XII FƏSİL
Turanın siyasi alt yapısını təşkil edəcək qurumlar
Turanın siyasi alt yapısını təşkil edəcək qurumlar onun iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələri qədər önəmlidir və bu sırada əsası 2009-cu ilin 3 oktyabrında Naxçıvan şəhərində qoyulmuş Türk Keneşinin, başqa sözlə Türk Şurasının adını çəkməliyik. Bu qurum barədə Vikipediyada aşağıdakı məlumat yerləşdirilib:
“25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.
Türk Birliyinin (Turanın) bayrağı
Türk Şurasının üç mərkəzi var. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul inzibati mərkəzdir. Bakı Parlament Assambleyasının mərkəzi, Astana isə Türk Akademiyasının mərkəzidir.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu vahidlərdən ibarətdir:
Baş katib - İstanbul
Dövlət başçıları Şurası
Xarici işlər nazirləri Şurası
Böyük Məmurlar Komitəsi
Ağsaqqallar Şurası
Parlament Assambleyası (TürkPA) – Bakı
Türk Akademiyası – Astana
Türk Mədəniyyət və Sənətləri Ortaq İdarəsi (TÜRKSOY) – Ankara
Türk İş Şurası
Ölkə dövlət başçıları ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır. Bundan başqa üzv ölkələrin xarici işlər nazirləri və rəsmiyyətçiləri də il ərzində nizamlı yığıncaqlar həyata keçirir. Məclis başçıları və məclis heyətləri Bakıda toplanır. Türk Şurasının Baş katibinə üç illiyinə təqaüdçü səfir Halil Akıncı seçilmişdir”.
Dostları ilə paylaş: |