BəXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 1,66 Mb.
səhifə27/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   23   24   25   26   27   28   29   30   ...   165
Nuh gəmini sürüp gedir. Çox keçmir ki, tufan dayanır, su yatır. Nuh peyğəmbər oğlannarına deyir ki, istədiyiniz hey­van­dan götürüp düşün quruya, yaşayın, nəslinizi artırın.

Oğlannarından birinin adı Türk idi. Bu Türk qoyunnan qoçu götürüp torpağa düşdü. Gəmi çıxıp getdi. Demiyəsən tür­kün düşdüyü torpax cəzirəymiş. Hər tərəfi su olduğuna görə bu cəzirədən çıxmaq olmazımış.

Türk dörd yüz əlli il bu cəzirədə yaşayır. Onun heyvannarı oqqədər çoxalır ki, bütün cəzirəni tutur. Ta cəzirədə ot-ələf, kol-kolavat qalmır, heyvannar hamısını yeyip qurtarır. Elə gün gəlip çıxır ki, heyvannar yeməyə heş nə tapmayıp başlıyıllar qırılmağa. Nuh oğlu Türk görör ki, belə getsə, heyvannar da öləcəh, bının özü də öləcəh. Ha fikirləşir bir nicat yolu ta­pam­mır. Qalır məhətdəl, bilmir neynəsin.

Günnərin bir günü Türk görür ki, bir heyvanı parçalayıp yeyiplər. Öz-özünə deyir ki, axı, bu cəzirədə qoyundan başqa heş bir heyvan yoxdur. Bə bını nə yeyip?


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin