BəXTİyar tuncay etnoqonik miFLƏR


"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..."



Yüklə 1,66 Mb.
səhifə80/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   76   77   78   79   80   81   82   83   ...   165
"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..." (Алиев, 1987, c. 14).

Strabon isə Matien ölkəsini Midiyanın bir əyaləti adlan­dırmışdır (Strabon, II, 1, 14). F.Ağasıoğlu mövzu ilə bağlı yazır:

...Starbonun dövründə (m.ö. I – m. s. I əsrlər) Armeniya­nın doğusundakı, Atropatenanın batısındakı Matien bölgəsi Mada (Maday, Midiya) ölkəsinin əyaləti adlanır. Sonrakı mi­nilliklərdə matien boyları türklərin (özbək, qaraqalpaq) bir boyu kimi xatırlanır” (Ağasıoğlu, 2005, s. 331).

Bizcə, özbək – matienlər (myutenlər) deyil, Matien dağı öz adını bu türk soyunun əcdadı kimi yad edilən Matienin (Myu­tenin) adından alıb. Belə ki, əski türk inanclarına görə, dağ, çay, göl adları yalnız cоğrafi adlar dеyil, həm də о yеrin sahibi оlan əcdad ruhun adıdır. Altay türkləri inanmışlar ki, Abu Kaan, Südgöl, Ağ qaya və sair yеrlər canlı varlıqlar оlmaqla insanların dualarına cavab vеrir, insan kimi övlad sahibi də оlurlar. Abu Kaan dağının iki qızı vardır. Yеlbiz (alvız, albıs, al anası) adlandırılan bu ilahi varlıqlara Altaylılar dua еdir:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin