BəXTİyar tuncay etnoqonik miFLƏR


Terek tubtin cıqılsa turquzar olum Cuçi dur”



Yüklə 1,66 Mb.
səhifə84/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   80   81   82   83   84   85   86   87   ...   165
Terek tubtin cıqılsa turquzar olum Cuçi dur”

(Ön və Orta Asiya türklərinin tarixinə dair

dörd anonim mənbə, 2003, s. 106).

Odur ki, moğolların (muğalların) bugünkü monqollarla ey­niləşdirilməsi kökündən səhvdir və rus “alim”lərinin siyasi məq­sədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, əsli guya çin heroqlifləri ilə monqol dilində olan, fəqət dövrü­müzə çin dilinə tərcümədə gəlib çatan saxta “Monqolların gizli tarixi”nə əsaslanır. Əgər gerçəkdən də nə zamansa çin heroqlif­ləri ilə yazılmış və guya monqol dilində olmuş mətnlər olubsa, onun gerçəkdən də monqol dilində yazılmış olduğunu kim və ne­cə müəyyənləşdirmişdir? Axı, heroqliflər fonetik yazı deyil, bütöv sözlərin işarələrlə yazılışıdır və heroqliflərlə yazılmış mətn­lərin fonetik səslənişini müəyyən etmək mümkün deyil. Çin dilinə tərcümə mətninə gəlincə, həmin mətnin sadəcə bir neçə vərəqinin dövrümüzədək ulaşdığı söylənilir və o da Çingiz xanın və nəslinin tarixçəsinin çoxsaylı variantlarından başqa bir şey deyildir. İkincisi, moğol türklərinin tarixinə aid olan bütün Çin sənəd­lərində, eləcə də adının əslində nə olduğu məlum olmayan, rus saxtakarlığı sayəsində dünyaya “Monqolların gizli tarixi” kimi tanıdılan və beləcə də qəbul edilən yazıda bu xalqın adı, ey­nən rus və Avropa mənbələrində olduğu kimi, “tatar” (ağ ta­tar­lar və qara tatarlar) kimi qeyd olunub (Хара-Дабан, 1996, s. 95) və bu mən­bələrin heç birində “monqol” etnoniminə rast gəlinmir.

Hülakülər dövründə, yəni XIII-XIV əsrlərdə Azərbaycan im­peratorluğunun rəsmi dövlət dili olmuş uyğur (Türküstan) türkcəsi bir müddət Osmanlı sarayında da rəsmi dil kimi iş­lən­miş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə ya­zışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin, rus, Avropa və fars mənbələrində isə onlar “tatar” adlandırılır və onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur. Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur. Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.



Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərəna­mələrində, o cümlədən “Çingiznamə”də Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qo­lu­nun adı və ya “tatar” adının sinonimi kimi işlədilən “moğol” (mu­ğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır:

Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol. Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz xan... dünyaya gəldi (Бичурин, 1950-1953, 1, 223)

Farsdilli mənbələrin birində deyilir:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin