Uluq Ulus (Turan) dövlətinin paytaxtı Saray-Batı şəhərinin qalıqları Ölkənin şərqində və cənubunda problemləri həll etmək xanın bir neçə ilini aldı. Bundan sonra Kırımın məsələsi ilə məşğul olmağa başladı. Kırımda xan olan Menqli Gəray Xan 1475-ci ildə öz qardaşları Nur Dövlət və Heydər tərəfindən devrilərək Kəfəyə (Feodosiyaya) qaçmağa və həmin dövrdə həmin şəhərdə sahib olan Osmanlılara sığınmağa məcbur olmuşdu.
1476-cı ildə Kırım bəyləri yarımadada hərc-mərcliyə son qoymaq üçün Əhməd Xana müraciət etdilər. Əhməd Xan da dərhal Krıma yürüş edərərək Krım taxtına öz qardaşı Canıbəgin oğlunu oturtdu. Bununla da Uluq Ulus (Turan) dövlətinin bütünlüyü, müvəqqəti də olsa, təmin edildi. Bundan sonra o, sultan Mehmet Fatehə öz məşhur yarlığını göndərdi. Lakin artıq başqa zaman idi. Osmanlıların Çingizoğullarından asılı olduğu vaxtlar artıq çox-çox geridə qalmışdı. Əslində, məktubun əvvəlində yer alan uzun-uzadı mədhiyyələr də elə bundan xəbər verməkdədir.
Əhməd Xanın sultan Mehmet Fatehə göndərdiyi yarlıq (bitik) haqqında ümumi məlumat Əhməd Xanın sultan Mehmet Fatehə göndərdiyi yarlıq (bitik) hazırda Istanbulun Topqapı Sarayı muzeyində “E 6464” şifrəsi altında qorunmaqdadır. Yarlıq 1477-ci ilin may-iyun aylarında qələmə alınmışdır. Yazıldığı yer göstərilməmişdir. Yarlıq (bitik) 69 x 2 cm ölçülü kağızda yazılmışdır. Məktubun yuxarı hissəsinə, onun arxa tərəfinə, eynən Uluq Mühəmməd Xanın sultan Murada göndərmiş olduğu yarlıqda olduğu kimi, nazik dəri təbəqəsi yapışdırılmışdır. Önun ölçüləri 21 x 14 sm təşkil edir. Bu yarlığın da xüsusi qabı, başqa sözlə qlafı var və o, dürmək şəkli aldıqda qaba çox rahat yerləşir.