Böyük Ağ yaradan Ürünğ Ayığ Toyon lap əvvəldən böyük dənizin üzərində yüksəklərdə dayanıb-durarkən suyun üstündə üzən bir köpük gördü. Tanrı durdu və köpükdən soruşdu:
- Sən kimsən?
Köpük Tanrıya baxıb dedi:
- Mən bir şeytanam, lap suyun dibindəki yerdə yaşayıram.
Tanrı şeytana üz tutub soruşdu:
- Bilmirəm, sözün doğrudurmu? Suyun altında yer varmı? Elədirsə, o yerdən mənə bir parça torpaq gətir! – dedi.
Şeytan dənizə daldı, xeyli vaxt keçdikdən sonra şeytan göründü. Əlində bir az torpaq var idi. Tanrı qara torpağı ondan aldı, əlində tutub, baxdı, torpağı təqdis etdi və suya atdı. Sonra şeytan düşündü ki, Bu Tanrını necə suda batırım, boğulsun. Lakin elə bu vaxt torpaq böyüyüb, ətrafa yayılmağa başladı. O sərtləşdi, bərkidi. Dənizin böyük bir hissəsi həmin torpaqla doldu. (Ögəl, 2006, səh. 443).
Seroşevskinin yazıya aldığı II variant isə saxa - yakutların xristianlığı, üzdən də olsa, qəbul etmiş hissəsindən toplanmışdr. Bu variant müəyyən qədər İncil motivləri ilə çarpazlaşmış və dövrümüzə ilkin şəklini və dəyərini itirmiş vəziyyətdə yetişmişdir. Onun məzmunu belədir:
Şeytan Həzrət İsanın böyük qardaşı idi. Amma qardaşı nə qədər xeyirxah idisə, bu da bir o qədər bədxah idi. Tanrı hey düşünürdü ki, bir dünya yaradım, amma necə yaradım. Xeyli düşünən Tanrı şeytana belə dedi:
Dostları ilə paylaş: |