Əhməd Xanın sultan Mehmet Fatehə göndərdiyi yarlığın mətni Hu.
O (Allah).
Xudavandiəzim. Qardaşım Sultan Mühəmməd Qamukar.
Böyük hökmdar. Mübarək qardaşım Sultan Mühəmməd.
Becənabi istisal əxüleəz vəl kərim, Sultanül ərəbi vəl əcəm, malikü rəqbil ümməm Zilüllahi filardey, qəhrəmanül ma vəttin nəsirü ibadillah hafizu bilədillah kahirü ədaillah ağdelü, Səlatini insi vəlcin, mənbəi ehsanül mədaləti vəlehsan, qiyasüddünyavəddin, mürabbiül üləmai vəl mastəiddin halləddəllahü mülkehu və sultanehu və cəalə fövqəl fərqateyn məkanəhu və eyvənəhu və haqq süphanehu və təala afitəbi əzəmət və bəxtiyari və sayei səltənət və kəmükəri və dər ənəiııeyıe və ətrəfənnəhəri və əz həzrəti sübhani və qüvvei bürhani məzidi ömür və dəvami dövlət və hüsusi əzəmət və həşmət ta daməni qiyamət tabəndə və bayəndə darəd zilli zəlali əbədən məbsud bəd bilhürmətin nəbiyyi və alihi əmcat.
Məktubun ünvanlandığı hörmətli cənab, dəyərli və alicənab qardaşım, ərəbin və əcəmin sultanı, bütün xalqların hökmdarı, Allahın yerdəki kölgəsi, quruların və suların sahibi, Allahın qullarına kömək edən, Allahın məmləkətlərinin himayədarı, Allah düşmənləri üzərində qələbə çalan, insanların və cinlərin ədalətli sultanı, ədalət və xeyirli işlərin qaynağı, dünyanın və dinin dayağı, alim və bilginlərin hamisi, - Allah onun şahlıq və hakimiyyətini qalıcı etsin və onun saray mülkünü Kiçik Ayı bürcünü ulduzlarından daha yüksəklərə ucaltsın!
Mən Allaha Ona layiq kəlmələrlə mədh və dualar edir və Onun hər şeydən uca olduğunu bildirirəm. O rifahın günəşidir, hakimiyyət və uğur mənbəyidir və O hər şeyi təqdir edir, axşam da, gecə də, gündüz də iş halındadır.
Qoy, hər şeydən Uca və Qüdrətli olan (Allah) onun ömrünü və hakimiyyətini davanlı etsin və onun şan-şöhrəti Qiyamət gününə qədər uzansın. Qoy imansızlığın kökü kəsilsin və onun şöhrəti Peyğımbər (s) eşqinə bütün dünyaya yayılsın.