Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Çingiz Xandan başlayaraq XVIII əsrin 70-ci illərinə qədər Uluq Ulusun (Uluq Ordanın // Turanın) simvolu (gerbi) olan boz doğan (boz şahin)



Yüklə 14,92 Mb.
səhifə36/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   32   33   34   35   36   37   38   39   ...   78
Çingiz Xandan başlayaraq XVIII əsrin 70-ci illərinə qədər Uluq Ulusun (Uluq Ordanın // Turanın) simvolu (gerbi) olan boz doğan (boz şahin)
Çingiz Xandan söhbət açan bütün tarixi mənbələrdə, o cümlədən “Men-da Bey-lu” və “Xey-do şi-moye” adlı sinxron Çin mənbələrində onun milliyyətcə türk-tatar olduğu birmənalı şəkildə vurğulanır. Məsələn, “Men-da Bey-lu”da bildirilir ki, tatarların üç boyu var: qara tatarlar, ağ tatarlar və vəhşi tatarlar... Hazırki imperator Çingiz, eləcə də onun sərkərdələri, nazirləri və məmurları qara tatarlardandırlar.

Kazan İmperator Akademiyasının Çin və Mancur dilləri kafedrasının professoru V. Vasilyev çoxsaylı Çin mənbələrini araşdırdıqdan sonra hələ 1859-cu ildə Çingiz Xanın və bütün soydaşlarının türk mənşəliliyi nəticəsinə gələrək onların tatar olduğunu söyləmiş və bu mənbələrin geniş elmi ictimaiyyətdən niyə görə gizlədildiyini anlamadığını yazmışdır.

Professorun bu fikrini bir qədər sonra Peterburq Akademiyasının, daha sonralar isə SSRİ Elmlər Akademiyasının akademiki V. Bartold da təsdiqləyərək yazırdı ki, Çingiz Xan və soydaşları özlərini “tatar” adlandırır və tatar xalqının tərkib hissəsi hesab edirdilər.

Əski Türk şəcərənamələrində, o cümlədən “Çingiznamə”lərdə Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı və ya “tatar” adının sinonimi kimi işlədilən “moğol” (muğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır:

“Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol. Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz xan... dünyaya gəldi”.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin