BəXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 1,66 Mb.
səhifə76/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   72   73   74   75   76   77   78   79   ...   165
Bu döyüşdən sonra türkmənlər şərqdən qərbə köç etdilər. Şərqdən qərbə köç edən türkmən boyları sıra ilə bunlardır: bak­lan, aklan, köklən, vardınıq, təkə, yomut, dərdən (Ögəl, 2006, s. 405).

Burada yad edilən boyların böyük əksəriyyəti bu gün də Türk­mənistanda yaşamlarını sürdürməkdədirlər. Türkmənistan­dan fərqli olaraq onların adları Azərbaycan və Anadoluda qeydə alınmamış­dır. Türkmənistanda isə “Oğuznamə”lərdə rast gəlinən oğuz boy­larından dördü istisna edilməklə, digərlərinin adını daşıyan soy, boy və ya yer adına rast gəlinmir. Azərbaycan və Anadoluda isə bunun tam əksini görürük. Bu barədə X. Koroğlu yazır:

Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız Mah­mud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. “Qorqud Kitabı”nda da 24 rəqəmi təkrarlanır... Müasir Orta Asiya türkmənlri də 24 tayfaya bölünürlər. Ancaq onların adları çox dəyişmişdir. Qədim adları yalnz 4 tayfa (Salır, Əmirli, Çaudar, Karqın) saxlamışdır...




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin