəccüblənərək yeni çip vasitəsilə maqazalardan pul kisəsi olmadan belə alver edə bildiyini söyləyib. Bununla yanaşı təkuşaqlı ana dövlət dəstəyindən imtina edə bilmədiyini və bu səbəbdən MINI RFID çipini quraşdırmağa məcbur olduğunu dilə gətirib.

Texniki yenilik tərəfdarı olan vətəndaşlar isə terror aktlarının qarşısını ala biləcək Amerika istehsalı olan yeni qurğu ilə qürur duyurlar.

İnanclı xristianlarda isə əhalinin çipləşdirilməsi kampaniyası ciddi narazılıq doğurub. Onların fikrincə, bu yenilik “İncil”də göstərilən və insanın əllərində yazılacaq “heyvan rəqəmi” ilə üst-üstə düşür. Belə işarəsi olan insan bütün ömrü boyu cəhənnəm odunda əzab çəkəcək.

Qeyd olunur ki, Vayominq ştatının əksər əhalisi MINI RFID çipinin quraşdırılmasına sevinir. Çünki bu həyati qayğıları – tibbi yoxlamanı rahat keçmək, valideynlərin uşaqları üçün narahat olmamaları və s. həllində yardım edir.

Lakin insanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər”.

“Son xəbər” in 27 sentyabr 2016-cı ildə dərc etdirdiyi “Alnımıza yazılacaq ştrix-kodun müdhiş sirri” adlı məqalədə (müəllifi: Sultan Laçınlı) oxuyuruq:



2030-cu ilədək hər kəsin elektron köləyə çevrilməsi gözlənilir...

...Əgər yer üzündə gedən prosesləri beynəlxalq aləmlə yanaşı, həm də özümüz və ətrafımızın nümunəsində diqqətlə izləsək görərik ki, hər şey məhz "vahid imperiya"ya doğru gedir. Birbaşa Amerika, İsrail və Avropadan idarə edilən total nəzarət mərkəzləri formalaşmaqdadır. Bir sıra ölkələrdə biometrik şəxsiyyət vəsiqələri, universal elektron kartlar buraxılıb. Bütün bank, nəqliyyat və s. kartlardan da eyni məqsədlə istifadə edilir. Elektron kartların və biometrik pasportların tətbiqinə artıq Almaniya və Rusiyada etiraz edən qüvvələr var...

Bilderberq klubunun əmri ilə ABŞ və bəzi digər ölkələrdə kütləvi çipləşdirmə başladılıb...

Dünya bankir imperiyası onu da bilir ki, insan bəzən nəzarətdən yayınmaq üçün, yaxud təsadüfən vəsiqə və kartları üzərində daşımaya, telefon və ya kompüter işlətməyə bilər. Odur ki, daha etibarlı olan elektron çiplərin tədricən hər bir yer sakininin dərisi altına yerləşdirilməsi haqda göstəriş verilib. Son məlumatlara görə, bu əmri Rokfellerlərin başçılıq etdiyi Bilderberq klubu 2008-ci ilin iyun toplantısında verib. Araşdırmalarımız sayəsində bu mövzuda yeni-yeni məlumatlar əldə etməkdəyik…

2030-cu ildə ümumdünya çipləşdirmə kampaniyası başa çatmalıdır.

Rusiyada universal elektron kartının tətbiqi əleyhinə koordinasiya komitəsinin rəhbəri Qalina Sarevanın verdiyi məlumata görə, hələ 2000-ci ildə məşhur milyarder, “San Maykrosistems” kompaniyasının lideri Bill Coy super oliqarxiyanın 2030-cu ilədək dünya əhalisinin hamısını çipləşdirməyi başa çatdırmaqla insanları sözün həqiqi mənasında elektron köləyə çevirməyi nəzərdə tutan proqramları barədə danışıb. Artıq ABŞ, Braziliya, Meksika, İsveç, Rusiya kimi ölkələrdə müxtəlif bəhanələrlə, xüsusən pasientlərin sağlamlığına nəzarət adıyla kütləvi çipləşdirmə kampaniyasına start verilib. Çipləşdirmə - insanın sağlamlığı, həyat və düşüncə tərzi, yerdəyişmələri, fəaliyyəti, peşəkar məşğuliyyəti və s. üzərində tam, sutkaboyu texniki elektron nəzarətin həyata keçirilməsidir. Bu, insanlığın gizli soyqırım növlərindən biridir. 2001-ci ilin iyunundan ABŞ-da imlantant çiplərin kütləvi istehsalına başlanılmışdır. 2002-ci ildə ABŞ-da ilk dəfə insan bədəninə çip yeridilmişdir. 2004-cü ildə isə artıq çipləri istehsal edən kompaniya Rusiyada da fəaliyyətə başlamışdır.

Bütün ölkələrdəki insan haqqında məlumatlar əsasən “Mossad” tərəfindən idarə edilən, amma ABŞ-da yerləşən “VeriChip” kompaniyasının bazasına ötürüləcək. Həmin mərkəzdən çip vasitəsilə insanın beyninə müxtəlif siqnallar və elektromaqnit dalğaları göndərərək onun əhval-ruhiyyəsini, fikir və davranışlarını istədikləri kimi dəyişə, hətta xəstələndirə biləcəklər.

2025-ci ildə Rusiyada uşaqların beyninə də çip yerləşdirəcəklər. Bu barədə hələ 2007-ci il avqustun 7-də ölkənin Sənaye və Energetika naziri Viktor Xristenkonun 311 nömrəli əmrlə imzaladığı “2025-ci ilədək Rusiyada elektron sənayesinin inkişaf strategiyası” haqqındakı proqramda rəsmən yazılıb. Rusiyada və digər ölkələrdə insanları gizli olaraq çipləşdirmək üçün içərisinə çip yeridilmiş peyvəndlərin də tətbiqinə başlanıb...

Amerikada çipli gənclər gecə klublarına pulsuz buraxılır...

Hazırda bütün Amerikada çipləşdirmə prosesi gedir. Öncə şəxsiyyət və sürücülük vəsiqələrindən başlayan bu proses, cihazların artıq insan bədənlərinə yerləşdirilməsi ilə davam edir: İş yerlərinə qəbul üçün bu, müqavilə şərtlərindən birinə çevrilib. Gəncləri çipləşdirməyə həvəsləndirmək üçün çipli şəxslər gecə klublarına növbəsiz buraxılır və xüsusi pulsuz içkilərə qonaq edilirlər.

Şəxsiyyət vəsiqələrini dəri altına yerləşdirilən düyü boyda çiplər əvəzləyəcək...

ABŞ-ın Vayominq ştatının administrasiyası da 2015-ci ildən əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər. İnsanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər.

Hökumətin əleyhinə çıxanların çipləri söndürüləcək və onlar heç avtomobil də sürə bilməyəcəklər...

Texniki yenilik tərəfdarı olan sadəlövh vətəndaşlar isə mağazalardan pul kisəsi olmadan belə alver etməyə imkan verməklə bərabər, terror aktlarının qarşısını da ala biləcək Amerika istehsalı olan yeni qurğu ilə qürur duyurlar. Ancaq məsələnin əks tərəfi var: hökumətinin əmrlərini yerinə yetirməyən və ya ona qarşı etirazlar təşkil edən şəxslərin çipləri dərhal söndürüləcək və onlar ictimai həyatdan təcrid olunmuş vəziyyətdə qalacaqlar. Yəni iş, yaxud təhsil yerinə buraxılmayacaq, nəinki hansısa maliyyə əməliyyatı hətta adi ərzaq alış-verişi də edə, avtomobilini belə idarə edə bilməyəcək.

Çipləşdirilmədən imtina edənləri türməyə basacaqlar...

"International Business Times" nəşrinin verdiyi məlumata görə, 2015-ci ilin əvvəlindən İsveçin "Epicenter" şirkəti öz əməkdaşlarının bədəninə çiplər quraşdırıb. Artıq bu ilin sonunadək ABŞ, İtaliya və İsveçdə bütün yeni doğulanları və dövlət qulluqçularını çipləşdirmək nəzərdə tutulur. 2017-ci ildə isə həmin ölkələrin əhalisinin qalan hissəsini çipləşdirmək planlaşdırılır. Bundan sonra digər ölkələr də bunlardan “nümunə” götürəcək. Üstəlik, beynəlxalq təşkilatlar da çipləşdirmənin vacibliyini dövlət rəhbərlərinə “məsləhət” görəcək, “tövsiyə” eədəck və s. 2018-ci ildən isə çip implantasiyasından imtina edənləri iri məbləğdə cərimə və hətta azadlıqdan məhrumetmə ilə cəzalandırmaq nəzərdə tutulur...

Bununla müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir...

Rusiya Geosiyasi Problemlər İnstitutunun prezidenti, general-polkovnik Leonid İvaşov hesab edir ki, elektron çipləşdirmə, insan üzərində elektron kontrol, insan şüuruna qarşı kütləvi qırğın silahıdır. Deməli artıq kütləvi çipləşdirmə ilə müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir: yüksək texnologiyalara yiyələnmə savaşı gedir...

Gələcəkdə insanların, daha doğru desək, elektron qulların total nəzarətdən bezərək çipləri bədənlərindən xaric edə bilmələrini nəzərə alan dünya ağaları mikroçiplərdən də sərfəli olan, lazer vasitəsilə görünməyən işarə - tatu qoyulması daha məqsədəuyğun hesab edirlər. Hələ 1984-cü ildə Almaniyanın "Diaqnoz" nəşrinin 8-ci sayında bildirilirdi ki, Amerika konsern və banklarının əhaliyə total nəzarətini tətbiq etmək üçün insanlar görünməyən kütləvi identifikasiya sisteminə daxil ediləcək. Bu, ABŞ-da yoxlanıldıqdan sonra Avropa Birliyi ölkələrini də həmin sistemə qoşmaq planlaşdırılır...”

Alman nəşri daha sonra yazır:”Nağdsız ödəniş siteminin tətbiqi adı altında qanunla hər bir vətəndaşın alnına, yaxud əlinə lazer şüası ilə görünməyən tanıtım işarəsi yazılacaq. Həmin işarə insanın şəxsiyyəti haqqında bütün məlumatları daşıyan 18 rəqəmdən ibarət olacaq. (Bu rəqəmlər hazırkı şəxsiyyət vəsiqələrindəki 7 rəqəmlik identifikasiya kodunu daha dəqiq və geniş formada əvəzləyəcək.-S.L.) Yazının əvvəlində, ortasında və sonunda aşağı uzanan qoşa xətlər 6 rəqəminin yerini göstərir ki, bu da "666" şeytan rəmzini ifadə edir. Həmin qoşa xətlər hazırda beynəlxalq bazarda satılan məhsulların da üzərinə vurulmalıdır. Bu sistem bütün dünyada tətbiq edilməlidir"...

Sözügedən plana görə, artıq nə alış-verişdə, nə nəqliyyatda- heç bir yerdə nağd pul işlənməyəcək. Deməli, son vaxtlar nağd pulla hesablaşmanın sıxışdırılması da texnotron quldarlığın simptomlarındandır... Hər kəs marketdə, ofisdə, seçki məntəqəsində, yaud hava limanında əlini və ya alnını lazer- fiksatorun qarşısına uzatmaqla qeydiyyatdan keçəcək, işə qəbul ediləcək, işdən çıxarılacaq, hesabından pul çıxılacaq, səs verəcək, səfərə gedəcək və s. Bir sözlə, 18 rəqəmli, şeytan rəmzli şrtix-kod olmadan heç kəs dünyada yeyib-içib gəzə bilməyəcək...

Öncə söylədiyimiz kimi, kainatda ən kiçicik zərrədən, hüceyrədən tutmuş canlı və cansız bütün varlıqları idarə edən, onlara bütövlükdə tam nəzarət edən Allahdır. Deməli, bütün vasitələrlə Yer sakinlərini öz idarə olunan elektron qullarına çevirmək istəməyə çalışanlar, əstəğfürullah, "allahlıq" iddiasındadırlar. Lakin onların cəhdləri əbəsdir. Bəşər əhlini sonadək köləyə çevirmək, xalqları xüsusən də müsəlman, türk xalqlarını, o cümlədən Azərbaycan xalqını məhv etmək, İnşallah, bu güclərə nəsib olmayacaq. Çünki Rəbbimizin Quranda buyurduğu kimi, Allah bütün hiyləgərlərdən tədbirlidir (Quran, Ali-İmran,54)...

Amma bununla yanaşı, Yaradan hər bir bəndəsindən haqsızlığa qarşı bacardığı qədər susmamağı, mübarizə aparmağı da tələb edir...”.

Həzrət Mehdi (ə) və Həzrət İsa (ə) bü dünyaya Allah-Təala tərəfindən ona görə göndəriləcəklər ki, yaranmaqda olan yeni sistemi şeytani qüvvələrin və Dəccalın əlindən alsınlar, ədalətli bir dünya qursunlar və bəşəriyyətin şər qüvvələrin köləsinə çevrilməsinə imkan verməsinlər.



Bu gün Orta Şərqdə aparılan savaş, başqa sözlə, Məlhəmə-i Kübra məhz bunun savaşıdır. Lakin bu savaşın İsrail ərazisini əhatə edəcək, oradan da bütün dünyaya yayılacaq ikinci mərhələri, yəni Harmageddon mərhələsi hələ irəlidədir.
Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin