Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə71/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   67   68   69   70   71   72   73   74   ...   78
Aktau limanı
“Bir zolaq, bir yol” layihəsi, daha dəqiq desək, onun Çin - Orta Asiya – Qərbi Asiya (CCWAEC) marşrutu üzərində Qazaxıstandan sonrakı ikinci ölkə Azərbaycandır. Layihə bu iki ölkənin dəmir yollarının daha sıx inteqrasiyasını tələb edir. Odur ki, 2017-ci ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzalayıblar.

Bundan bir neçə ay öncə isə, daha dəqiq desək, 2016-cı ilin 6 dekabrında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları” SC arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdı. Bununla bağlı yayımlanan xəbərdə belə deyilməkdə idi:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub.



Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayevlə görüş zamanı mühüm tədbirə dəvətinə görə öz təşəkkürünü bildirən Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi arasında ən qısa yolun ölkələrimizin ərazisindən keçməsi hər iki ölkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir.

İstər Azərbaycanda, istərsə də Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yaxınlarda inşaası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası üçün geniş imkanlar yaradır.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin