Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


III FƏSİL İlon Mask və onun kosmik layihələri



Yüklə 14,92 Mb.
səhifə11/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   7   8   9   10   11   12   13   14   ...   78
III FƏSİL
İlon Mask və onun kosmik layihələri
Postkapitalizm dövrünün, başqa sözlə dijital kommunizm cəmiyyətinin alt yapısının Bill Qeytslə birlikdə əsas qurucularından biri də əslən, Cənubi Afrikadan olan, ABŞ-Kanadalı biznesmen, mühəndis, ixtiraçı və investordur kimi tanınnan İlon Maskdır (Elon Musk). Hal-hazırda “SpaceX”-in icraçı və texniki direktoru, “Tesla Motors”un icraçı direktoru, eləcə də “SolarCity”nin sədri olan bu şəxs həm də “Paypal”, “SpaceX”, “Tesla Motors” və “Zip2” şirkətlərinin qurucusudur. O, 1971-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada dünya gəlmiş, erkən yaşlarında proqramlaşdırma sənətini öyrənmiş və 12 yaşı olanda özü yazdığı oyunu (Blastar) 500$-a satmışdır.

Bir çoxları İlon Maskın sadəcə “Tesla Motors” şirkətinin və yuxarıda adları çəkilən digər şirkətlərin yaradıcılarından və rəhbərlərindən biri olduğunu zənn edirlər. Amma dünyanın nəhəng elektron ödəniş operatoru olan “PayPal”ın yaradıcısının məhz  İlon Mask olduğunu çox az adam bilir. Əldə olan məlumata görə, onun, qardaşı ilə birlikdə yaratdığı ilk şirkət “Zip2” şirkət olub və o bu qurumun əsasını qoyanda 24 yaşında idi. Dörd ildən sonra həmin şirkəti satdığı və buradan 7% səhm payı ilə 22 milyon dollar qazdığı bilinməkdədir.

Həmin il Mask elektron ödənişlər ilə məşğul olan “X.com” şirkətinin əsasını qoyur. 2000-ci ilin mart ayında “X.com Confinity” şirkətini əldə edir və onun əsasında “PayPal” adlı pul köçürmə sistemini yaradır. “PayPal”ın uğur qazanacağına inanan “Mask X.com” şirkətini “PayPal”a transformasiya etməyə başlayır.

2002-ci ildə “PayPal” “Ebay”a satılır. İlion Mask bundan 165 milyon dollar qazanır. Əldə edilən gəlirlərlə “SpaceX” şirkətini yaradan İlon Musk cəmi bir il sonra, yəni 2003-cü ildə yeni “Tesla Motors” şirkətinin əsasını qoyur. Elektriklə çalışan avtomobillər istehsal etməklə məşğul olan bu şirkət ilk avtomobilini 2008-ci ildə təqdim edir. Söhbət “Tesla Roadster” adı ilə tanınan elektromobildən gedir. Mütəxəssislər həmin şirkətin istehsalı olan “Tesla” avtopilotunu zamanəmizin ən maraqlı texnoloji yeniliklərindən hesab edirlər.



Tesla” avtopilotu
Şirkətin ortaya qoyduğu ən son nailiyyətlərdən biri “Google” ilə birlikdə hazırlanmış yeni tipli avtopilotdur. İxtiraçı iddia edir ki, bundan sonra avtomobilləri idarə etmək daha da asanlaşacaq, çünki onların özləri, yoldan asılı olaraq, sürəti və sürmə tərzini seçə, zolaqları avtomatik dəyişdirə və özü park edə bilir.

İlon Maskın həyata keçirməkdə olduğu ən çılğın layihələrdən biri də “Chicago Express Loop” adı ilə məşhur olan layihədir. Onun gerçəkləşdirilməsi üçün Çikaqo şəhəri seçilib. Söhbət Çikaqonun mərkəzini “O’Hare” beynəlxalq aeroportunu birləşdirəcək sürətli tuneldən gedir.

Chicago Express Loop” layihəsi
Yolun uzunluğu 30 kilometrdir. Bu tip nəqliyyat sistemi sözügedən məsafəni cəmi 12 dəqiqəyə qət etməyə imkan verəcək. Bu, sözügedən tuneldən istifadə etmək istəyənlərə sadəcə 20-25 dollara başa gələcək. Sərnişinlər şəhər mərkəzindən hava alanına və əksinə 16 nəfərlik kabinələrdə hərəkət edəcəklər.


Chicago Express Loop” layihəsi
Daha bir layihə “Hyperloop” (Hiperlup) adını daşıyır, vakkum qatarının hazırlanmasını nəzərdə tutur. Hazırda məlum olan bütün qatar, təyyarə, gəmi və avtomobil növlərinə və yollarına alternativ kimi düşünülmüş vakkum qatarı sürət baxımından onların hamısını bir neçə dəfə keçməli və sərnişinlərin vaxtlarına qənaət etməsini təmin etməlidir.

Layihə müəllifinin sözlərinə görə, bu, səsdən iti uçan təyyarə, relsetron və aerohokkey arasında olan bir şey olmalıdır. Sadə dillə söyləsək, sözügedən qatar xüsusi boruda hərəkət edən kapsuladan ibarət olmalı, Los-Ancelesdən San-Fransisko arasındakı 561 kilimetrlik yolu sadəcə 30 dəqiqəyə qət etməlidir.

2019-cu ilin payızında “Hyperloop Transportation Technologies” özünün dünyada ilk sərnişin nəqliyyat kapsulunu nümayiş etdirdi. Onun sürəti maksimal sürəti hələlik 457 кm/saatdır. Amma bu, əlbəttə ki, son hədd deyil.

Hazırda ABŞ-da bir neçə təcrübə poliqonu qurulub. Layihə Birləşmiş ərəb Əmirlikləri və Çin tərəfindən maraqla qarşılanıb. Sınaqlar uğurla tamamlanarsa, qarşıya qoyulan hədəfə çatılarsa, sözügedən dövlətlər bənzər kapsulların öz ərazilərində də qurulması üçün sifarişlər verməyə hazır olduqlarını bildirmişlər



Hyperloop” (Hiperlup) vakkum qatarı layihəsi
Maraqlı layihələrdən söhbət açarkən, sualtı avtomobilləri və Marsın insanlarla məskunlaşdırılması ideyasını da xüsusi qeyd etmək lazımdır.

İlon Maskın fantastik layihələrindən biri də kosmik turizmdir. Əslində onu fantastik adlandırmaq həm olar, həm də olmaz. Çünki bənzər layihə Rusiyanın “Ruskosmos” şirkəti tərəfindən də həyata keçirilməkdədir.

Yeri gəlmişkən qeyd edək ki, İlon Maskın “SpaceX”  şirkətini məhz bu ideyasını həyata qurmuş və layihənin işlənməsinə Herman Miller kimi tanınmış amerikalı alim, mühəndis və konstruktorları da cəlb edə bilmişdir. Məlumat üçün bildirək ki, Herman Miller raket mühərrikləri üzrə dünyanın ən öndə gələn mütəxəssislərindən biridir.

2018-ci ildə İlon Mask bildirmişdir ki, bu layihə, demək olar ki, hazırdır. Və ilk turist artıq 2023-cü ildə Ayətrafı səyahətinə çıxa bilər. Onun kim olacağı da artıq məlumdur. Bu, yapon milyarderi Yusaku Mazdzavadır.

Maraqlıdır ki, Yusaku Mazdzava sözügedən layihənin müəllifini də onunla birlikdə kosmosa səyahət etməyə dəvət etmiş, fəqət İlon Maskdan bir cavab çıxmamışdır.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin