BəXTİyar tuncay etnoqonik miFLƏR


Ağ oğlana anası su, od, dəmir vermiş



Yüklə 1,66 Mb.
səhifə123/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   119   120   121   122   123   124   125   126   ...   165
Ağ oğlana anası su, od, dəmir vermiş,

Sonra da qeyb olaraq təkrar yerinə girmiş.

(Ögəl, 2006, səh. 115-117)

Sözün bu yerində Mirəli Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasından bir sitatı yenidən təkrar etməyə ehtiyac var:

Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri k­i­mi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər” (Seyidov, 1983, s. 37-38).

Azərbaycandan toplanmış “Keçəl və dayısı” adlı bir əfsa­nədə bildirilir:

...Dağın üstündə böyük bir ağac var, o ağac pirdi. Gərək ona yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qolla­rını açasan, çağırasan. Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona nə sözün var ürəyində deyirsən, apar­dığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən” (Azərbaycan folkloru antologiyası, 2005, s. 309).

Qoroxovun qeydə aldığı mifdən belə görünür ki, ağac təkcə insanın əcdadı kimi yox, bütün canlı varlqların, o cümlədən hey­vanların ulu əcdadı kimi gözdən keçirilir:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin