BəXTİyar tuncay etnoqonik miFLƏR


Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş



Yüklə 1,66 Mb.
səhifə124/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   120   121   122   123   124   125   126   127   ...   165
Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş,

Ağaca üz tutaraq ona belə səslənmiş:

Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam,



Mənə həyatı verən, ey mənim böyük anam.

Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur,

Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur

(Ögəl, 2006, səh. 115-117)

Bu fakt Azərbaycan dekorativ sənətinin, xüsusən də xalça­larımızın əsas və əvəzsiz bəzək elementlərindən biri kimi çıxış edən “vağ-vağı” naxışının daşıdığı mifoloji semantikanın məz­mu­nunu daha yaxşı dərk etməyimizə kömək edir. Ağac budaq­la­rını və hər budaqda meyvəni əvəz edən quş və heyvan başla­rından ibarət olan bu naxış barədə Lətif Kərimov ətraflı məlumat vermişdir (Керимов, 1983, с. 92-93).

B.Ögəl türklərin (qərbi hunların və altaylıların) göy tanrı­sı­nın məkanını göstərəndə «Dünya və Göy Ağacı»nın təsvirini verir:

Gök yüzüne doğru büyük bir çam ağacı yükseliyordu. Gökleri delip çıkan bu ağacın tepesinde ise Tanrı Bay-Ülgen otururdu. Şaman davullarındakı bu ağacların kökleri dünyada değil; daha ziyade göğün başladığı yerden itibaren başlıyordu” (Ögel, 1989, s. 90-91).

Xakasların təsəvvüründə də ağac “insan”, “insanın canı”, “soy uruq” məfhumlarını ifadə edir (Bəydili, 2003 b, s.18). Te­len­qitlər də inanırdılar ki, hər ağacın ezzе-sahibi, ruhu var. Оn­ların inamına görə ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə edir (Seyidov, 1984, s. 31).

Mövzumuz baxımından Minusinsk tatarlarından qeydə alın­mış bir dastanda söylənilənlər də xüsusi maraq doğurur, belə mə­lum olur ki, sözügedən ağacın aşağı hissəsi yeraltı dün­yada - cəhənnəmdə yerləşir:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin