Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


I FƏSİL Kapitalizmdən postkapitalizm dövrünə keçid



Yüklə 14,92 Mb.
səhifə4/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   2   3   4   5   6   7   8   9   ...   78
I FƏSİL
Kapitalizmdən postkapitalizm dövrünə keçid
Kapitalizm dövrünün sonunun gəldiyinə inananlar bundan sonrakı dövrün ümumdünya kommunizm cəmiyyətinin qurulması dövrü olduğunu söyləyirlər. Söhbət, əlbəttə ki, dövrü keçmiş əski baxışlar sistemi əsasında qurulacaq xəyali bir sistemdən yox, 4-cü sənaye inqilabının gətirəcəyi yeni imkanlar əsasında qurulacağı düşünülən yeni tipli dünya cəmiyyətindən gedir.

Nəzərə alsaq ki, bəşəriyyət 4-cü sənaye inqilabı ərəfəsindədir, yəni biz 3-cü sənaye devrimindən 4-cü sənaye devriminə keçid ərəfəsindəyik, dünyanın yeni tipli münasibətlər sisteminə hamilə olduğunu çəkinmədən söyləyə bilərik.



Belə hesab edilir ki, sənaye devrimıərinin birincisi su və buxar enerjisinin istifadə edilməsi olub. Bu inqilab XVIII əsrin ilk çəyərəyində gerçəkləşib. Buxar maşınının icadı və istehsalatın müxanikləşdirilməsinə əsaslanan bu devrimi təqribən yüz il sonra kütləvi istehsala keçidi təmin edən 2-ci devrim dalgası təqib etdi. Bu, elektrik enerjisinin kəşfi və onun sənayeyə tətbiqi ilə mümkün oldu. XX əsrdə dünya, nəhayət ki, dijital çağa addım atdı və beləcə, devrimlərin 3-cüsü olan dijital sənaye inqilabı çağı başladı. Elektronik ve informasiya texnologiyalarının təkmilləşdirilməsi sayəsində istehsalın avtomatlaşdırılması gerçəkləşdirildi. 3-cü devrim öz ardınca avtonom maşın ve virtual mühitə start verərək, əski istehsal vasitələrini daha da təkmilləşdirən 4-cü sənaye devrimini gətirdi.

4-cü sənaye devriminin təməlini İoT (İnternet vasitəsilə bir-birinə bağlanan obyektlər) sayəsində fiziki və virtual mühitlərin əlaqələndirilməsi nəticəsində yaranan informativ paylaşımın əmələ gətirdiyi intellektual şəbəkə, eləcə də virtual sistemin sensor məlumatları ilə əlaqələndirilməsi təşkil edir.

4-cü sənaye devriminin gətirdiyi yenilikləri aşağıdakı kimi sıralaya bilərik:

5 G texnologiyaları

3 D texnologiyası

Süni zəka

Bulud hesablama

Genişlənmiş reallıq

Böyük məlumatların təhlili

Robot texnologiyaları

Tamamilə robotlaşdırılmış istehsal sahələri

Söhbət süni zəka tərəfindən idarə ediləcək robotlaşdırılmış sistemlər - robotlaşdırılmış istehsal və xidmət sahələri sayəsində yaradılacaq maddi nemətlər bolluğundan, robotların istismar edilənləri əvəz etməsi ilə insanın insan tərəfindən istismarına son qoyulmasından, 5G texnologiyaları sayəsində nəqd pulun bütünlüklə kripto valyuta (virtual pul) ilə əvəz edilməsi sayəsində sələm kapitalına əsaslanan bank-sisteminin aradan qaldırılmasından, süni zəka tərəfindən insanların ehtiyaclarının müəyyən edilərək maddi nemətlərin onlar arasında ədalətli paylaşımına əsaslanan ədalətli cəmiyyətdən gedir.

Elmi-texniki tərəqqi bütün bu deyilənlərin, eləcə də bir çox futuristik nəzəriyyələrin çox yaxın zamanlarda reallığa çevrilməsi üçün optimal şərait yaradır.

Sözügedən nəzəriyyələrdən biri də “Venera layihəsi” (The Venus Project) adı ilə tanınan nəzəriyyədir. Onu beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət təşkilatı da adlandırmaq olar. Layihənin müəllifləri Jak Fresko və Roksana Medouz hesab edilirlər. Bunlardan birincisi ideyanın müəllifi, ikincisi isə onu həyata keçirməklə məşğul olan şəxsdir. Layihə tesurslara yönəlik iqtisadiyyat vasitəsilə sülhpərvər, dayanıqlı və davamlı inkişaf edən qlobal cəmiyyətin qurulmasını hədəfləyir. O, hərtərəfli avtomatlaşdırmanı, ən son elmi nailiyyətlərin bəşər həyatının bütün sahələrinə tətbiqini, qərarların verilməsi zamanı sırf elmi metodologiya əsasında hərəkət edilməsini nəzərdə tutmaqdadır.



Layihənin tədqiqat mərkəzi ABŞ-ın Florida ştatının Vinus (Venera) şəhərində, 21,5 akrlıq (≈ 0,087 кm²) bir ərazidə yerləşir. Layihənin adı da məhz həmin şəhərin adından qaynaqlanır. Onun müəllifi Jak Fresko ABŞ-dakı böyük depressiyadan sonrakı bütün həyatının sözügedən ideyaya həsr edib və ilk olaraq “Sosial kibermühəndislik” adlı nəzəriyyə işləyib hazırlayıb, daha sonra həmin nəzəriyyənin təkamülü nəticəsində “Venera” layihəsi ortaya çıxıb. Hazırda bu ideyanı izah edən bir neçə kitab yazılıb, bir neçə də sənədli film çəkilib. Müxtəlif ölkələrdə ideyanın çox sayda tərəfdarı və onların qurduqları təşkilatlar bulunmaqdadır. MDB ölkələri də bu baxımdan istisna deyil. Sözügedən ölkələrdəki tərəfdarlar “Gələcəyin layihələndirilməsi” adlı ictimai təşkilatda birləşiblər. Eyni zamanda ideya ilə bağlı metodiki materialları dünya xalqlarının dillərinə tərcümə edən çevik bir komanda da formalaşıb.

“Gələcəyin layihələndirilməsi” adı altında fəaliyyət göstərən təşkilatın veb saytına girməklə həm ideya, həm də onun gerçəkləşdirilməsi istiqamətində həyata keçirilmiş işlər barədə yetərincə material tapmaq və onları ödəniş etmədən yükləmək mümkündür. Bu materiallar əsasən elektron kitablardan, filmlərdən müsahibələrdən, broşürlərdən, posterlərdən, flayerlərdən və s. ibarətdir. Bu materiallar CCBY-NC-ND lisenziyası əsasında paylaşılır və hər kəsin onlardan sərbəst istifadə etməsi təmin edilir.

Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilmiş əksər texnoloji məhsulların çertyojları gizli saxlanılır. Bəzilərinə isə müəyyən məbləğdə ödəniş etməklə ulaşmaq mümkündür.

Jak Freskonun təsəvvüründə “Venera” layihəsi elə bir vahid sosial-iqtisadi sistemdir ki, bu sistemdə avtomatlaşdırma, robotlaşdırma və çağdaş texnologiyalar ictimai həyatın bütün sahələrinə nüfuz edəcək və bu nüfuzetmə gəlir əldə etmək məqsədi deyil, həyat şəraitini və rifahı halını yüksəltməyə xidmət edəcək. Bu halda qəraraların qəbulu zamanı əsas kriteriya kimi qazanc əldə etmək istəyi çıxış etməyəcək. Bu, faktiki olaraq, kapitalizmin son bulması və bəşəriyyətin, şərti olaraq, “dijital kommunizm” adlandıra biləcəyimiz postkapitalist cəmiyyətə keçməsi deməkdir.



Postkapitalizm dövrü cəmiyyəti və ya “dijital kommunizm” cəmiyyəti smart (ağıllı) və lojistik şəhərlərin qurulmasını öngörməkdədir. Smart şəhərlər süni zəka tərəfindən tənzimlənən, bütün fiziki işlərin avtomatik sistemlər və robotlar tərəfindən görülən yeni tipli şəhərlərdir. İlk belə şəhərin inşasına artıq Səudiyyə Ərəbistanında başlanmışdır. İnşa edilməkdə olan və “Neom” ( نيوم‎) adlanan bu şəhər Səudiyyənin ən şimal-qərbində, Təbukda yerləşir. Оnun müəyyən bir hissəsi Qırnızı dənizin sahili boyu, İordaniya və Misir sərhədlərində, 26500 km²-lik bir ərazidə qurulmaqdadır. Bütünlüklə süni intellekt tərəfindən tənzimlənməsi, bütün fiziki işlərin və xidmətlərin avtomat və robotlar tərəfindən görülməsi və robotların insanlardan daha çox olması öngörülən Neomun ilk mərhələsinin 2025-ci ilin 1 yanvarına qədər tamamlanması nəzərdə tutulur.

Layihəyə Səudiyyə Ərəbistanının XXI əsrin ölkəsinə transformasiya etməsini təmin etmək məqsədilə statrt verilib. Bu modelin daha sonra bütün dünyada tətbiqi düşünlür. Məlumat üçün bildirək ki, layihənin gerçəkləşməsi üçün 500 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.

“Venera” layihəsinə də bu tip şəhərlərin qurulması daxildir. Sözügedən şəhərlər həm də özü-özünü bütünlüklə zəruri ərzaq və içməli suyla təmin etməli və təmiz enerji növlərindən istifadə etməlidir.

Neom şəhərinin qurulması barədə ilk məlumat Səudiyyə vəliəhdi Mühəmməd bin Salamnın dilindən 2017-ci ilin 24 oktyabrında Ər-Riyad şəhərində keçirilən “Gələcəyin investisiya təşəbbüsü” adlı beynəlxalq konfransda səsləndirilmişdir. O bildirmişdir ki, bu şəhər “mövcud dövlət sistemi”ndən asılı olmayacaq bir şəkildə fəaliyyət göstərəcək, özünün vergi sistemi, əmək məcəlləsi və muxtar məhkəmə sistemi olacaq.

Adını qədim yunan dilindəki “neo” (yeni) kəlməsindən və ərəb dilindəki “müstəqbəl” (مستقبل // gələcək‎) sözünün baş hərfindən alan “Neom” layihəsi “Səudiyyə Ərəbistanı-2030 vizionu” planının tərkib hissəsidir. Bu plan sözügedən ölkənin neftdən asılılığını azaltmaq, iqtisadiyatıın diversifikasiyasın gerçəkləşdirmək və dövlət xidmətləri sektorunu inkişaf etmək məqsədilə tərtib edilmişdir. “Cornerstone Global” konsaltinq şirkətinin direktoru Ğənem Müseybənin bu plandan söz açarkən bildirmişdir ki, Səudiyyə Ərəbistanı qarşısında duran ən əsas vəzifə neftdən yüksək texnologiyalara keçmək, ölkəni texnoloji nailiyyətlərin avanqardına çevirmək və postneft dövrünə hazırlaşmaqdır. Gələcək çiçəklənmə bundan asılıdır. Bunu edənlər inkişaf edəcək, etməyən neft ixracatşısı ölkələr isə gerdə qalacaqlar.

“Neom” layihəsinin həyata keçirilməsinə “Alkoa” şirkətinin keçmiş baş direktoru və “Simens AG”-nin keçmiş prezidenti və baş direktoru, alman Klaus Klaynfeld başçılıq edir.

Şəhərin tikintisinə sıfırdan başlandığı üçün o bütün texnoloji innovasiyalara açıqdır.

Futuristik nəzəriyyələrin, demək olar ki, hamısında Yer kürəsinin yerüstü və yeraltı zənginliklərindən ağılla istifafadə edilməsinə xüsusi önəm verilməkdədir. Bu baxımdan “Venera” və “Neom” layihələri də istisna deyil. Bu tip layihələr aşağıdakı prinsipləri önə çəkməkdədir:

1. Yer kürəsinin bütün sərvətlərinin bütün bəşəriyyətin ortaq malı olduğunun hər kəs tərəfindən qəbul edilməsi

2. İnsanları bir-birindən ayıran süni sərhədlərin aradan götürülməsi

3. Ayrı-ayrı ölkələrin pul (milli valyuta) orientasiyalı milli iqtisadiyyatından resurslara yönəlik ümumdünya iqtisadiyyatına keçid.

4. Ekoloji mühitin yaxşılaşdırılması və tam bərpası

5. Əhalinin sayının təhsil səviyyəsinin yüksəldilməsi və doğuma nəzarət yolu ilə stabil saxlanması

6. Şəhərlərin, nəqliyyat sistemlərinin, kənd təsərrüfatı və sənaye müəssisələrinin bütün insanların ehtiyaclarını tam ödəyəcək bir şəkildə enerjini mühafizə edən, ekoloji cəhətdən təmiz sistemlərə çevrilməsi

7. Tədricən milli dövlətçiliyə əsaslanan idarəçilik formasından trans milli idarəçiliyə, başqa sözlə vahid denya hökumətinə keçid

8. Texnologiyaların qarşılıqlı mübadiləsi və onlardan bütün bəşəriyyət naminə istifadə edilməsi

9. Təmiz enerji növlərinin işlənib hazırlanması və bütünlüklə onlardan istifadə edilməsi

10. Dünya əhalisinin istifadəsi üçün yüksək keyfiyyətli malların istehsalı və onların hər kəsin ehtiyacına görə paylaşdırılması

11. Şəhərlər və istehsal müəssisələri qurularkən onların gələcəkdə ekoloji şəraitə necə təsir edə biləcəyinin öncədən müəyyən edilməsi

12. İnsanların yaradıcılıq potensialını genişləndirmək və stimullaşdırmaq üçün yaradıcı insanların mükafatlandırılması

13. Ümumi savadlılığı artırmaq yolu ilə insanların keçmişin milliyyətçilik və dini fanatizm kimi qalıqlarından arındırılması

14. Bütün növ elitarizmin, o cümlədən texniki elitarizmin, başqa sözlə siniflərin aradan aparılması

15. Metodologiyaların təsadüfi nəzəriyyələr əsasında deyil, dəqiq elmi tədqiqatlar əsasında hazırlanması və tətbiqi

16. İnsanlar arasında ortaq ünsiyyət vasitəsi rolunu ifa edəcək yeni dilin işlənib hazırlanması

17. İnsanların təkcə ehtiyacları olan hər şeylə təmin edilməsi yox, həm də fərdi intellektual qabiliyyətlərinin inkişafını təmin edəcək nəqsəd və hədəflərlə silahlandırılması

18. İnsanların şüur və emossiyalarının gələcək dəyişikliklərə hazır vəziyyətə gətirilməsi.

Bu prinsiplər “Yeni dünya nizamı”nın əsas prinsipləri kimi qəbul edilir.



Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin