BəXTİyar tuncay etnoqonik miFLƏR


"Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də ya­xın məsafəli yürüşlər təşkil edirdilər. Beləcə. onlar Baktria­nanı



Yüklə 1,66 Mb.
səhifə155/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   151   152   153   154   155   156   157   158   ...   165
"Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də ya­xın məsafəli yürüşlər təşkil edirdilər. Beləcə. onlar Baktria­nanı (in­diki Əfqanıstanın şimalı) və Ərməniyyənin (Uratu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tu­taraq oranı öz adları ilə Sakasena (qədim Saqarta) adlandır­dı­lar. Onlar Kappadokiyaya...qədər çatdılar." (Алиев, 1987, c. 24).

Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, sak­lara şamil edilən kimmer adı əski ənənəçilikdən qaynaqlan­mış­dır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi. Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.



Bir çox alimlərin fikrincə, Dayukku, haqqında Herodotun məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla ey­ni adamdır (Hinz, 1971, p. 1023). Dayukku ilə Deyokun eyni şəxs ol­duğunu söyləyən İ.Dyakonovun fikrincə, Dayukku Man­na hökm­darı yox, Mannanın sadəcə bir vilayətinin-Midiyanın başçısı idi (Дьяконов, 1956, s. 179). Herodotun sözlərinə görə, Deyok ma­day (Midiya) tayfalarını birləşdirmiş və Midiya döv­lə­tinin əsa­sı­nı qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbay­canın Hə­mə­dan (Ekbatana) şəhəri idi. (Azərbaycan tarixi, 1994, s. 120-121).

E.ə.710-ci ildə II Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas II Sarqona kömək üçün müraciət etdi (Дандамаев, Луконин, 1980, c. 76). Fəqət kimmer-saklar o qədər güclən­mişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi.

E.ə. 705-ci ildə, II Sarqonun ölümündən sonra Babil hökm­darı Marduk-aplaiddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koalisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər (Дандамаев, Луконин, 1980, c. 74). E.ə. 700-cü il­dən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aş­şur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular (Дандамаев, Луконин, 1980, c. 74).Məhz hə­min dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güc­lü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay, Tuqdamme və Sandakşatru kimi hökmdarlarının adı məlumdur.

Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar da, saklar da, yəni həm kimmer-saklar (şakılar), həm də işquzlar tədricən əsas tə­rəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urar­tuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların müttəfiqi kimi çıxış etdiyi məlumdur (Azərbaycan tarixi, 1994, s. 105).

Alimləin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki iş­quz­ları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuz­larla eyniləşdirmişlər (Süleymenov, 1993, s. 224; Azərbaycan tarixi, 1994, s. 118; Гасанов, 2000, c. 122-124). Məhəmməd Ha­təmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuş­duraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Tran­qrasyan", Firdovsinin "Şahnamə"sində "Əfrasiyab" kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı Kiak­sardır (Tantəkin, 2002).

Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də "sak" adlandırılması faktından çıxış edərək Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit-sak döv­ləti saymışlar (Гейбуллаев, 1991, c. 326-329; Əlibəyzadə, 1998, s. 241; Anadol, 1991). Eyni fikrə Yeni Türk Ensiklope­diyasında da rast gəlirik (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363). Ca­mal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Ma­diy ilə eyniləşdirmişdir (Anadol, 1991). Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (Əlibəyzadə, 1998, s. 241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazı­lar­dakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmda­rının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır:

ALP ƏR TONQA

P -- AR -- TATUA

Məlum olduğu kimi, Mahmud Kaşğarlı "Divan"ında yer alan çoxsaylı şeir nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır. Nizami Xudiyev bildirir:



"Eradan əvvəl I minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin,bunun ardınca isə ədəbi dillərin forma­laş­masına təsir edir. Qədim türk şeirinin mükəmməl şi­fa­hi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır.Turan hökmdarı, farslaın Əfra­siyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin