BəXTİyar tuncay etnoqonik miFLƏR


Sən “parlağam, çox qüvvətliyəm, bacarıram” deyə öyü­nür­sən. Elə isə get, dənizə dal, dənizin dibindən mənə bir az qum çıxart



Yüklə 1,66 Mb.
səhifə100/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   96   97   98   99   100   101   102   103   ...   165
Sən “parlağam, çox qüvvətliyəm, bacarıram” deyə öyü­nür­sən. Elə isə get, dənizə dal, dənizin dibindən mənə bir az qum çıxart.

Şeytan dənizə daldı. Az sonra üzə çıxdı. Çıxmağına çıxdı, amma qum da ovcundan axıb getdi. Şeytan yenidən, ikinci dəfə dənizin dibinə cumdu, amma yenə də əli boş üzə çıxdı. Şeytan gördü ki, olmayacaq, tez bir qaranquş olub dənizin dibinə cumdu. Dimdiyinə bir az palçıq alıb suyun üzünə çıxdı.

Tanrı palçığı aldı, təqdis etdi, sonra da dənizə atdı. Be­ləliklə, yer üzü yaradılmış oldu. Lakin şeytan əvvəldən Tanrı­nın fikrini bilmiş və ağzında bir parça torpaq saxlamışdı. “Nə üçün Tanrının dünyası olsun, mənimki isə yox” – deyə düşün­müşdü. O da öz dünyasını yaratmaq istəyirdi. Çox keçmədi ki, Tanrı bunu başa düşdü, şeytanı yanına çağırdı, əli ilə ənsəsinə elə vurdu ki, ağzında gizli saxladığı çamur ətrafa sıçradı. Hər tərəf bu çamurla dağ, daş oldu. Tanrının o gözəl dünyası da bugünkü dünya oldu (Ögəl, 2006, səh. 443-444).

Middendorfun topladığı lll variant:



Çox əvvəllər Tanrı yalnızca kiçik və dümdüz bir dünya yaratmışdı. Ancaq şeytan sakit durmadı, hirsindən, əl və ayağı ilə Tanrının dünyasını tapdaladı və pozdu. Tanrı əvvəlcə bu dünyasından əl çəkdi, onsuz da o ürəyincə deyildi. Amma sonra “qoy elə belə də olsun,” – dedi, - “gecikməkdənsə bu cür olması yaxşıdır. Sonra dünyanı daha da böyütdü, daha da gözəl etdi. Fəqət şeytann ayağı ilə basdığı yerlər su ilə doldu, dənizlərə çevrildi. Dünya sıçrayan, qabaran torpaqlarla, dağ­larla doldu...

Tanrı insan biçimində 7 qəlib düzəltmişdi. Hamısına can verib 7 kişi yaratdı. Ayrıca 4 dənə də qadın yaratmışdı. Bu qa­dınları 7 insan oğlunun 4-ü ilə evləndirdi. Yerdə qalan 3 kişi qadınsız qaldı. Onlar gedib Tanrıya şikayət etdilər. Amma Tan­rı heç oralıq olmadı, nə onlara cavab verdi, nə də qadın. Təbii ki, bu 3 kişi dinc dayanmadılar, qadınların ətrafında dolanmağa başladılar. Nə oldusa belə oldu, insan oğlu vəfasız oldu. Qadınların vəfasızlığı da elə buradan qalmışdır. Axırda o 3 kişi də, necə oldusa, 3 qadın tapdılar. Evləndilər. 3 oğulları oldu. Digər dörd adamın da 4 qızı olmuşdu. Onları bir-biri ilə evləndirdilər. Amma qızlardan biri ərsiz qaldı. Kişilərdən biri onu arvadının üstünə almış, buradan da çox qadınla evlənmək adəti meydana gəlmişdir. Amma kişilər bu ərsiz qızı almaq üçün bir-biri ilə mübarizə apararkən, vəfasız olmuşlar. Kişilə­rin də vəfasızlığı buradan qalmışdır (Ögəl, 2006, səh. 444-445).

Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabında saxa-yakutlardan daha bir variant təqdim etmişdir ki, mövzumuz baxımından həmin variantların önəmini göz önündə tutaraq, biz də onları kitabımıza daxil etməyi vacib bildik.

Vaxtilə Tretyakovun yazya almış olduğu bu variant (IV variant) belədir:

Ana yaradıcı artıq bir dünya yaratmağı qərara almışdı. Amma nə ilə yarada idi, əlində bir şey yox idi. Buna görə qırmızı boyunlu balıqcılla bir çöl ördəyini yanına çağırdı və onlara dedi:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin