BəXTİyar tuncay etnoqonik miFLƏR


Qadın bu sözləri dedikdən sonra oğlu ilə vidalaşır və evinə dönür. Oğlan da anası dediyi kimi Kerü



Yüklə 1,66 Mb.
səhifə90/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   86   87   88   89   90   91   92   93   ...   165
Qadın bu sözləri dedikdən sonra oğlu ilə vidalaşır və evinə dönür. Oğlan da anası dediyi kimi Kerü (Kür?) çayın mənbəyi istiqamətdə yola çıxır.

Bu çayın sahilində bir yurd varmış və orada dörd qardaş yaşarmış.. Bir gün onların inəklərinin ayaqları qırılır. Onlar bunu edəni tapır və ona da inəyin ayağını sarıdırlar. Fəqət inə­yin ayağının sarğısı od alır və sonra da alov xırmana keçir. Bu, qardaşların bir-biri ilə höcətləşməsinə və savaşmasına səbəb olur. Onlar bütün günahı inəyin qıçını qıran qardaşda görürlər.

Əfsanədə deyilir ki, Buzancar qardaşların arasına girib, on­ların mübahisəsini həll edir. Qardaşlar onun ağlına heyran qalıb, ona onlarla yaşamağa yer verirlər. Bütün elin tədricən rəğbətini qazanan gənc tezliklə xan olur və bütün türk soy və boylarını birləşdirir. Təkcə Qıyat boyunun başçısı uyğur Bekiş xan ona ta­be olmaq istəmir. Belə olan halda Buzancar ordu toplayıb onun üzərinə gedir və döyüşdə Bekiş xanı öldürür. Sonra isə Qıyat elinin bütün camaatını qılıncdan keçirir (Ögəl, 2006, s. 413-414).

“Xannamə”də yazılanlara görə, Buzancardan sonra oğlu Bukay, Bukaydan sonra oğlu Kaydu, ondan sonra oğlu Bəy Son­qur, Bəy Sonqurdan sonra oğlu Tümən, ondan sonra oğlu Kabul, daha sonra sonuncunun oğulları Bartan və Noyan, Noyanın oğlu nəslindən olan Təmür Gürən növbə ilə xanlıq edirlər. Bundan sonrakı hissədə Yesugey Bahadır və Çingiz xanın tarixçələri nəql edilir (Ögəl, 2006, s. 414-415).

Mövzumuz baxımından qaraqalpaq türklərinin etnogene­zi­nin bu xalqa məxsus zəngin folklor abidələri əsasında öyrənil­məsi də böyük maraq kəsb etməkdədir. Belə hesab edilir ki, qaraqalpaqların müstəqil etnos kimi formalaşması Orta Asiyada, Aral gölü ətrafındakı geniş çöllərdə baş vermişdir. Fəqət bu xal­qın şəcərə miflərinin, əfsanə və rəvayətlərinin öyrənilməsi onun ilkin formalaşma mərhələlərinin Orta Asiyadan çox-çox kənar­da, Ön Asiya və Qafqazda, daha dəqiq desək Azərbaycan və Şər­qi Anadolu ərazisində baş verdiyini, etnik köklərinin isə mi­nilliklərin dərinliklərinə qədər uzandığını söyləməyə əsas verir.

Bəri başdan qeyd edək ki, qaraqalpaq türklərinin folklo­ru­nun, o cümlədən şəcərə folklorunun öyrənilməsində uzun müd­dət Xorəzm ekspedisiyasında çalışmış S.P.Tolstov və T.A.Jdan­konun, eləcə də atasının işini davam etdirən L.S.Tolstovanın ölçüyəgəlməz xidmətləri olmuşdur. Onlardan S.P.Tolstov qara­qalpaq türklərinin hazırda məskun olduğu əraziləri vaxtilə belə xarakterizə etmişdi:

Aralətrafı bölgə şimali Avrasiya çölləri ilə Orta Asiyanın dağlıq ön və cənub regionlarını Hindistanın və Cənubi Avra­siyanın orta düzənləri ilə birləşdirən, hind-Avropa elementinin etnogenez və qlotogenezinin baş verdiyi önəmli məkandır (Толстов, 1948, с. 341).

Qaraqalpaq türklərinin çoxəsrlik etnik formalaşma dövrü ərzində bu coğrafiyadan keçən qədim miqrasiya yollarından xey­li qidalanaraq, öz mədəniyyətini, o cümlədən folklorunu nə­zə­rəçarpacaq dərəcədə zənginləşdirə bildiyini, bu üzdən də bu xalqın folklorunun tarixin ayrı-ayrı dövrlərini əks etdirdiyini ya­zan L.S.Tolstovanın fikrincə, kök etibarilə qıpçaq olan, son­rakı dövrlərdə oğuz və peçeneklərə qaynayıb qarışan qaraqal­paq­ların etnik şüurunda yad təsirlər də az rol oynamamışdır (Толстова, 1977, с. 141). T.A.Jdanko bu xalqın etnik köklərin­dən birinin sak-massagetlərlə və e.ə. VII-II əsrlərlə bağlı oldu­ğunu ehtimal etmişdir (Жданко, 1950) və irəlidə görəcəyimiz kimi, o, qətiy­yən səhv etməmişdir. L.S.Tolstova isə bir qədər də irəli gedərək, bu köklərin daha qədim əsrlərə və Ön Asiya, Qafqaz və Azər­baycan ərazilərinə uzandığını təsbit edə bilmiş­dir. Fəqət o, bu xalqı sonradan türkləşməyə məruz qalan irandilli xalq saymış, bu da ondan qaynaqlanmışdır ki, xanım Tolstova onların rəva­yətlərini özbək-sartların mənşəyi barədə Məqdisi (X əsr), Yaqub Həməvi (XIII əsr) və Həmdullah Qəzvininin (XIII-XIV əsrlər) qələmə aldıqları rəvayətlərlə qarışıq salmışdır. (Тол­стова, 1977). Bununla belə, o, “Qaraqalpaqların tarixi folkloru bu xal­qın etnogenezinin və etnomədəni əlaqələrinin öyrənilmə­sinin əsas mənbəyi kimi” adlı çox sanballı məqaləsində qara­qal­paq xalqını təşkil edən 6 əsas türk boyundan biri olan myüten­lə­rin bir vaxtlar Şərqi Anadolu ərazisində (Urmiya gölündən qərb­də) mövcud olmuş Matiena ərazisində yaşadıqlarını təsdiq etmişdir.

Qeyd etdiyimiz kimi, qaraqalpaqlar 6 boydan ibarət olmuş­lar. Onların ən başda gələni myütenlər idi. Bu barədə Bərdahın “Şəcərə”sində belə deyilir:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin