Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə22/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
Iblisin heykəli
Burada Əl-Həcc surəsinin 52-ci ayəsini xatırlatmaq da yerinə düşər:

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi)(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir”.



Şeytana uymamağa çağırılmalarına rəğmən, ona uyanlardan söz düşmüşkən, mormonlar və mormonizm haqqında da bir neçə kəlmə söz deməyə ehtiyac var.

Mormonizm Şeytan haqqında öz xüsusi baxışlarını formalaşdırmış cərəyanın adıdır. Bu cərəyanın nümayəndələri iddia edirlər ki, Şeytan şöhrət qazanmaq və insanlığın günahının bağışlanması üçün özünün qurban verilməsini təklif edib. Bundan sonra “atasının” iradəsinin yerinə yetirilməsi üçün İsa (ə) da öz namizədliyini təklif edib. Təklifinin rədd edilməsindən sonra Şeytan üsyan edib və nəticədə Cənnətdən qovulub.

Mormonlar hesab edirlər ki, Adəmin (ə) oğlu Qabil  Şeytanı Tanrıdan çox sevirdi və qardaşı Habili öldürmək üçün  onunla iş birliyinə başlayır. Məhz bu işbirliyi sayəsinqə Qabil Master Mahan, yəni Baş Usta  olur. Tək olan Allahın“ adını çəkənə kimi Musa da Şeytanın təsiri altında olmuşdur.

Mormonizm hazırda ABŞ, İngiltərə və Latın Amerikası ölkələrində geniş yayılıb. Bu ölkələrində Şeytana və insanların onun təsiri altına düşməsinə inam güclü olaraq qalmaqdadır. 2013-cü ildə  keçirilmiş rəy sorğusu nəticəsində müəyyən edilmişdir ki, ABŞ sakinlərinin 57%-i, Böyük Britaniya  sakinlərinin 18%-i Şeytanın varlığına inanır. ABŞ sakinlərinin 51%-i həm də Şeytanın insanlar üzərində nəzarət qabiliyyəti olduğuna etiqad edirlər. 

“Satana Amerikada: Tanıdığımız Şeytan” kitabının müəllifi U. Skott Pul yazır ki, son qırx-əlli il ərzində ABŞ-da həm xalq arasındakı əfsanələrdən, həm də dini mənbələrdən alınmış məlumatlar əsasında mürəkkəb Şeytan obrazı yaranmışdır və “ABŞ xristianlarının bir çoxu şeytan haqqında filmlərdən öyrəndikləri məlumatlarla dini mənbələrdən əldə etdikləri məlumatları ayırmırlar”.



U. Skott Pul
XIX əsrin sonları-XX əsrin əvvəllərindən etibarən Katolik kilsəsi Şeytanı Allaha bərabər tutan bu batil inancı zəiflətməyə çalışsa da, 2010-cu illərdə Papa Fransiskin  “Şeytan ağıllıdır, o, bütün ilahiyyatçıların bildiyi ilahi kəlamlarla müqayisədə daha çox ilahi kəlam bilir” bəyanatından sonra Şeytana inam bir qədər də güclənmişdir.

Marmonların inanc sistemindən söz açan Bernard MakGinnyazır bildirir ki, Mormonların inancına görə Tanrı İsanın (ə) cildinə girdiyi kimi, Şeytan da Dəccaslın, yəni Antixristin cildinə girəcək.

Satanizm və mormonizm kimi batil inanclardan söz düşmüşkən, bu cərəyanlara yaxın olan Yezidilik dini təriqətinin də adını çəkməyimizə ehtiyac var. Kürdlərin İslamı qəbul etməsindən əvvəlki inanclarının qalığı olan dini təsəvvürləri daşıyan və hazırda sayları bir neçə on min nəfərlə ölçülən yezidi kürdləri Mələk Tavus adlandırdıqları Şeytana sitayiş edir və onu Tanrı ilə eyni gücə sahib varlıq hesab edirlər. Əsası Şeyx Adi tərəfindən qoyulmuş bu dini cərəyanın mənsubları buna paralel olaraq, günəşə də sitayiş edir, tovuz quşu və xoruzu müqəddəs hesab edirlər.

Belələri barədə Allah-Təala Əl-Həcc surəsinin 3 və 4-cü ayələrində belə buyurub:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin