Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Bakı-Tiflis-Qars dəmir yolu xətti



Yüklə 14,92 Mb.
səhifə75/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   70   71   72   73   74   75   76   77   78
Bakı-Tiflis-Qars dəmir yolu xətti
Adını doqquzuncu Osmanlı sultanı və ilk Türk-İslam xəlifəsinin adından alan və boğazın şimal tərəfində inşa edilən  Yavuz Sultan Səlim körpüsü və ya Üçüncü Boğaz körpüsünün bir ucu Avropa tərəfindəki Sarıyerin Garipçe məhəlləsində, digər ucu isə Anadolu tərəfindəki Beykozun Poyrazköy bölgəsində yerləşir.

Boğazda yerləşən əvvəlki iki körpünün günün müəyyən vaxtlarında yaşanan həddindən artıq intensivlik üzündən tam xidmət göstərə bilməməsi səbəbiylə inşa edilib. Bünövrəsi 29 may 2013-cü ildə qoyulmuş sözügedən körpünün ayaqlarının tikintisi 24 oktyabr 2014-cü ildə başa çatdırılmışdır. Körpünün ayaqları dəniz səviyyəsindən 330 metr yuxarıdır. Layihədə 700-ü mühəndis olmaqla 8000-dən çox insan işləmişdir. Layihədə diametri 22 metr olan Avropadakı ən geniş tunel də inşa edilmişdir. Layihədə ən ağırı 923 ton olan 53 polad plitə istifadə edilmişdir.



Yavuz Sultan Səlim körpüsünün  26 avqust 2016-cı ildə rəsmi mərasimlə açıldığı, mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bəhreyn kralı Hamad Bin İsa Əl Xəlifə, Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Bakir İzetbegoviç, Makedoniya prezidenti Corge İvanov, KKTC prezidenti Mustafa Akıncı, 11-ci Türkiyə prezidenti Abdullah Gül, köhnə baş nazirlərdən Əhməd Davudoğlu, TBMM sədri İsmail Kahraman, Türkiyə baş naziri Binali Yıldırım ilə birlikdə bir çox nazir və millət vəkilinin qatıldığı, körpünün 27 avqust 2016-cı il saat 00:00-da nəqliyyat vasitələrinin hərəkəti üçün açıldığı bilinməkdədir.

Çindən Avropaya qədər uzanan və eyni zamanda qurulmaqda olan Turanın iki can damarından birini təşkil edən Çin - Orta Asiya – Qərbi Asiya (CCWAEC) marşrutunun başqa bir önəmi də onun həm də hazırda Çinin tərkibində olan Şərqi Türküstandan, yəni Uyğurustandan keçmiş olmasıdır.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin