Çingizoğulları sülaləsindən 9-cu Elxanlı hökmdarı Əbu Səid Bahadur Xan (2 iyun 1305-1dekabr 1335) Ucanda Mühəmməd Olcaytu Xanınvə Hacı Xatunun ailəsində dünyaya göz açmış, qardaşı Sultanşahın ölümündən sonra 1315-ci ildə Əmir (tümənbaşı) Sevincin qəyyumluğu altında Xorasan və Mazandaran vilayətlərinin hakimi təyin olmuşdur.
Əbu Səid Bahadur Xandan dövrümüzədək ərəb əlifbası ilə fars dilində yazılmış olan, uyğur əlifbası ilə, xaqaniyyə türkcəsində yazılmış orijinalları hələlik tapılmayan və hər birinin sadəcə bir və ya bir neçə sətri türkcə olan dörd yarlıq yetişmişdir. Bu sənədlər dəfələrlə tədqiqat mövzusu olmuşdur.
Bu yarlıqlardan tarixi xronologiya baxımından birncisi 1330-cu ilin yanvar ayının 18-də qələmə alınmışdır. Bu sənəd ərəbcə yazılmış aşağıdakı sözlərlə başlayır:
Bu sözlərdən sonra türkcə bu sətirlər yer almaqdadır: