Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə67/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   63   64   65   66   67   68   69   70   ...   78
Aqkol ağıllı şəhər layihəsi
Aqkol Qazaxıstanda bütün kommunal xidmətləri rəqəmsallaşdırılılan ilk şəhərdir. "Smart Aqkol" layihəsi "Rəqəmsal Qazaxıstan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Paytaxtdan 100 kilometr məsafədə yerləşən və 15 min əhalisi olan Aqkol Qazaxıstanda ilk tam rəqəmsal yaşayış məkanı olacaq”.

Çindən Avropaya uzanacaq iki önəmli marşrutun keçdiyi Qazaxıstanın Avrasiya məkanının ən önəmli maliyyə mərkəzlərindən birinə çevrilməsi gözlənilir. Belə ki, 2018-ci ilin yayından etibarən Qazaxıstanın paytaxtında ilk dəfə "Astana" beynəlxalq maliyyə mərkəzi işə başlayıb. Dünyanın ən önəmli birjalarından biri olacaq sözügedən birjadan söhbət açan M. Nemətoğlu “Paralel.az” saytında dərc etdirdiyi “Astana dünyanın maliyyə


mərkəzlərindən biri ola bilər” (27 avqust 2018) adlı məqaləsində yazır ki, “hələlik birjada 55 iştirakçı qeydə alınıb. Buna baxmayaraq, yerli hakimiyyət orqanları 2020-ci ilə qədər sözügedən mərkəzdə bu rəqəmin 500-ə çatacağını iddia edirlər. Qarşıya qoyulan vəzifə doğrudan da möhtəşəmdir”.

Müəllifin yazdığına görə, "Astana" maliyyə mərkəzinin binasını mübaliğəsiz demək olar ki, artıq hər bir qazaxıstanlı tanıyır. Mərkəz "GKSPO-2017" beynəlxalq sərgisinin infrastruktur bazası əsasında fəaliyyət göstərir. Mərkəzin ərazisinə daxil olarkən keçmiş postsovet məkanı paytaxtında olmağın heç də tez bir zamanda hiss edilmir. Təbii ki, bütün bunlar Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ideyası əsasında yaradılıb (birjanın tam adı Astana İnternational Exshangedir).

Fond birjasının yaranması ideyasını Qazaxıstan hakimiyyəti üç il əvvəl irəli sürüb. Bunun üçün rəhbərliyin siyasi iradəsi tələb olunurdu. Elə bu məqsədlə konstitusiyaya düzəliş edilib. Ölkənin əsas Qanununa yeni bənd salınıb: Astananın hüdudlarından kənarda konstitusiyaya uyğun olaraq xüsusi hüquqi rejim yaradıla bilər. Məsələ də, elə bu sözügedən rejimdədir. Bu nə deməkdir?


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin