Badə əz qərəz məhəbbətü bilüxvət və təbliği tətmi-müttahiyəti ilam ol turur kim rəsulü mürsəl Karac Bahatur kildi.
Qardaşlıq sevgi və hörmətimi çatdırdıqdan sonra bildirilən budur ki, göndərilən elçi Karac Bahatur gəldi.
Sizninq sağ ve səlamətlıqınqıznı bizge məğlum qıldı, kəldi həm ol əxbar-i buldanı məftuxnı taqı bizge tağyįn qıldı.
Sizin sağ və salamat olduğunu bizi bildirdi və gələrək sizin fəth etdiyiniz şəhərlər barədə məlumat verdi.
Biz taqı bağe istimali kəlam bəğayət və lə-nihayət şadkam olduq.
Biz də bu sözləri eşidib çox-çox və sonsuz şad olduq.
Sizninq və bizninq aramızda qarındaşlıq, əlatəriqi’l məhabbə zahir boldı.
Sizinlə bizim aramızda qardaşlıq və xoş münasibətlər zahir oldu.
Minə’l əvam iksük bolmay ağır səlam yinqil bölək birlə ilçi və kiləcilərimiz barsun kilsun.
Bu gündən etibarən əbədiyyətə qədər qoy aramızdakı dostluq və mehribançılıq əskik olmasın, elçilərimiz bir-birimizə kiçik hədiyyələrlə gəl-get etsin.
Dostluq qarındaşlıqımız kündin küngə tərəqqį qılsun tip sizgə ilçilikkə Əziz Xoca atlığ qarındaşım oğlun yibərdim.
Dostluq və qardaşlığımız gündən günə tərəqqi etsin deyə, sizə elçi qismində Əziz Xoca adlı qardaşım oğlunu göndərdim.
Çingis Xannınq bir oğlı mənmən, bir oğlı Əziz Xoca turur.
Çingiz Xanın bir oğlu (kötükcəsi) mənəm, bir oğlu (kötükcəsi) də Əziz Xocadır.
İmdidin sonq sizninq birlə bizim aramızda Tengri inəyeti birlə dostluq ol təriqə ziyade bolğay kim, inşaallahu Təala sonqğı zamanədə düşman arasında bir atı qalğay taqı hər tərəfgə nə siz əzm ü səfər qılsanqız, biz taqı bu tərəfdin sizgə təqviyət qılurğa hazırmız.
Bu andan sonra sizinlə bizim aramızda Tanrı inayəti ilə dostluq o qədər çox olsun ki, inşaallah, əgər Təala lazım bilsə, sonrakı illərdə də bu ad (dostluq adı) düşmənlər içərisində (qorxulu bir şey kimi) var olsun. Və əgər siz harasa yürüş etməyə əzm göstərsəniz, biz öz tərəfimizdən sizə ordu ilə dəstək verməyə hazırıq.
Bədə ixtişari’l kəlam, bu kündin ilgərq qayu iş kim, sizninq və bizninq aramızda qarındaş ziyadesingə təalluq tutar ol işninq təcilinqe istedad qılurğa məğul bolsanız siz hakimsiz tip, ağır səlam və yinqil bölək birlə həzrətgə rəsul irsal qılındı.
Uzun sözün qısası, bu gündən sonra sizinlə bizim aramızda qardaşlıq münasibətlərimizin dərinləşməsinə gətirib çıxaracaq hər iş həyata keçmiş olsun. Əgər siz həmin işin təcili baş verməsini istərsinizsə, buyuruq sahibisiniz. Bu düşüncələrlə sizə elçimi bol-bol salamlarla və kiçik hədiyyələrlə yola saldım.
Tarix səkiz yüz səksən ikidə, mübarək səfər ayınınq nışfında istiktab qılındı.
Tarix (hicri) səkkiz yüz səksən ikinci ilin mübarək səfər ayının ortasında yazıldı.
Qaynaqça
Kurat A. N. Topkapı Sarayı Müzesi Arşivindeki Altın Ordu, Kırım ve Türkistan Hanlarına ait yarlık ve bitikler. İstanbul, 1940.
Kurtoğlu F. Son Altun Ordu hükümdarının Osmanlı hükümdarə Mehmet II. ye bir mektubu // Belleten. Cilt II, Sayı 5/6. II. Kanun-Nisan 1938, s. 274-250 + 2 şəkil. Türk Tarih Kurumu Basımevi – Ankara, 1994.
Базилевич К. В. Внешняя политика Русского централизованного государства. Вторая половина XV в. Изд-во МГУ. 1952.
Григорьев П. «Высшяя троца» в ярлыках золотоордынского хана Монгке-Темора. Востоковедение, I. К 70 летию проф. В. И. Беляева. Изд-во ЛГУ, 1974, № 374. Серия востоковедческих наук. Вып. 17.
Послание крымского хана Мухаммед-Гирея I султану Сулейману I о невозможности…
Dostları ilə paylaş: |