BəXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 1,66 Mb.
səhifə131/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   127   128   129   130   131   132   133   134   ...   165
Herakl belə qərara gəlir: üstü qızıl kasalı kəmərini belin­dən açır, sonra yayını dartıb gərilmiş ipi bağladığını və oxu necə atdığını göstərir. Onları Apa tanrıya verib bildirir:

- Oğlanlarım böyüyüb kişiləşəndə qoy kəmərimi bellərinə bağlasınlar və yayımı çəkib sahmanlasınlar. Kəmərim onlar­dan hansının belinə gəlsə və kim yay-oxumu mənim kimi sah­manlaya bilsə, yanında saxla. Yayımın gərilmiş ipini bağla­mağı bacarmayanı və kəmər belinə gəlməyəni qov getsin.

İllər keçir. Heraklın oğlanları böyüyürlər. Apa tanrı ata­larının kəmərini və ox-yayını gətirib övladlarının qarşısına qoyur. Kəmər iki oğlun belinə çox geniş olur. Onlar qızıl ka­saların ağırlığını daşıya bilmir. Böyük və ortancıl qardaşın yayın gərilmiş ipini də çəkib bağlamağa gücləri çatmır. Hər ikisini ölkədən qovurlar. Heraklın kəməri üçüncü oğlun belinə gəlir və o, yayı atası kimi qaydasına salıb oxu sərrast atır. Bu, kiçik oğul Skuth (rusdilli mənbələrdə ad yanlış olaraq Skif kimi yazılır – B. T) idi. Skuth ölkədə Apa tanrının himayəsində qa­lır və ondan iskit tayfası törəyir (Qafarov, 2010, s. 42).

Herodot bu əfsanəni Qara dəniz sahillərində qeydə almışdır. Onun yazdığına görə, bu iskit-sakların mənşəyinə dair yunanlar tərəfindən söylənilən variantdır. Bu variantla saxa-yakut varian­tının arasındakı daha bir ortaq nöqtə mədəni qəhrəmanın atası ilə bağlıdır. Məlum olduğu kimi, yunanların mifik təsəvvürlərinə görə, Hüraklın atası Zevs, yəni yunan panteonunun baş tanrısı idi (Ağasıoğlu, 2000, 92-93). “Ər Soqotox” dastanında isə qəh­rəmanın atası Ər Toyon, başqa sözlə Uluu Toyon // Ürünq Ayığ Toyondur:

Dinlə ey uşaq! Sənin atan Ər Toyon, anan isə Gübey xa­tun idi. Səni doğan və dünyaya gətirən onlardır (Ögəl, 2006, səh. 120).

Uluu Toyon // Ürünq Ayığ Toyon isə, bilindiyi kimi, saxa-yakut panteonunun başçısıdır və saxa-yakut yaradılış dastanında Tanrı ilə eyniləşdirilir:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin