Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə17/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   13   14   15   16   17   18   19   20   ...   78
İbn Sina robotu
Robotları ağıllı kompüterlərin və ya süni intellektin mexaniki interfeysi kimi nəzərdən keçirmək daha doğru. olar Başqa sözlə, robotları idarə edən bölmə kompüterdir. Funksiyaları baxımından robotlar üç sinfə bölünür:

Proqramlaşdırılmış robotlar: Bu cür robotların hərəkətləri ona mərhələli bir proqram vasitəsilə öyrədilir. Bu məqsədlə hazırlanmış xüsusi dillərdən istifadə olunur. Robot proqramın mərhələlərini tərəddüdsüz həyata keçirir. İş zamanı onun qarşılaşa biləcəyi fövqəladə hallar və bu hallara reaksiyalar da proqramda qeyd edilib. Belə robotlar daha çox montaj proseslərində istifadə olunur.

Öyrədilə bilən robotlar: Robotun hərəkət tənlikləri əsasında həyata keçirməli olduğu bir sıra hərəkətləri proqramlaşdırmaq olduqca çətindir. Buna görə robotun əli bir mütəxəssis tərəfindən tutularaq hərəkətə gətirilir. Robot edilən bütün hərəkətləri müəyyənləşdirir və sonra onları təkrarlayır. Avtomobil boyayan robotlar bu tip robotlara ən gözəl nümunələrdir.

Ağıllı robotlar: Ağıllı robotlar ətrafı ilə qarşılıqlı münasibətdə olan, davranış və hərəkətlərini buna əsasən tənzimləyən robotlardır. Bu cür robotlara təməl vəzifələri proqram ilə öyrədilir, ancak bu və ya digər vəzifəni yerinə yetiriəkən ətrafından əldə etdiyi məlumatlar əsasında hərəkət edir. Ağıllı robotlara ən gözəl misal kimi daşıma robotlarını göstərmək olar, onlar insana ən çox bənzəyən robotlardandır.

Daşıma robotları fabrik içində hər hansı bir yükü bir iş nöqtəsindən diğər bir iş nöqtaəsinə daşıya bilməkdədirlər. Daşıma prosesində bəlli bir yolu izləməkdə, bu zaman önünə çıxan əngəllərə görə davrana bilməkdədirlər. Onlar eyni zamanda diğər daşıma robotları ilə əlaqə saxlaya bilirlər.

İnsanabənzər robotlar insana bənzəməklə yanaşı, yeriyə bilir və müəyyən ölçüdə danışmağı bacarırlar. Bu robotlar süni intellekt çalışmalarının hədəflədiyi ən əsas növlərdir.

Ağıllı robotlar süni intellekt yaratmaq fəaliyyətləri çərçivəsində önemli bir yerə sahibdir. Bunun səbəbi insan kimi düşünən və davranan maşın yaratmaq düşüncəsiylə bağlıdır. Belə bir hədəfə çatmaq istiqamətində aparılan çalışmalar robotların hər yeni nəslinin əvvəlki nəslə görə daha da təkmil olmasını təmin edir. Məsələn, robotun insan nitqini anlaması və buna reaksiya verməsi gözlənilir. Hərəkət edərkən ətrafını görməsi və ona görə hərəkət etməsi qarşıda duran əsas məqsədlərdənbiridi və buna müəyyən ölçüdə nail olunub. Əsas hədəflərdən biri də robatların gözlənilməz durumlarda özünün qərar verə bilməsidir.

Daşıma robotlarının bir üst modeli olaraq, sürücüsüz avtomobillər, pilotsuz təyyarələr, kapitansız suüstü və sualtı gəmilər və s. qurlmaqdadır. İnsansız maşınların havada, suda və yerdə gedənləri haqqında günlük xəbərlər artıq adi hala çevrilib.

Hər hansı bir mexanizm və ya maşının insanın sahib olduğu bacarıqlara çata bilməsi üçün görmə və eşitmə mexanizminin də olması lazımdır. Bir kompüterə və ya robota görmə və eşitmə imkanının qazandırılması, kameradan və mikrofondan gələn görüntü və səslərin işlənməsi ilə təmin edilməkdədir. Kamera və mikrofon robotun üzərində ola biləcəyi kimi, başqa bir uygun yerində də ola bilər.



Dijital kommunizm cəmiyyətinin ayrılmaz tərkib hissəsi olacaq robotlar insanı fiziki əməkdən azad etməli, onların fiziki əməkdən zehni əməyə keçidini təmin etməli, ən əsası isə insanın insan tərəfindən istismarına son qoymalıdırlar.

Süni intellekt isə dijital kommunizmin əsas tənzimləyicisi və yönləndiricisi rolunda çıxış etməlidir. 4 sənaye inqilabı bunu tələb edir. Bəşəriyyət, istər-istəməz, buna doğru gedir və bunda pis bir şey yoxdur. Pis olan proqramlaşdırmanın kimlər tərəfindən və hansı məqsədlərlə həyata keçiriləcəyindədir.

Yuxarıda deyilənləri ümumiləşdirərək, süni zəkanın və süni zəkaya sahib olan sistemlərin, o cümlədən ağıllı robotların insan kimi düşünə və davrana bilən, bəlli proqramlar əsasında fəaliyyət göstərən, insanların həyat və məişətini asanlaşdırmaq üçün nəzərdə tutulan, gördüyümüz hər işin sürət, keyfiyyət və məhsuldarlığını qat-qat artıran texnoloji əmək alətləri, olduqlarını söyləyə bilərik.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin