Bəxtiyar Tuncay ƏHMƏd xanin sultan mehmedə GÖNDƏRDİYİ BİTİK (yarliq) Giriş


Uluq Ulus (Turan) dövlətinin şəhərlərinin yerinin əks edildiyi xəritə (1459-cu il)



Yüklə 0,68 Mb.
səhifə2/6
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#109430
1   2   3   4   5   6
Uluq Ulus (Turan) dövlətinin şəhərlərinin yerinin əks edildiyi xəritə (1459-cu il)
Şeyx Heydər taxta çıxar-çıxmaz ona qarşı Urus Xanın nəticələri Canıbəg və Gəray sultanlar, Noqay mirzələri Musa və Yağmurçi, eləcə də Sibir hakimi İbakdan ibarət hərbi koalisiya yarandı, nəticədə Şeyx Heydər 1470-1471-ci illərdə əlindəki torpaqların çox hissəsini itirdi və bu torpaqlar, Xorəzm də daxil olmaqla Uluq Ulus (Turan) dövlətinə birləşdirildi. Əhməd Xan dövlətin bütövlüyü naminə Musa və Yağmurçinin bacıları ilə evləndi. Az sonra Şeyx Heydər qətlə yetirildi və faktiki olaraq, bütün Türküstan Uluq Ulusun hakimiyyəti altına keçdi.

1471-ci ildə Əhməd Xanın böyük qardaşı və hakimiyyət ortağı Mahmud Xanın ölüm xəbəri gəldi. Belə olan halda, Əhməd Xan ölkədə çıxa biləcək ehtimali üsyanları önləmək məqsədi ilə təcili dövlətin taxta şəhəri olan Saraya qayıtmaq məcburiyyətində qaldı.

Paytaxta qayıdar-qayıtmaz Əhməd Xan xəbər tutdu ki, Əbül Xeyrin Türküstan taxt-tacına iddialı iki nəvəsi – Mühəmməd Şeybani və Mahmud Sultan qaçaraq Hacı Tərxanda Əhməd Qasimin evində gizlənmişlər. Belə olan halda, Əməd Xan yenidən səfərə çıxaraq üzünü Hacı Tərxana tərəf tutdu. Bu yürüşdə onu Musa və Yağmurçinin əmiləri olan Sibir hakimi İbak da müşaiyət edirdi. Əbül Xeyrin nəvələri qaçıb gizlənməyi bacarsalar da, Əhməd Xan onları təqib etmədi. Təhlükəsiz olduqlarını düşündü. Lakin bu, səhv qərar idi. Çünki Mühəmməd Şeybani özünə qoşun toplamağa və 1472-ci ildə gözlənilmədən hücuma keçməyə nail oldu. Bu hücum nəticəsində İbakın oğlu və qardaşı öldürüldü. Həmin an Əhməd Xan Krımda çıxan üsyanları yatırtmaq üçün özünün Qərb səfərinə çıxmışdı. Baş verənlər barədə yolda xəbər tutan xan geriyə, Saraya dönmək məcburiyyətində qaldı.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin