Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


I Səadət Gəray Xan tərəfindən Tayğıya verilmiş tərxanlıq yarlığı



Yüklə 14,92 Mb.
səhifə60/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
I Səadət Gəray Xan tərəfindən Tayğıya verilmiş tərxanlıq yarlığı
1524 və 1532 - 1538-ci illərdə iki dəfə Uluq Ulusun, başqa sözlə, Turanın xanı olmuş Səadət Gəray Xan Çingizoğullarından olan Gəraylar nəslinə mənsub I Mengli Gəray Xanın oğlu, Osmanlı sultanı və ilk Türk-İslam xəlifəsi Sultan Səlim Yavuzun kürəkəni idi.

Sözügedən yarlıq da eynən Toxtamış Xanın yarlığı kimi ilk öncə Novorossiysk və Bessarabiyanın general-qubernatoru knyaz M. Vorontsovun əlinə düşmüş, onun tərəfindən öyrənilmək üçün Odessa Tarix və Əntiq Əşyalar Cəmiyyətinə təqdim edilmişdi. Yarlığın litoqrafik surətinin çıxarılması, eləcə də ilk dəfə dərci Q. Qriqoryevin adı ilə bağlıdır.

Mətn qara mürəkkəblə, kufi əlifbası ilə yazılmış, aşağıdakı sözlər qızıl hərflərlə qeyd edilmişdir:

Yarlığın üç yerinə Hacı Gəraya məxsus, kufi hərflərlə yazılmış üç böyük qırmızı möhür vurulmuş, yuxarıya isə I Səadət Gəray Xanın üzüyünün möhürü (tuğrası) basılmışdır. Sənədin ən üst tərəfi cırıldığından orada nə yazıldığı məlum deyil. Q. Qriqoryev I Səadət Gəray Xana aid üst tərəfdəki möhürdən (tuğradan) çıxış edərək, cırılmış yerdə vaxtilə “altun nişan” sözlərinin yazıldığını ehtimal etmişdir. Onun bu ehtimalını inandırıcı saymayan və əldə olan digər yarlıqlardan cıxış edən İ. Berezin həmin yerdə “Səadət Gəray. Sözümüz” ifadələrinin yer almalı olduğunu bildirməkdədir. Biz də eyni fikirdəyik.

Maraqlıdır ki, bu sənəddə Turan dövlətinin adı “Ulu Orda” kimi yox, “Uluğ Ulus” kimi keçir. Bu isə həmin ifadələrin sinonim olduğuna dəlalət edir:

Uluğ Ulusing öng qol ve sol qolning tümən bəging, yüz, on, ming oğlanlar, bəgləringə. İçgi şəhər...”.

1532-ci ilin mayında Uluq Ulus (Turan) xanı I Səadət Gəray könüllü olaraq taxt-tacında imtina edərək İstanbula döndü. Belə olan halda, bir araya gələn bəylər qurultay çağırıb İslam Gərayı özlərinə xan seçdilər. Fəqət İslam xəlifəsi, yəni Osmanlı sultanı Qanuni Süleyman İslam Gərayı Turanın xanı kimi təsdiq etmədi, əvəzində öz dayısı I Sahib Gəray Xanı xanlıq taxt-tacına oturması üçün Kırıma göndərdi. Beləcə, I Sahib Gəray Xan Uluq Ulusun xanı oldu və 1532-1551-ci illər arasında ulu babası Çingiz Xanın varisi qismində xanlıq etdi.

I Sahib Gəray Xanın Uluq Ulusun (Turanın) gerçək hökmdarı kimi verdiyi yarlıqlardan ikisi dövrümüzədək yetişib. Bunlar 1549 və 1550-ci illərdə verilmiş tərxanlıq yarlıqlarıdır. Onlardan oğuz türkcəsində yazılmış birincisi bu sözlərlə başlayır:

Müzəffər Qazi Sahib Gəray Xan.

Sözüm.

Uluq Ulusun sağ qol və sol qol bəylərinə, tümənbaşı, minbaşı, yüzbaşı və onbaşı oğlanlarına və bəylərinə. Ölkə içi şəhərlərin darğa bəylərinə, müfti müdərrislərinə və qazi növbətçilərinə, divan (dövlət idarəsi) katiblərinə, şeyxlərə və sufilərə, anbar rəislərinə, sərhədlərdə və keçidlərdə keçid haqqı yığanlara və gömrükçülərə və cəmi sakinlərə və bütün darğalara (əyalət başılarına)...”.

İkinci yarlığında başında da eyni sözlər təkrarlanır və Turan dövlətindən “Uluq Ulus” kimi bəhs edilir.



Osmanlı sultanı Süleyman Qanuninin bibisi oğlu, Türk tarixinə adını “Taxt Alğan” (Taxt alan) ləqəbi ilə həkk etdirmiş Uluq Orda (Turan) xaqanı I Dövlət Gəray Xan (دولت كراى آلغان تخت) 1512-ci ildə Məngli Gəray Xanın oğlu Mübarək Gərayın nəslində dünyaya gəlmişdir. “Taxt Alğan” ləqəbini mərkəzə tabe olmaq istəməyən, bu azmış kimi, Kazan xanlığını (Bulqar Ulusunu) işğal etməyə qalxışan Moskva Ulusunun xanı (çarı) Qorxunc İvanı (İvan Qroznını) taxtdan endirməsindən, onu cəzalandırmaq məqsədilə Moskva şəhərini yandırmasından və Sain Bulatı (xristianlığı qəbul etdikdən sonra Semyon Bulatoviç) Moskva Ulusunun xanı təyin etməsindən sonra almışdır.

I Dövlət Gəray Xandan dövrümüzədək bir yarlıq yetişmişdir. Onun Polşa kralı I Siqizmunda göndərdiyi 1574-ci il tarixli həmin yarlığı Hüseyn Fеуzxanovun arxivində “№ 2” şifrəsi altında qeydə alınmışdır. Sənədin qısa məzmunu belədir:

“Salamlama və yeni Polşa kralının taxta oturması münasibəti ilə dilə gətirilən sevinc. Əvvəlki sülh və əhdnamənin xatırladılması. Kralın adamlarının Osmanlı və Uluq Orda (Turan) tacirlərinə vurduqları zərər. Kazaklar tərəfindən ələ keçirilmiş əsirlər, mal-qara və at ilxıları. Qala tikintisi. Dnepr kazaklarının Osmanlı gəmisinə hücumu və onu ələ keçirməsi. Xanın krala Moskva üzərinə yürüş barədə məlumat verməsi, kralın yürüşdə iştirak etməməsi. Moskvanın tutulması və yandırılması. Kazakların Adil Gərayın bəylərinin arvadlarını və qızlarını əsir götürməsi. Xanzadə Mühəmməd Gəray Sultanın qoşunlarının kazakları cəzalandırmaq üçün geri çağırılması. Xanın kraldan Osmanlı və Uluq Orda torpaqlarına yürüşlər təşkil edilməyəcəyi haqqında əhdnamə barədə, eləcə də dəymiş ziyanın ödənilməsi və xəzinənin (bac-xəracın) göndərilməsi haqda xahişi. Şakirin əhdnaməni almaq məqsədilə yola salınması. Ələ keçirilmiş gəminin azad edilməsi və ya onun dəyərinin ödənilməsi barədə tələb”.

Yarlıq bu sözlərlə başlayır:

Dövlət Gəray Xan.



Sözüm.

Məfahirül-ümərayi əl-kiram əl-milletül-Məsihiyə millətə vayvodası birlə bi-iskop, xəzinədar, asitab ve zümanir irazarası və cemi Güral bəklərinə bədüs-səlam, elam yarlığ-i mühəbbət fərcam budır ki, halyə eyəñüz Güral sihhət və səlamət birle kəlüb taxta cülus qıldılar deyü, xəbər kəlüb. Seviñüb şad bolduq. Anuñ içün qulumız Şakir cibərdük öz qardaşımız hür-bar bolsunlar. Burunğı Güral birlə dost bolub bizim məmləkətimizgə və Hünkar həzrətləriniñ şəhirlərinə qırğavkən atalarınıñ kişilərindən və Suv Qazağından və Tuz Qazağından min-bəd zərər və ziyan kəlməyüb. İki aramızda burunğılığıdan ziyadə oğul-oğuldan və qız-qızdan iki aramızda barışlıq bolub. Bir xatun kişi başına birisini altun köndərüb bizdən sizgə ve sizdən bizgə barub kilgəndə hiç zərər ve ziyan kəlməsün və hər yılda xəzinəñüzni birəlik deyü, bizüm birlə əhd və şərt qılmış irdi və məzbur eyəñüz Güral naqz-i əhd idüb, Hünkâr həzrətləriniñ bəzirgənlərini ğarət idüb, zərər və ziyan qıldıqdan ğayrı bizüm, taqı bəzirgənimiz basub və Özüdən Qazağıñız kəlüb məmləkətimizdən avrat ve oğlan alub əsir idüb və niçə kərə tavar və yılqı alub köpdin köb zərər eyleyüb. Xətti cañı yapqan kermanımız yapılub tamam bolub, bar ve baraqları yirlü ve yirine qonulmamış irdi. Qazağıñız Özüden bir giçə tañ saruyında kəlüb Hünkar həzrətləri cibərgən qadırğayı basub iraqca kişilərni qətil idüb və məzkür qadırğayı bir qaç bayraqlar ilə alub ketdilər ve niçə kərə siz ol tərəfdən və biz dəxi bu tərəfdən düşmənimiz Məsqva üzərinə atlanalıq deyü, eyəñüza xəbər cibərib, bir dəxi atlanub, barub Masqvanıñ Vilayətlərni yıqub və taxtı bolğan Məsqvanı dəxi yaqub və niçə kərə əskərimiz toq ve doyım bolğandur. Ol yerinden tərbənmədi. Anuñ ğayrət siz bolğannı bilüb, Məsqva biy üzərinə barub niçə kermanlarnı alğandur...”.

Dövrümüzədək Turan xaqanlarından yetişmiş digər sənədlər bunlardır:



  1. II Qazi Gəray Xanın Borisə göndərdiyi 1590-cı il tarixli birinci yarlıq

  2. Qazi Gəray Xanın Polşa kralı Siqizmunda göndərdiyi 1592-ci il tarixli yarlıq

  3. II Qazi Gəray Xanın Polşa kralı Siqizmunda göndərdiyi 1592-ci il tarixli ikinci yarlıq

  4. III Mühəmməd Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi 1624-cü il tarixli yarlıq

  5. Canıbəg Gəray Xanın 1628-ci ildə Rusiya, Prusiya, Litva və Kanaviyanın kralına göndərdiyi yarlıq

Qeyd: Əvvəlki xaqanlardan fərqli olaraq Canıbəg Gəray Xan başında durduğu dövləti “Uluq Ulus” deyil, “Uluğ Orda və Uluğ Yurt”, özünü isə “Uluq Ulusun uluğ Xanı” kimi deyil, “Uluğ Orda və Uluğ Yurtnıñ və Deşt-i Qıpçaqnıñ və Taht-ı Qırımnıñ və sansız köp çerüniñ ve sağışsız Tatarnıñ ve Tağ ara Çerkesniñ ve Tat bilə Tavgaçniñ (Çinin) uluğ padişahı ve həm uluğ Xanı” kimi təqdim edir.


  1. Canıbəg Gəray Xanın 1628-ci ildə Mixail Fyodroviçə göndərdiyi birinci yarlıq

  2. Canıbəg Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi ikinci yarlıq (1629-cu il)

  3. Canıbəg Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi üçüncü yarlıq (1630-cu il)

  4. Canıbəg Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi dördüncü yarlıq (1630-cu il)

  5. Canıbəg Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi beşinci yarlıq (1630-cu il)

  6. Canıbəg Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi altıncı yarlıq (1631-ci il)

  7. Canıbəg Gəray Xanın Polşa kralına göndərdiyi yarlıq (1632-ci il)

  8. Canıbəg Gəray Xanın 1632-ci ildə Mixail Fyodroviçə göndərdiyi yeddinci yarlıq

  9. Canıbəg Gəray Xanın 1633-cü ildə Polşa və Litva kralına göndərdiyi yarlıq

  10. Canıbəg Gəray Xanın 1633-cü ildə Mixail Fyodroviçə göndərdiyi səkkizinci yarlıq

  11. Canıbəg Gəray Xanın 1634-cü ildə Mixail Fyodroviçə göndərdiyi doqquzuncu yarlıq

  12. Canıbəg Gəray Xanın 1634-cü ildə Polşa kralına göndərdiyi yarlıq

  13. Canıbəg Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi tarixi məlum olmayan yarlıq

  14. İnayət Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə ünvanladığı 1635-ci il tarixli yarlıq

  15. İnayət Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə ünvanladığı 1635-ci il tarixli yarlıq

  16. İnayət Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə ünvanladığı 1636-cı il tarixli yarlıq

  17. İnayət Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə ünvanladığı tarixi bilinməyən yarlıq

  18. İnayət Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə ünvanladığı 1635-ci il tarixli dəftər


Qeyd: İnayət Gəray Xandan dövrümüzədək yetişmiş sənədlərdən biri də onun Mixail Fyodroviçə ünvanlandığı dəftərdir. Söhbət Moskva çarının Uluq Orda (Turan) xanına ödəməli olduğu xəzinənin (bac-xəracın), eləcə də xanın ailə üzvlərinə və tatar əyanlarına göndərməli olduğu hədiyyələrin siyahısı qeyd edilmiş dəftərdən (1635-ci il) gedir.


  1. I Bahadır Xanın Mixail Fyodroviçə göndərdiyi 1636-cı il tarixli birinci yarlıq

  2. I Bahadır Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi 1638-ci il tarixli ikinci yarlıq

  3. I Bahadır Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi 1638-ci il tarixli üçüncü yarlıq

  4. I Bahadır Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi 1640-cı il tarixli dördüncü yarlıq

  5. I Bahadır Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi 1640-cı il tarixli beşinci yarlıq

  6. I Bahadır Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi tarixi bilinməyən altıncı yarlıq

  7. I Bahadır Gəray Xanın Reç Pospolita kralı Vladislava ünvanlandığı 1640-cı il tarixli yarlıq

  8. I Bahadır Gəray Xanın Mixail Fyodroviçə ünvanlandığı I dəftər

  9. I Bahadır Gəray Xanın Mixail Fyodroviçə ünvanlandığı II dəftər


Qeyd: I Bahadır Gəray Xandan dövrümüzədək yetişmiş sənədlərdən biri də onun Mixail Fyodroviçə ünvanlandığı dəftərlərdir. Söhbət Moskva çarının Uluq Orda (Turan) xanına ödəməli olduğu xəzinənin (bac-xəracın), eləcə də xanın ailə üzvlərinə və tatar əyanlarına göndərməli olduğu hədiyyələrin siyahısı qeyd edilmiş iki dəftərdən (1638-ci il) gedir.


  1. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi birinci yarlıq (1642-ci il)

  2. IV Mühəmməd Gəray Xanın kral Vladislava göndərdiyi birinci yarlıq (1642-ci il)

  3. IV Mühəmməd Gəray Xanın kral Vladislava göndərdiyi ikinci yarlıq (1642-ci il)

  4. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi ikinci yarlıq (1643-cü il)

  5. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi üçüncü yarlıq (1643-cü il)

  6. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi dördüncü yarlıq (1643-cü il)

  7. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi beşinci yarlıq (1643-cü il)

  8. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi altıncı yarlıq (1643-cü il)

  9. IV Mühəmməd Gəray Xanın Reç Pospolita kralının naziri pan Osolinskiyə göndərdiyi yarlıq (1644-cü il)

  10. IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi yeddinci yarlıq (1644-cü il)

  11. III İslam Gəray Xanın Moskva çarı Mixail Fyodroviçə göndərdiyi tarlıq (1642-ci il ?)

  12. III İslam Gəray Xanın Kişnes kanslerinə göndərdiyi yarlıq (1644-cü il)

  13. III İslam Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi yarlıq (1645-ci il)

  14. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi şərtnamə yarlığı (1646-cı il)

  15. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi məhəbbətnamə yarlığı (1646-cı il)

  16. III İslam Gəray Xanın Reç Pospolita kralı IV Vladislava göndərdiyi yarlıq (1646-cı il)

  17. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi şərtnamə yarlığı (1647-ci il)

  18. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi 1647-ci il tarixli növbəti yarlıq

  19. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi 1648-ci il tarixli yarlıq

  20. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi 1648-ci il tarixli növbəti yarlıq

  21. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi 1649-cu il tarixli yarlıq

  22. III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi tarixi bilinməyən növbəti yarlıq

  23. III İslam Gəray Xanın İsveç kanslerinə göndərdiyi 1650-ci il tarixli yarlıq

  24. III İslam Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1651-ci il tarixli yarlıq

  25. III İslam Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1652-ci il tarixli iki yarlıq

  26. III İslam Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1653-cü il tarixli dörd yarlıq

  27. III İslam Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi hicri 1060-cı il tarixli yarlıq

  28. III İslam Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə Fərəhkermandan göndərdiyi tarixi bilinməyən yarlıq

  29. III İslam Gəray Xanın Polşa kralı IV Vladislava göndərdiyi tarixi bilinməyən əhdnamə yarlığı

  30. III İslam Gəray Xanın Polşa kanslerinə göndərdiyi tarixi bilinməyən əhdnamə-yarlıq

  31. İslam Gəray Xanın Polşa kralına göndərdiyi tarixi bilinməyən yarlıq

  32. III İslam Gəray Xanın getman Pototskiyə göndərdiyi tarixi bilinməyən yarlıq

  33. III İslam Gəray Xanın kral Yan Kazimirə göndərdiyi tarixi göstrilməyən yarlıq

  34. III İslam Gəray Xanın kanslerə göndərdiyi tarixi göstərilməyən yarlıq

  35. III İslam Gəray Xanın Polşa kanslerinə göndərdiyi tarixi göstrilməyən yarlıq

  36. III İslam Gəray Xanın getman Pototskiyə göndərdiyi tarixi göstrilməyən yarlıq

  37. IV Mühəmməd Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1654-cü il tarixli birinci yarlıq

  38. IV Mühəmməd Gəray Xanın kral Yan Kazimirə göndərdiyi 1654-cü il tarixli birinci yarlıq

  39. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi tarixi dəqiq bilinməyən ikinci yarlıq

  40. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1654-1655-ci illər arası tarixli üçüncü yarlıq

  41. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1655-ci il tarixli dördüncü yarlıq

  42. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1656-cı il tarixli beşinci yarlıq

  43. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi naməlum tarixli altıncı yarlıq

  44. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1657-ci il tarixli yeddinci yarlıq

  45. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1657-ci il tarixli səkkizinci yarlıq

  46. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1657-ci il tarixli doqquzuncu yarlıq

  47. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1657-ci il tarixli onuncu yarlıq

  48. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1658-ci il tarixli on birinci yarlıq

  49. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1661-ci il tarixli on ikinci yarlıq

  50. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1662-ci il tarixli on üçüncü yarlıq

  51. Mühəmməd Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi on dördüncü yarlıq (?

  52. IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi dəqiq tarixi məlum olmayan on beşinci yarlıq

  53. IV Mühəmməd Gəray Xanın Yan Kazimirə göndərdiyi dəqiq tarixi məlum olmayan ikinci yarlıq

  54. IV Mühəmməd Gəray Xanın Yan Kazimirə göndərdiyi dəqiq tarixi məlum olmayan üçüncü yarlıq

  55. IV Mühəmməd Gəray Xanın Polşa kralına göndərdiyi tarixi bilinməyən yarlıq

  56. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1666-cı il tarixli yarlıq

  57. Adil Gəray Xanın Aleksey Mixayloviçə göndərdiyi 1667-ci il tarixli ikinci yarlıq

  58. Adil Gəray Xanın Polşa kralı Yan Kazimirə göndərdiyi 1667-ci il tarixli yarlıq

  59. Adil Gəray Xanın Rusiya, Prusiya, Polşa və Litva kralına göndərdiyi 1667-ci il tarixli yarlıq

  60. Adil Gəray Xanın Dədəş ağaya göndərdiyi tarixi göstərilməyən yarlıq

  61. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1668-ci il tarixli yarlıq

  62. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçin adı çəkilməyən yaxın adamına göndərdiyi 1668-ci il tarixli yarlıq

  63. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1668-ci il tarixli yarlıq

  64. Adil Gəray Xanın Aleksey Mixayloviçə göndərdiyi 1669-cu il tarixli yarlıq

  65. Adil Gəray Xanın Aleksey Mixayloviçə göndərdiyi 1670-ci il tarixli yarlıq

  66. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1670-ci il tarixli şərtnamə yarlığı

  67. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1671-ci il tarixli birinci məhəbbətnamə yarlığı

  68. Adil Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə 1671-ci il tarixdə göndərdiyi ikinci məhəbbətnamə yarlığı

  69. I Səlim Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1671-ci il tarixli məhəbbətnamə yarlığı

  70. I Səlim Gəray Xanın Moskva çarı Aleksey Mixayloviçə göndərdiyi 1672-ci il tarixli məhəbbətnamə yarlığı

  71. I Səlim Gəray Xanın III Fyodor Alekseyiviçə göndərdiyi 1677-ci il tarixli yarlıq

  72. Murad Gəray Xanın knyaz Xasbulata göndərdiyi yarlıq

  73. Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə göndərdiyi 1679-cu il tarixli yarlıq

  74. Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə 1681-ci il tarixində göndərdiyi birinci yarlıq

  75. Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə 1681-ci il tarixində göndərdiyi ikinci yarlıq

  76. Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə göndərdiyi, dəqiq tarixi bilinməyən yarlıq

  77. Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə 1681-ci ildə göndərdiyi sonuncu yarlıq

  78. Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə 1682-ci ildə göndərdiyi yarlıq

  79. Murad Gəray Xanın Moskva çarları (knyazları) İohan Alekseyrviç və Pyotr Alekseyeviçə göndərdiyi hicri 1093-cü il tarixli şərtnamə yarlığı

  80. Murad Gəray Xanın Moskva çarları (knyazları) İohan Alekseyrviç və Pyotr Alekseyeviçə göndərdiyi hicri 1093-cü il tarixli şərtnamə yarlığı

  81. Murad Gəray Xanın Moskva çarları İohan Alekseyrviç və Pyotr Alekseyeviçə hicri 1094-cü, miladi 1683-cü il tarixində göndərdiyi məhəbbətnamə yarlığı

  82. Murad Gəray Xanın Moskva çarları (knyazları) İohan Alekseyrviç və Pyotr Alekseyeviçə hicri 1094-cü, miladi 1683-cü il tarixində göndərdiyi ikinci məhəbbətnamə yarlığı

  83. Murad Gəray Xanın elmə Barabaş getmanı Popoviçə göndərdiyi tarixi bilinməyən yarlıq

  84. Murad Gəray Xanın Botkalı getmanına göndərdiyi tarixi bilinməyən yarlıq

  85. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi hicri 1095-ci il tarixli məhəbbətnamə yarlığı

  86. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1684-cü il tarixli məhəbbətnamə yarlığı

  87. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi hicri 1096-cı il tarixli məhəbbətnamə yarlığı

  88. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1685-ci il tarixli şərtnamə yarlığı

  89. I Səlim Gəray Xanın aklınçaya göndərdiyi 1685-ci il tarixli şərtnamə yarlığı

  90. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1686-cı il tarixli məhəbbətnamə yarlığı

  91. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1686-cı il tarixli məhəbbətnamə yarlığı

  92. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1686-cı il tarixli yarlıq

  93. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1686-cı il tarixli yarlıq

  94. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1686-cı il tarixli yarlıq

  95. III Səadət Gəray Xandan Moskva knyazları İohan Alekseyeviç və Pyotr Alrkseyeviçə göndərdiyi tarixi bilinməyən yarlıq

  96. Səfa Gəray Xanın Reç Pospolita kralına ünvanladığı məhəbbətnamə yarlığı

  97. I Səlim Gəray Xanın V İohan Alekseyeviç və I Pyotor Alekseyiviçə göndərdiyi 1695-ci il tarixli yarlıq

  98. I Səlim Gəray Xanın Rusiya, Prusiya, Polşa və Litvanın kralına göndədiyi tarixi bilinməyən yarlıq

  99. I Səlim Gəray Xanın Barabaş getmanına göndədiyi 1704-cü il tarixli yarlıq

  100. I Səlim Gəray Xanın Moskva çarı I Pyotr Alekseyeviçə göndərdiyi 1704-cü il tarixli yarlıq

  101. IV Səadət Xanın (?) şamxala göndərdiyi tarixi bilinməyən yarlıq

  102. II Səlamət Gəray Xanın Polşa kralı, Böyük Litva knyazı, Saksoniya kurfürstü II Fridrix Avqusta ünvanlanmış 1742-ci il tarixli yarlığı

  103. Arslan Gəray Xanın Polşa kralı Avqusta ünvanlanmış tarixi bilinməyən yarlığı



Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin