BəXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 1,66 Mb.
səhifə129/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   125   126   127   128   129   130   131   132   ...   165
Uşaqların doğuluşundakı müqəddəsliyi görənlər bunlar­dan birinin hökmdar seçilməsi qərarına gəldilər. Çünki onlar Tanrı tərəfindən bu iş üçün göndərilməli olmalydılar... (Ögəl, 2006, səh. 87-88).

Əldə olan təkzibedilməz faktlar dünya okeanı motivi kimi həyat ağacı motivinin də Azərbaycan, başqa sözlə, Qafqaz və Ön Asiya mənşəli olduğunu söyləməyə tam əsas verir. Vəli Bax­şəliyev Gəmiqaya rəsmlərində həyat ağacının yanında duran iki keçi və bir oğlaq təsvirini, habеlə ağac budağının yanında üz­bəüz duran iki keçi təsvirlərini qədim insanların məhsuldarlıq inancları ilə bağlamış, Ön Asiya incəsənətinin ən populyar təs­vi­ri adlandırmışdır (Baxşəliyev, 2002, s. 42). Həyat ağacı təsvirinə II Kültəpə qazıntılarından tapılmış boyalı qablar, Şahtaxtı və Muncuqlutəpədən aşkar оlunan silindir möhürlər üzərində də rast gəlinir (Baxşəliyev, 2002, s. 24).

Sibir və Altayın türk xalqları içərisində mənəvi mədəniy­yəti, inanc sistemi daha yaxşı öyrənilmiş xalqalrdan biri və bəl­kə də birincisi saxa-yakutlardır. Əsasən Rusiya Federasiyasının Yakutiya-Saxa Muxtar Respublikasında, eləcə də Evenk və Taymır milli dairələrində, qismən də Maqadan, Saxalin və Amur vilayətlərində yaşayan və ümumi sayları yarım milyon civarında olan saxaların (yakutların) etnogenezinin əsas elementini sak türklərinin təşkil etdiyi heç bir şübhə oyatmır. Elə saxa etnonimi də bilavasitə sak adından qaynaqlanır.

Maraqlıdır ki, Güney Azərbaycandan tapılan və “Manna in­cəsənəti” kimi təqdim edilən dekorativ sənət nümunələri içəri­sin­də də həyat ağacının yanında duran iki keçi təsvirinə rast gə­lin­mişdir (Barnett, 1962, p. 77-95; Дандамаев, Луконин, 1980, c. 90-91). Bu motiv iskit-sak incəsənəti abidələrində də geniş yayılmışdır. İrəlidə görəcəyimiz kimi, sakların adının keçdiyi ən qədim yazılı mənbələrdə onlar məhz Manna, yəni Azərbaycan sakinləri kimi qeyd edilmişlər.

Beləliklə, saxa-yakutların əfsanəvi soy babası hesab edilən Ər Soqotoxun genezisinin ağacla bağlı olması bu dastanın çox-çox minilliklər öncə formalaşdığını söyləməyə əsas verir. Ər So­qotoxun adına gəlincə, hələ 2500 il öncə Herodot bu adı “Skuth” kimi qeydə almış, onu iskitlərin əcdadı adlandırmış və iskit (skuth) adının da buradan qaynaqlandığını yazmışdır. Məlumat üçün bildirək ki, yunanlar sakları “iskit” (skuth) çağırırdılar ki, bu barədə bir qədər sonra söhbət açılacaqdır.

Herodotun qələmə aldığı “Herakl və iskitlər” adlı mifdə gös­tərilir ki, Herakl öküzlə boya-başa çatdığı diyarda yer şum­layırmış. Toxumları səpib qurtarır, dincini almaq istəyir. Hava soyuq imiş, onu göy çəmənlikdə qəflətən yuxu tutur. Ayılanda görür ki, atı və arabası yoxdur:



Peşimançılıq çəkən Herakl axtarışa başlayır. Xeyli gəzib-dolaşandan sonra qarşısına qəribə bir məxluq çıxır ki, bədəni beldən yuxarı gözəl qız, kəmər yerindən aşağı isə ilan idi. Təəcüblənərək ondan soruşur:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin