Torpaqdan qüvvǝt alıb keçir hǝr anı eşqin,
Lamǝkan az qalır çatsın mǝkanı eşqin.
Gecǝ qaysaq bağlamış, gündüz – tǝzǝ yaradır,
Aysız, günsüz dolanır bil, asimanı eşqin.
Bu bir parça torpağı nurlandıran fǝlǝkmi?
Bǝlkǝ halǝ olubdur göydǝ kamanı eşqin?
Titrǝyib qorxusundan torpağa endi göylǝr,
İç bu dolu kasanı, ol qǝhrǝmanı eşqin.
Burda duz ilǝ almas bir qiymǝtǝ satılmış,
Mǝnim duzumsa oldu mǝlamǝt kanı eşqin.
Allaha çox şükür ki, axır gǝtirdi bǝxti,
Saib dǝ olmuş indi bir pasibanı eşqin.
Əzbərləməniz üçün neçə dəqiqə və ya saat lazımdır?
Bəs, kompüterinizin yaddaşına həkk olunması üçün?
Əlbəttə ki, kompüterin yaddaşa həkk etmə düyməsini basmağa sərf edilən vaxt qədər. Yəni sadəcə 1 saniyə və ya daha az.
İstər sadə, istərsə də mürəkkəb riyazi hesablamaların sürət və dəqiqliyinə görə də süni intellekt təbii intellekti çox-mox geridə qoyur. Doğrudur, çox-çox nadir hallarda fenominal əqli keyfiyyətlərə malik olan və bu məsələdə hesablama maşınlarını üstələyən adamlara da rast gəlmək olar. Bu baxımdan “Karkulyator uşaq” ləqəbi ilə tanınan, Azərbaycanın Qusar şəhərindən olan Ruslan Səfərovu misal çəkə bilərik (https://www.youtube.com/watch?v=fZ0aWZh4EiE).
Süni intellektin şahmatı insandan daha yaxşı oynadığını söyləyə bilərik. Belə düşünməyə şahmat üzrə dünya çempionu Harri Kasparovun maşına məğlub olması faktı əsas verir.
Məlumatların toplanması və sistemləşdirilməsi baxımından da süni intellektin insan ağlından daha böyük potensiala sahib olduğu məlumdur.
Bütün bunlarla yanaşı, insan zəkasının süni zəkaya nisbətən daha yaradıcı olduğunu söyləyə bilərik. Ağıllı maşınlar isə ona yüklənən proqramlarla sınırlıdır. Lakin proqram təminatı təkmilləşdikcə, onun da imkanları artır. Musiqi bəstələyən, çertyojlar çəkən və ya rəsm əsərləri yaradan maşınlar artıq günümüzün reallığıdır.
İnsan öyrənir, zəkasını dərinləşdirir, başqa sözlə özü-özünü təkmilləşdirir. Süni intellekt hələlik bu səviyyəyə yetişməyib, özü-özünü təkmilləşdirə bilmir. Onun təkmilləşməsi, əsasında duran proqramın təkmilləşməsi bağlıdır. Proqramın təkmilləşdirilməsi isə bilavasitə proqramçının iradəsindən asılıdır. Amma kompüter və robotların da gələcəkdə eyni yolla təkmilləşməsi, yəni insandan müstəqil şəkildə öyrənməsi və proqramının özünün təkmilləşdirilməsi hədəflənir.
Müxtəlif sahələrdə mütəxəssi olan adamların bilik, təcrübə və bacarıqlarının süni intellektə ötürülməsi sayəsində ayrı-ayrı sahələrdə ixtisaslaşmış ağıllı maşın və robotların ortaya çıxdığı bir zamanda yaşayırıq. Günümüzdə mütəxəssis sistem həlləri tibb, maliyyə, nəqliyyat, sığorta və proses nəzarəti kimi çeşidli sahələrdə istifadə olunur. Bu baxımdan xəstələrin diaqnozunu vermək üçün hazırlanmış çox maraqlı bir proqram olan ELIZA proqramını misal çəkə bilərik.
İnsanların danışdığı təbii dili başa düşmək, sualları cavablandırmaq, dilləri şərh etmək və süni nitq istehsal etmək Təbii Dil İşlənməsi (DDI) başlığı altında toplanıb. Hər hansı bir dili başa düşmək dilin səslərini tanımaqdan başlayır. Süni intellekt fonetik səsləri (sait və samit) araşdırır. O, nitq hissələri, sintaksis və morfologiya barədə zərur biliklərlə təmin edilir. Bu sahədə aparılan işlərin səviyyəsi ildən ilə yüksəlir. Əldə edilən nəticənin hazırda hansı səviyyədə olduğunu Sofiya adlı məşhur robot əyani şəkildə nümayiş etdirir. Nəzərə alsaq ki, dil və təfəkkür bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və dil təfəkkürün ifadəçisidir, Sofiya ilə qurulan dialoqlar süni intellektin artıq hansı təfəkkür səviyyəsinə yetişdiyinin də əyani bir göstəricisidir. Eyni sözləri İbn Sina robotu haqqında da söyləyə bilərik.
Dostları ilə paylaş: |