BəXTİyar tuncay etnoqonik miFLƏR


İslam tarixlərində yazılmışdır. İsrail oğullarının da tari­xlərində yazılmışdır. Nuh peyğəmbər yer üzünü cənubdan şi­mala doğru üç hissəyə ayırmışdı



Yüklə 1,66 Mb.
səhifə85/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   81   82   83   84   85   86   87   88   ...   165
İslam tarixlərində yazılmışdır. İsrail oğullarının da tari­xlərində yazılmışdır. Nuh peyğəmbər yer üzünü cənubdan şi­mala doğru üç hissəyə ayırmışdı.

Birinci hissəni öz oğullarından Hama vermişdi. Ham Su­danın atasıdır. Ortadakı qismi yenə öz oğlu olan Sama ba­ğışlamışdı. Sam da ərəblərlə farsların atasıdır.

Nuh peyğəmbər dünyanın üçüncü qismini isə oğulla­rından Yafəsə vermişdir. Bu ölkələri oğlu Yafəsə verdiyi üçün bu oğlunu da dünyanın şərq tərəfinə göndərmişdi. Türklər Yafəsə Əbulca xan deyirlər, amma onun Nuh peyğəmbərin oğlu olduğunu da bilmirlər. Bununla bərabər bu türk xanının Yafəslə eyni dövrdə yaşadığını, onunla qohum olduğunu bilirlər. Moğolların hamısı, türk qəbilələri və bütün köçərilər onun nəslindən gəlirlər” (Ögəl, 2006, s. 162).

Moğollar türk şəcərənamələrində tatar türklərinin 30 bo­yundan, “Xannamə”də isə özbək türklərinin 32 uruğundan biri kimi qeyd edilmişlər (Ögəl, 2006, s. 395).

Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göy­türk­lərin mifik “Ergenekon” əfsanəsinin eynidir. “Çingizna­mə”də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam üst-üstə düşən son dərəcə maraqlı bir süjet də yer almaqdadır. N.Y.Biçurinin “Uyğurların mənşəyi” adlandırdığı hun əfsanəsi Çin mənbələrində qeydə alınmışdır. Onun məzmunu belədir:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin