Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


VI FƏSİL Dijital kommunizm dövrünün dini-ideoloji təlimləri – Satanizm, Ateizm, Deizm



Yüklə 14,92 Mb.
səhifə19/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   15   16   17   18   19   20   21   22   ...   78
VI FƏSİL
Dijital kommunizm dövrünün dini-ideoloji təlimləri – Satanizm, Ateizm, Deizm
Qurani-Kərimin Ən-Nisa surəsinin 117-120 - ci ayələrində satanistlərin, yəni şeytana sitayiş edənlərin bütpərəstlərlə eyni mahiyyət daşıdıqları nəzərə çatdırlır, şeytanın lənətlənmiş olduğu, Allahı qoyub, şeytana sitayiş edənlərin ziyana uğradıqları və şeytanın yalan vədlərinə inandıqları bildirilir:

Onlar Allahı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.

Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.

Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir”.

Bu ayələrdə açıq-aydın şəkildə şeytana sitayiş edənlərə işarə edilir. Və bu da təsadüfi deyil. Çünki İblisin böyük Şər imperiyasının əsas qurucularından biri məhz şeytana sitayiş edənlərdir. İblisin ordusunun önəmli hissəsini də məhz onlar təşkil edirlər.

Kimdir onlar?

Onlar əsasən şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən “Satanizm” adlı dini-fəlsəfi cərəyanın üzvləridir. Bu cərəyanın üzvlərinə satanistlər və ya şeytanpərəstlər deyilir.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin