BəXTİyar tuncay etnoqonik miFLƏR


Atlarım bu çöldə yeyb-bəslənirdi



Yüklə 1,66 Mb.
səhifə96/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   92   93   94   95   96   97   98   99   ...   165
Atlarım bu çöldə yeyb-bəslənirdi.

İnəklərin burada movuldayırdı,

Qoyunlarım bu yerdə yeyb kökəlirdi.

Buranın axar çayları gümüş kimi bərq vurur,

At kimi şütüyüən balıqlarla doludur.

Deyingən qarı tək quruldar burda qurbağalar

(Толстова, 1977, с. 160)

Mahmud Kaşğarlının (XI əsr) bulqar türklərindən gətirdiyi misal da bu qəbildəndir:

İtil suları axır, sahilləri döyərək,

Sahil qayalarını döyəcləyərək.

Qurbağa və balıqlar sürü-sürüdür,

Onlarla qaynaşır göl (Толстова, 1977, с. 160).

Lakin bu yaxınlıq və bənzərliyin səbəbi təkcə bu iki türk xalqının, yəni başqırd və qaraqalpaqların nə zamansa eyni coğ­ra­fi arealda yaşamış olmasından qaynaqlanmaya da bilər. Məsələnin kökündə etnogenetik bağların dura biləcəyi ehtimalı da unudulmamalıdır. Üstəlik də unudulmamalıdır ki, Başqırd soylarından userqanların şəcərənaməsində bu soyun öz başlan­ğıcını eynən qaraqalpaq - myütenlər və özbək – matienlər kimi Myüten bəydən (Myüten biy) götürdüyü vurğulanır. Yeri gəl­miş­kən qeyd edək ki, Userqan-myüten folklor birgəliyi mövzusu elmdə yeni deyil və R.Q.Kuzeyev bu mövzuya dəfələrlə müra­ciət etmişdir (Толстова, 1977, с. 160).

“Ormambet biy” poemasından isə belə məlum olur ki, qa­raqalpaqlar Ormambet bəyin (“Manas”da Almanbet kimi yad edilir – B. T.) ölümündən sonra (XVI əsr) Volqa və Ural arası əra­ziləri tərk edərək şərqə doğru köç etmiş və hazırda yaşa­dıq­ları ərazilərdə məskunlaşmışlar. Elə həmin dövrdə də qaraqal­paqlar iç-içə, birlikdə yaşadıqları noqaylardan ayrılmışlar:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin