BəXTİyar tuncay etnoqonik miFLƏR


Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları Xsi-hai, yəni Qərb dənizinin



Yüklə 1,66 Mb.
səhifə14/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   10   11   12   13   14   15   16   17   ...   165
Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları Xsi-hai, yəni Qərb dənizinin (Xəzərin) sahillərində ya­şayırdılar. Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə), bö­yüklü-kiçikli hamısı birlikdə Lin (Alan, Alaniya) adlı bir məm­ləkət tərəfindən məhv edilmişlər. (Türklərin hamısını qırdıq­ları halda) yalnız bir uşağa rəhm etmiş, onu öldürməkdən vaz keçmişlər. Bununla belə, onun da qollarını və qıçlarını kə­sə­rək, özünü Böyük bataqlığın içindəki otların arasına atmış­dılar. Bu vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət və yemək gətirmişdir. Uşaq da bunları yeyərək özünə gəlmiş və ölməmişdi. (az bir vaxtdan sonra) uşaqla qurd ər-arvad kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu.

(Türklərin əski düşməni olan Lin dövlətinin hökmdarı uşağın sağ qaldığını eşitdikdə) tez adamlarını göndərərək həm uşağı, həm də qurdu öldürməyi əmr etmişdir. Əsgərlər qurdu öldürməyə gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki qurdun müqəddəs ruhlarla (əyələrlə) əlaqəsi vardı (və daha öncə onlar vasitəsilə düşmənlərin gəldiklərini xəbər tutmuşdu).

Buradan qaçan qurd Qərb dənizinin şərqindəki bir dağa getmişdi. Bu da Kao-ç-anqın (Kuşanın) şimal-şərqində yerlə­şirdi. Bu dağın altında isə çox dərin mağara var idi. (Qurd bu­raya gəlincə) dərhal həmin mağaranın içinə girmişdi. Bu ma­ğaranın arxasında böyük bir ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çaylarla örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin