Astana şəhəri
Səs İnformasiya Agentliyinin (SİA) 2 noyabr 2019-cu il tarixli bir xəbərində bildirilir ki, Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin hökumət başçılarının görüşündə Qazaxıstanın baş naziri Askar Mamin rəqəmsal iqtisadiyyatın inkişafı üçün Şuranın yaradılması təklifi ilə çıxış edib. Baş nazir iştirakçıları “Rəqəmsal İqtisadiyyatın İnkişafına dair Şura yaratmağa dəvət edib. Bildirib ki, Şura yeni texnoloji elementlərin ölkələrdə tətbiqi, 5G, ağıllı şəhərlər, rəqəmsal aktivlər, qlobal rəqəmsal xidmətlər bazarında iştirakı, həmçinin məlumat mərkəzlərinin qurulması və yerləşdirilməsi, ötürülməsi üçün qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün platforma ola bilər.
Bundan başqa, ŞƏT üzvü olan dövlətlərin dəmir yolu sahəsindəki əməkdaşlıq mexanizmlərində müşahidəçi dövlətlərin iştirakının genişləndirilməsini, avtomobil nəqliyyatı üçün buraxılış sənədlərinin verilməsi üçün avtomatlaşdırılmış sistemin tətbiqinin sürətləndirilməsini və təşkilata üzv ölkələrin avtomobil yollarının inkişafı üçün birgə proqramın təsdiqlənməsi təklif edilib”.
“XəzərXəbər.az” saytının AzərTac istinadlı, 19.01.2019 tarixli, “Nazarbayev ilk Smart şəhər ilə tanış oldu” başlıqlı bir xəbərdə isə aşağıdakılar yazılıb:
“Aqkol Qazaxıstanda bütün kommunal xidmətləri rəqəmsallaşdırılılan ilk şəhərdir. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Akmola vilayətində Aqkol Smart Şəhər ilə tanış olub.
Smart Şəhərdə rəqəmsal texnologiya sahəsində müasir inkişaf işləri həyata keçirilib. Bu pilot layihə yol hərəkəti və ictimai təhlükəsizliyin, sosial obyektlərdə, təhsil və səhiyyə ocaqlarında idarəetmənin, eləcə də yaşayış binalarının yeni nəslin "ağıllı" avadanlıqlarla təmin edilməsinə yönəlib.
Qazaxıstan Prezidenti tanışlıq zamanı rəqəmsallaşdırma sahəsində həyata keçirilən layihələrin əsasən həyat keyfiyyətinin yaxşılaşdırılmasına, vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çəkib.
Dostları ilə paylaş: |