Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə44/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
Göyük Xaqanın möhürü

Möhürdə bu sözlər yazılıb:

Mengü Tenqri gücündə Kuralığ ulusununq taluynunq Xan yarlığımız.

Maraqlıdır ki, farsca yazılmış məktubun əvvəlində də türkcə eyni sözlər yazılmışdır.

Buradakı kəlmələrin çağdaş Azərbaycan türkcəsindəki anlamı budur:

Mengü - əbədi

Tenqri – Tanrı

Gücündə - gücündə, qüdrətində

Kuralıq – quraqlıq, quru sahələrin (yəni Yer üzündəki bütün quru sahələri əharə edən)

Ulusununq – ölkənin

Taluynunq – okeanın, bütün dənizlərin

Xan – xan

Yarlığımız – sərəncamımız, fərmanımız.

Ümumilikdə isə möhürdə, eləcə də məktubun əvvəlində yazılmış türkcə bu sözləri aşağıdakı kimi anlamaq lazımdır: “Əbədi olan Tanrının gücündən güc alan, Yer üzünün bütün torpaqlarına sahib olan ölkənin və okeanın (bütün dənizlərin) xanının sərəncamı (əmri)”.

Çingizoğulları dövründən dövrümüzədək yetişmiş yarlıqlardan biri tarixə Azərbaycan Elxanlılar Ulusunun qurucusu kimi düşmüş Hülakü Xana (هولاكو خان) aiddir. Onun 1217-ci ildə doğulduğu, Çingiz Xanın nəvəsi, Mengü Xan və Hubilay Xanın  qardaşı olduğu məlumdur. Eyni zamanda o da məlumdur ki, Hülakü Xan 1255-ci ildə Orta Şərqin fəthini bitirmək məqsədi ilə uluğ xan (xaqan) olan qardaşı Mengü xan tərəfindən bölgəyə göndərilmişdi.



Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin