Yavuz Sultan Səlim körpüsü Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələrindən söhbət düşmüşkən Transxəzər Fiber-Optik Kabel Xətti layihəsini də unutmamaq lazımdır. Söhbət Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsini əhatə edən layihədən gedir.
Layihənin məqsədi Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır. Layihə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən Azerbaijan Digital Hub proqramı çərçivəsində magistral internet provayderi AzerTelekom şirkəti tərəfindən icra edilir.