BəXTİyar tuncay etnoqonik miFLƏR


- Tez dənizin dibinə dalın və mənə bir az torpaq gətirin!



Yüklə 1,66 Mb.
səhifə101/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   97   98   99   100   101   102   103   104   ...   165
- Tez dənizin dibinə dalın və mənə bir az torpaq gətirin!

Quşlar dənizin dibinə daldılar, az sonra çöl ördəyi dimdi­yində bir parça çamurla suyun üzündə göründü. Amma balıq­cıl orada yox idi. Yaradıcı “bu balıqcıl harada qaldı” deyə dü­şünərkən, o da suyun üzünə çıxdı. Amma ağzında nə çamur, nə başqa bir şey vardı. Yaradıcı soruşdu:

- Hanı sənin torpağın?

Balıqcıl boynunu bükdü və cavab verdi:

- Dənizin dibində mən torpaq tapmadım. Onun üçün də torpaq gətirmədim.

Yaradıcı bunu eşitdikdə çox hirsləndi və belə dedi:

- Ey hiyləgər quş! Mən sənə çöl ördəyindən daha qısa və daha az qüvvətli bir dimdikmi vermişdim? Bu olan şeydir? Sə­ninki onunkindən həm qüvvətli, həm də uzundur, necə olur ki, çöl ördəyi dənizin dibindən çamur tapır, sən tapmırsan? Mən səni cəzalandıracağam və sən yer üzündə yaşamaya­caq­san. Gəz, uç, nə istəyirsən elə, amma dənizin üstündə elə. Cum də­nizə, yiyəcəyini orada axtar. Orada yat, orada qalx. Nə edə­cəksənsə, orada et, amma yer üzünə gəlmə!

Ana yaradıcı çöl ördəyinin gətirdiyi çamurla dunyanı ya­ratdı. Çamuru əlinə aldı, dənizin üstünə qoydu. Nə cür oldusa, palçıq dənizin dibinə batmadı. Nə dalğalar, nə də külək onu ye­rindən tərpədə bilmədi. Eyni ilə bir adacıq kimi dənizin or­ta­sında dayanıb qaldı. Az sonra da böyüməyə başladı. Elə bö­yü­dü, elə böyüdü ki, bugünkü dünya oldu (Ögəl, 2006, səh. 445).

Yuxarıda təqdim edilən mifoloji mətnlər kosmoqonik mətn­lərdir. Bu mətnlərin türk xalqlarının etnogenezinin etnoqonik mif, rəvayət və dastanlardakı inikasına həsr edilmiş mövzu­muz­la ilk baxışdan heç bir əlaqəsi nəzərə çarpmır. Fəqət, bu ilk ba­xışdan belədir. Məsələ burasındadır ki, həmin mətnlərdə türk­lərin etnogenezinin ilkin mərhələsinin baş verdiyi coğrafi məka­nın, başqa sözlə, türklərin ilkin ata yurdlarının hara olmasını müəyyənləşdirə bilməmiz baxımından son dərəcə qiymətli in­formasiya gizlənməkdədir.



Məlum olduğu kimi, bütün türk yaradılış dastanlarında dün­yanın yaradılmasının ilkin materialı kimi sonsuz sular, yəni də­niz, okean təqdim edilir. Bu fakt çox düşündürücüdür. Axı, türk­lərin ilkin ata yurdu olduğu iddia edilən Altaylar dənizlərdən çox-çox uzaqlarda yerləşir. Belə olan halda, Altay və Sibir türk­ləri nədən dünyanın başlanğıcını dənizlə, dünya okeanı ilə bağ­layırlar?

Bu suala bir qədər sonra cavab verməyə çalışacağıq. Hələ­liksə saxa-yakutların kosmoqonik təsəvvürləri ilə səsləşən, üst-üstə düşən Altay yaradılış dastanını nəzərdən keçirək.



Bahəddin Ögəl haqlı olaraq yazır ki, Orta Asiya və Sibirdə söylənən yaradılış əfsanələri içərisində ən böyüyü və doğru olanı V.Radlov tərəfindən toplanmış olan Altay türklərinə aid əfsanədir (Ögəl, 2006, səh. 416). Mərkəzində Tanrının (Tanrı Qara xanın) durduğu və aparıcı rola sahib olduğu bu dastan yarandığı dövrdən ən azı 5-6 min il sonra qələmə alınsa da ilkin məzmun və mahiyyətini qismən qoruyub saxlaya bilmişdir. XIX əsrdə məşhur türkoloq V.Radlov tərəfindən yazıya köçürülmüş “Yaradlış” dastanının (Dünyanın yaranması haqqında) məzmunu belədir:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin