Çingiz Xanın tacqoyma mərasimi. Marko Polonun kitabına çəkilmiş miniatür
Arslan ilə Qıyat xan arasında baş verən bu qarşıdurmada Arslan xan öldürülür. Qıyat xan Toxmaş şəhərini ələ keçirib, Turan hökmdarı qismində taxta oturur. Aşbara xanın ikinci oğlu yaratdığı qarışıqlıqlardan və etdiyi haqsızlıqlardan peşiman olaraq, Kerü Kırım (Xəzər) dənizinin sahilinə gələrək burada bir şəhər salır və yaşamağa başlayır. Bu səbəbdən də həmin şəhərə Əjdər xan (Həştərxan) deyirlər.
Otuz il sonra Qıyat xan ölür, yerinə oğlu Durlugün (Türk boylarından dürülgünlər adını Dürülgün xanın adından almışlar) keçir. İyirmi il xanlıq edən Dürülgünün ölümündən sonra oğlu Qorulas (dürülgün boyunun qorulas soyunun adı buradan qaynaqlanır) taxta çıxır. Qorulasdan sonra oğlu Noyan xan olur. Noyandan sonra da oğlu Buyan bütün Turana hökm edir
Buyan xanın dörd nigahlı arvadı və qırx kənizi var idi. Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona həmişə qız qismət edirdi. Beləcə qırx qızı olmuşdu. Bu qadınlardan doğulan qırx qızdan bu gün qırxqız (qırğız) adı ilə tanınan qövm peyda olmuşdur.
Günlərin bir günü Buyan xan hərəmxanasına gəlir və görür ki, arvadlarından birinin qarnı çox qabarıb... Qadından qarnını niyə belə şişdiyini soruşur... O da bətnində bir oğlan uşağı olduğu üçün qarnının qabardığını söyləyir. Buyan xan da ona: “Əgər mənə bir oğul doğsan, səni baş xatun edərəm, yox, əgər qız doğsan, səni də, qızını da öldürərərm” deyir. Elə bu vaxt qaravullar gəlib, Qıyan çölündə uyğurların xanı Buğur xanın üsyan edib onun üzərinə yürüdüyünü bildirirlər...”.
Dastanda daha sonra Buyan xanın (əslində Muyan xan) uyğurlarla savaşından söz açılır. Bundan sonra isə Alan Qova ilə bağlı məlum əfsanə iki fərqli versiyada təqdim olunur. Əfsanənin birinci versiyası belədir:
Dostları ilə paylaş: |