Lord Vulf
Lord Vulf Qazaxıstanda 8 hüquqşünasla işləyəcək. Təbii ki, onların arasında Böyük Britaniyanın qanun keşikçiləri də var və onların hamısı beynəlxalq hüquq aləminin əsl simalarıdır. Məsələn, Astanadakı beynəlxalq maliyyə mərkəzində məsləhət şurasına şahzadə vəkili Maykl Bler başçılıq edəcək. Hakimlər arasında cənab Vulfdan başqa Böyük Britaniyanın keçmiş ədliyyə naziri Edvard Folks, habelə hüquq dünyasında bir sıra dərsliklərin müəllifləri Cek Bitson və ser Ruport Cekson da var. Astanadakı mərkəzin ingilis hüququna söykənməsi isə təsadüfi deyil. Çünki bu sistem İngiltərənin hüdudlarından kənarda da yaxşı tanınır. Yəni, cəsarətlə demək olar ki, mərkəzdə təkcə məhkəmə sədrinin yüksək nüfuzu investorlara keyfiyyətli və ədalətli məhkəmə sistemi vəd edir. Qazaxıstanın hakimiyyət dairələri də bunu xüsusi vurğulayırlar ki, mərkəzin hüquqşünasları azad şəkildə işləyəcək və çıxarılan qərarlara hörmətlə yanaşılacaq.
Astana İnternational Exchange strateji tərəfdaş kimi Şanxay fond birjasını və Amerikadan olan NASDAQ-ı seçib. Çin mütəxəssisləri əsas aksioner kimi strateji məsələlərdə biznes-planların hazırlanmasında, texnoloji konsaltinqlərdə və bazarın inkişaf etdirilməsində öz yardımlarını göstərəcəklər. NASDAQ isə investorların işinin asanlaşdırılması üçün öz sistemindən istifadə edəcək. "Astana" beynəlxalq maliyyə mərkəzinə rəhbərlik edən Kayrat Kəlimbətovun sözlərinə görə, artıq onlar tanınmış maliyyə institutları ilə, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya Bankı və digər təşkilatlarla əməkdaşlıq edir. Yeri gəlmişkən, Kayrat Kəlimbətov məşhur qazax iqtisadçısıdır və o, vaxtilə ölkədə Milli Banka rəhbərlik edib.
"Astana" beynəlxalq maliyyə mərkəzi öz qarşısına kifayət qədər ambisiyalı vəzifələr qoyub: ölkə iqtisadiyyatına daha çox investor cəlb etmək, onlara göstərilən maliyyə xidmətinin səviyyəsini yüksəltmək, Qazaxıstanda qiymətli kağız bazarını inkişaf etdirmək, sığorta, bank xidmətlərini yaxşılaşdırmaq və s. Onu da əlavə edək ki, mərkəz məhsulların tam siyahısını təqdim etməyi planlaşdırır. Eyni zamanda, yerli hakimiyyət orqanları 50 il müddətinə vergilərdən azad olmağı vəd edir. Bir məsələni də qeyd edək ki, Qazaxıstan birjada öz milli kompaniyaları ilə təmsil olunacaq. Onların arasında Air Astana, "Kazatomprom", "Kazaxtelekom", "Kazmunayqaz" və digərləri var.
Beynəlxalq "Control Risks" kompaniyasının nümayəndəsi Timoti Stenli müsahibələrindən birində öz proqnozlarını verərək mərkəzin Qazaxıstan iqtisadiyyatında böyük və müsbət rol oynayacağını bildirib. İndi Qazaxıstan qonşu ölkələrlə müqayisədə üzərinə daha az siyasi risk götürür.
M. Nemətoğlu yazır:
“Bəli, dünyada Avropa və Asiya sırasında yeni maliyyə körpüsü yarandı. Qazaxıstan hakimiyyəti yeni mərkəzin ölkə iqtisadiyyatına 2 milyard ABŞ dolları cəlb edəcəyini proqnozlaşdırır. İnvestorlar arasında çox güclü rəqabətin olacağı gözlənilir. Yalnız müasir tələblərə cavab verən məhsullara üstünlük veriləcəyi isə şübhəsizdir”.
Dostları ilə paylaş: |