Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


"Astana" maliyyə mərkəzinin binası



Yüklə 14,92 Mb.
səhifə68/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   64   65   66   67   68   69   70   71   ...   78
"Astana" maliyyə mərkəzinin binası
Qazaxlar öz ölkəsində belə bir maliyyə mərkəzi yaratmaqla, əlbəttə, başqa ölkələrin təcrübəsinə əsaslanıblar (belə birjalar Birləşmiş Ərəb Əmirliklərində, Çində, ABŞ-da, Sinqapurda var). Ancaq cəmi 27 illik müstəqillik tarixinə malik Qazaxıstan bütün dünyaya bəyan etmək istəyir ki, belə maliyyə mərkəzini həm də ingilis hüququna söykənməklə də yaratmaq olar. Yəni "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin hakimləri status cəhətdən xarici investorları heç də narahat etməyəcək.

"Astana" Mərkəzinin rəsmi saytında hakimlərin missiyası barədə aydın şəkildə yazılıb: mülki və kommersiya mübahisələri zamanı müstəqil məhkəmə sisteminə əsaslanmaq, ədalətli olmaq, qanunun aliliyini təmin etmək və bununla da biznesin tələblərinə beynəlxalq səviyyədə riayət etmək. Qarşıya qoyulan məqsədlərdən birini isə xüsusi vurğulamaq lazımdır. Bu, regional ticarətin yüksəldilməsi yolu ilə mərkəzdəki, həmçinin Qazaxıstandakı və Avrasiyadakı məhkəmə-hüquq sistemində inzibatçılığın və etibarlılığın təmin olunmasıdır. Burada, təkcə beynəlxalq maliyyə mərkəzində məhkəmə sədri lord Vulfun soyadını xatırlamaq yerinə düşər. Dünya hüquqşünasları arasında təkcə onun yox, həm də bütövlükdə məhkəmə heyətinin yüksək nüfuzu çoxlarına bəllidir. Yeri gəlmişkən, lord Qarri Kennet Vulf Böyük Britaniyanın hüquq aləmində ən yüksək fiqurlardan biri sayılır. O, İngiltərə və Uelsdə Ali Məhkəməyə rəhbərlik edir və Qətərdə beynəlxalq maliyyə mərkəzinin ilk məhkəmə Prezidenti kimi tarixə düşüb. Bundan əlavə, Honkonq apellyasiya məhkəməsinin keçmiş hakimi olub.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin