BəXTİyar tuncay etnoqonik miFLƏR


Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular



Yüklə 1,66 Mb.
səhifə73/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   69   70   71   72   73   74   75   76   ...   165
Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular törəyir (Ögəl, 2006, s. 383-384).

Maraqlıdır ki, özbək “Xannamə”sində Azərbaycanın qədim sakinlərindən kimmerlərin də adına rast gəlinməkdədir. Bu isə buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli olduğunu göstərməkdədir:



Bükdi xan özbək xanı Təlim xan tərəfindən öldürülən za­man türkmənlər özbəklərə qəti surətdə hücum etmişlər. Öz­bəklərin tərəfində özbək, rak (Midiyanın Raqa vilayəti ?!), tox­maş, kimeri, səkləb, uyğur və tiber (Qafqazda yaşamış qədim türk eli ?!) kimi on el var idi (Ögəl, 2006, s. 399).

“Xannamə”nin başqa yerində Kimeri adlı bir vəzirdən də söz açılır:



Toxtamış xan bəylərini toplayır və ağıllı tədbirlərə ehtiyacı olduğunu bildirir. Bəylərdən Pir Arslan adlı biri Bənən şəhə­rində Kimeri adlı bir vəzirinin yaşadığını bildirir. O vəzir Oz­qan xana da vəzirlik etmişdir, yaxşı məsləhətləri ancaq ondan almaq olar. Toxtamış xan dərhal adam göndərib Kimerini gətirtdirir və ondan məsləhətlər almağa başlayır (Ögəl, 2006, s. 402).

Dastanın sonrakı bölümlərindən aşağıdakı məlumatı da əldə etmək mümkündür:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin