Bu gün də...Van gölünün cənubu...Daru-Baran adlanır." (Koroğlu, 1999, s. 59).
Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Tonqanın) ölümündən sonra oğlu Madiy işquzların hökmdarı olmuşdur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kimmer-sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:
"Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası türkcə aydın olan adlar işləndiyi üçün "Maday Kara" dastanı da güman ki, həmin gələnəyi saxlamışdır" (Ağasıoğlu, 2005, s 109).
Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökmdarlarının adları barədə də maraqlı fikirlər söyləmişlər. Bu baxımdan adı aşşur mənbələrində "Tuq-damme", Herodotda isə "Liqdames" kimi çəkilən sak hökmdarı barədə yekdil fikir sərgiləyərək onun adının əslinin türkcə Toxtamış olduğunu yazmışlar (Гейбуллаев, 1991, c. 319; Ağasıoğlu, 2005, s 109). İ.M.Dyakonov da buna bənzər fikir söyləyərək "Duqdamis" formasının üzərində durmuşdur (Дьяконов, 1956, c. 240). Tuqdammenin oğlu Sandakşatrunun adı da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə müqayisə edilmişdir. Məsələn, Qiyasəddin Qeybullayev bu adı haqlı olaraq, "Alpamış" dastanındakı Sandaqaç şəxs adı ilə (Гейбуллаев, 1991, c. 320), Firidun Ağasıoğlu isə Alp Arslanın komandanlarından Sandak bəyin (Ağasıoğlu, 2005, s 109) adı ilə tutuşdurmuşlar.
Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də maraqlı fikirlər söylənmişdir. Həm Oljas Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s-k) kimi izah etmişlər (Süleymenov, 1003, c. 223; Ağasıoğlu, 2005, s.108). Təbii ki, bu fikirlə razılaşmaq mümkün deyildir. Fikrimizcə, mixi yazılardakı "İşpakay" adı sonrakı əsrlərdə Göytürk hökmdarlarının adları içərisində rast gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara cabqu-xan) türk şəxs adının (Гумилев, 2002, c. 519, 520, 522, 523, 524) aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Yəni adın əsli İşbaradır. Hesab edirik ki, Herodotun iskit hökmdarlarından birinə şamil etdiyi Sparaqapit (Ağasıoğlu, 2005, s 80) adı da Işbara adı ilə bağlıdır.
Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birbaşa davamı hesab edirik və fikrimizcə, qədim fars mənbələrində şərab bişirənlər kimi təqdim edilən saklar da məhz oğuzlar olmuşlar. Qədim yunan mənbələri də dikpapaq saklarla şərab bişirən sakları xüsusi qeyd etməkdədir. İstər qədim fars, istərsə də yunan mənbələrindən türklər arasında şərabçılıq sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun məşğul olduğu məlum olmur. (Гейбуллаев, 1991, c. 321-323).
Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillərindən tapılan və hind-Avropa mənşəli olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur. Elm aləmində şərti olaraq "Egey əlifbası" adlanan sözügedən əlifbada "şərab" sözünü bildirən ideoqram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir (Cəfərov, 1987, s. 29-36). Elə bu fakt da söhbətin məhz bayandurlardan getdiyini, eləcə də hind- Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas verir.
Maraqlıdır ki, bir sıra hind-Avropa mənşəli xalqların dilində şərab anlamında işlənən kəlmələr, eləcə də ona yaxın bəzi sözlər "bayandur" etnoniminin kökündə duran "bayan" kəlməsi ilə yaxın səslənməkdədir.
------------------------------------------------------------------------------
B A Y A N
------------------------------------------------------------------------------ Dil Yazılışı Oxunuşu Mənası
------------------------------------------------------------------------------
1. Alman Wein Vayn Şərab
------------------------------------------------------------------------------
Dostları ilə paylaş: |