Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Böyük Tatarıstan 1670-1680-ci illərdə



Yüklə 14,92 Mb.
səhifə35/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
Böyük Tatarıstan 1670-1680-ci illərdə.

Ehtimal ki, «tartar» (tatar) adının mənfi anlamda ilk dəfə qıpçaqların qadın hökmdarı Russutana 1224-cü ildə Poma papası Honoriyaya yazdığı məktubunda işlətmişdir. Həmin məktubda söhbət tatarların Qafqaza hücumundan bəhs edilir. Eyni termindən eyni mənada 1238-ci ildə qıpçaq çöllərində xristianlığı yaymaqla məşğul olan Dominikanlı rahib Yulian da istifadə etmişdir (9, 108-109).

S. Qorşeninanın yazdığına görə, tatarların adı ilk öncələr pastor İohanla birlikdə hallandırıldığı üçün Avropada xoş qarşılansa da, Çingiz xanın yürüşləri bu münasibəti dəyişdi. 1241-1242-ci illərdə yürüşlər Avropanı da hədəfə alandan sonra tatarlara «Tartar»ın (Cəhənnəmin) elçiləri kimi yanaşılmağa başlanıldı (9, 111-112).

Bu xəritələrin sayı təqdim etdiklərimizdən qat-qat çoxdur. Və onlar bizə Turanın gerçək ərazisinin haraları əhatə etdiyini göstərməklə yanaşı, qarşımızda duran hədəfin də nə qədər böyük olduğunu nümayiş etdirir. Xatırladaq ki, Avropa mənbələrində qədim zamanlarda «Skhytya» (İskitlər ölkəsi), sonralar isə «Tartariya» adlandırılan ərazi fasr mənbələrində «Türyana» (Avesta), «Turan» (Firdövsi) və «Türküstan» adlandırılmışdır. Turan idealını bizə miras qoyan Əli bəy Hüsynzadə, İsmayıl bəy Qaspıralı, Zəki Vəlidi Toğan və Ziya Gökalp kimi fikir böyüklərimiz bu adı Firdövsidən əxz etmişlər. Çingiz Xan isə onu «Yekə Menqu El Ulus» adlandırmışdır. Əski türkcəmizdə bu, «Böyük və Əbədi Respublika Ölkəsi» (Yekə-Böyük, Menqu-Əbədi, El – xalq, dövlət, başqa sözlə Xalq Dövləti, yəni Respublika, Ulus-Ölkə) deməkdir.

Bu dövlət XVIII əsrin II yarısına qədər, yəni ryslar tərəfindən işğal edilənə qədər Çingizoğulları tərəfindən idarə edilmiş, XVI əsrdən etibarən isə “Uluq Ulus”, bəzənsə “Uluq Orda” adlandırılmağa başlanmışdır.

Orta və ali məktəblərdə keçdiyimiz və özgələr tərəfindən yazılmış tarix bizə Çingiz Xanı və soyunu monqol kimi tanıtmışdır. Əldə olan təkzibedilməz sənədlər bunun tam əksini söyləməkdədir.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin