Bəxtiyar Tuncay
ƏBU SƏİD BAHADUR XANIN KİTABƏLƏRƏ HƏKK OLUNMUŞ YARLIQLARI
Əbu Səid Bahadır Xanın Ankara qalasına həkk edilmiş yarlığı
Elxanlı hökmdarlarından Əbu Səid Bahadır Xanın yarlıqlarından ikisi dövrünmüzədək kitabə şəklində yetişmişdir. Bunlardan birincisi Ankara qalsına həkk edilmişdir, digəri isə Ani xarabalıqlarında üzə çıxarılmış və Ani camesinin hər kəs tərəfindən göreləbiləcək bir yerinə həkk edilmişdir. Hər iki yarlıq vergilərlə bağlıdır.
Bu gələnək Qazan Xandan bəri gəlməktədir. Qazan Xan da vergi reformunu gerçəkləştirdiyində yeni qanunnaməni və hər kəndin ödəməsi gərəkən vergi miqyasını bildirən nizamnaməyi bütün kəndlərin camelərinə astırmışdı. Əbu Səid dövründə yeni bəlirlənən agırlıq və uzunluq ölçüləri bütün kəndlərə yarlıqla göndərilmisdi (Kemal Ramazan Haykıran, 2007, s. 113).
Qazan Xanın gerçəkləstirdiyi islahatlar vergi sistemini də əhatə etməkdəydi. O, Cingiz Xanın yasası və Mengü Xanın qoydugu qanunlarla dövlətin İslamlaşma prosesində effektiv şəkildə idarə edilə bilməyəcəyini vaxtında dərk edərək, tatarlar
üçün yeni olan Yaxın Şərq dövlətçilik ənənənsinin təsiri ilə formalaşan yeni modeli əhatə edə biləcək bir sistem ortaya qoymağa çalışırdı ki, bunun üçün də köklü islahatlara ehtiyac var idi (Bertold Spuler, 2011, s. 343).
Əbu Səid Bahadır Xan dövründə Azərbaycan və Anadoludakı iqtisadi qanunvericiliyə işıq salan sənədlərdən birincisi, artıq qeyd edildiyi ki, 1330-cü ilə aid olan və Ankara Qalasına həkk olunan 4 sətirlik farsca kitabədir. Bu kitabəni elm aləminə ilk tanıdan və oxumağa çalışan Paul Vittek olub (Paul Wittek, 1931, s. 161-162). Lakin Z. V. Toğan (Zeki Velidi Togan, 1991, s, 30) və V. Hinz (Hınz W., 1949, s. 771) onun oxunuşunun səhv olduğunu göstərmişlər. Sonuncunun tərcüməsində mətnin məzmunu belədir:
Allah isləri asanlaşdırandır. Cahangüsa yarlığın hökmünə görə Ankaraya müvasəlat vaqe olunca, kəndlər heyvan sayışı vergisi və hübubət məhsul təxmini üzündən sikayət ettilər.
İslam padsahının, – hökmü əbədə qədər sürsün, - dövlətin davamı hörmətinə 730-cu il Azərin birindən etibarən (1 Mart 1330) vilayət üçün su vergi qanunumuz caridir.
Nəqdi və eyni vergilər təsbit edilmiş və vergi dəftərinə qeyd edilmisdir. Buna nəzərən şəhər ticarət və tamga vergisi, buna müqabil vilayət qanunumuza görə ödəyəcəkdir. Hər kim ki bundan sonra heyvan satış vergisi və qanunsuz ösür alır, yaxut (yuxarıdaki qaydaya mügayir olaraq yalnız bir dirhəm belə olsa) və ya (yalnız) bir gilə belə olsa, hübubət tələb edərsə Allahın, mələklərin və peyğəmbərlərin lənəti ona rastlasın. “Onu eşitdikdən sonra hər kim onu dəyisdirərsə, günah onu dəyisdirənlərin üzərinə olsun”. Xəlilin əsəri (Hınz W., 1949, s. 775).
Ani Maniçöhr camesinin qalıqları
Əbu Səid Bahadır Xan dönəmində Şərqi Anadoludaki iqtisadi durum haqqında bilgi verən digər bir kitabə isə, qeyd etdiyimiz kimi, Ani xarabalıqlarında bulunan kitabədir. Buradakı memamri qalıqlar arasında, daha dəqiq desək Şəddadi hökmdarı Manüçöhr tərəfindən inşa edilən və onun adı ilə anılan camenin divarında Əbu Səid Bahadır Xana aid bir yarlıg bulunmuşdur. Həmin yarlıq qanuna tabe olmayan vergi məmurları ilə bağlıdır və amacı kəndlilərin hüquqlarını qorumaqdır (Berthold W., 1931, s. 135).
Tarixi dəqiq məlum olmayan, 1218-1335-ci illər arasında yazıldığı təxmin edilən (Kemal Ramazan Haykıran, 2007, s. 114) bu yarlığın məzmunu belədir:
Allah bəndələrinin əsrarına vaqifdir.
Əbu Səid Bahadır Xan.
Yarlıq.
Bu vəqti ki padisah-i ruy-i zəmin sultan-i aləm ala əd-dünya vəd-dîn xallada mülkəhünun-ki şərqdən ta qərbə qədər cahan onun saye-i mərhəmət və ədalətində bulunur. Cənab-i Haqq onun hökm və fərmanlarını daha möhkəm eylesin. Pay-i taxtdan hökm belədir: Madəm ki, ruy-i zəmin onun fərmanına tabedir və divanın əmirləri onun qələminə baglıdır, kimsə ondan bir sey əksiltməsin, yaxud ona əlavə etməsin, tamğa və məsru baç vergisindən basqa bir şey alınmasın, qılan nəməri və sairə (vergi) bəhənəsiylə kimsədən bir şey tələp edilməsin.
Əbu Səid Bahadır Xanın Ani Maniçöhr camesinin divarına həkk edilmiş yarlığı
Bundan müqəddəm Ani səhrində və Gürcüstanın digər vilayətlərində qılan və nəmeəri, ğayri qanuni həvalələr və tərx toplama səbəbindən zülüm və təaddi edilmiş məskun məntəqələr xərab olmuş, raiyələr dagılmış, şəhr və vilayət kəhyaları qılan və tərnəgirdən dolayı əmlak-i mənkulə və mənkulələrini və ailələrini buraxmış getmişlər. Şu surətlə fərman yazdılar ki, Haqq Təali raiyələrin başları üzərindən ali kölgəyi uzaq eyləməyə… (Kemal Ramazan Haykıran, 2007, s. 113-114).
Ədəbiyyat
Berthold Spuler. İran Moğolları. TTK Basımevi, Ankara, 2011.
Berthold W. İlhanlılar Devrinde Mali Vaziyet. Türk Hukuk ve İktisat Tarihi Mecmuası, I. Cild, İstanbul, 1931.
Hınz W. Ortaçag Yakın Sarkına Aid Bazı Vergi Kitabeleri. Belleten, XIII/52, 1949.
Kemal Ramazan Haykıran. İlhanlı Hükümdarı Ebu Sa‘id Bahadır Han Zamanında Doğu Anadolu (1317 - 1335). Ankara, 2007.
Paul Wittek. Ankara’da bir İlhani Kitabesi. THİTM, c.I, 1931.
Zeki Velidi Togan. Mogollar Devrinde Anadolu’nun İktisadi Vaziyet. THİTM , 1991, s, 203-240.
Dostları ilə paylaş: |