"Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan" (Əz-Zumər surəsi, 65-66 – cı ayələr).
Səhih əl-Buxari və Səhih Muslimdə yer alan bir hədisə görə, Peyğəmbərimiz (s) buyurmuşdur:
"İslam odur ki, Allahdan başqa ibadət haqqına malik heç bir tanrının olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən".
Bunlar Allahın vacib buyurduğu əməllərdir. Onları edən böyük savab, etməyən isə böyük günah qazanır. Bunlardan əlavə savab qazanmaq üçün yollar olduqca çoxdur, bunlar Quranda və hədislərdə bildirilmişdir:
Valideynlərə yaxşılıq etmək
Nafilə (əlavə) ibadətlər etmək (namaz, oruc və s.)
Allahı çox zikr etmək
Sədəqə vermək
Elm öyrənmək və öyrətmək
Ailənin, qohum-əqrəbanın haqqını vermək
Yetimləri yedirtmək
Günahlardan çəkinmək
Harama baxmamaq və s.
İblisin əsas məqsədlərindən biri də insanları bidətə sövq etməkdir.
Bidət - dində olmayan şeyi qanun kimi dinə daxil etməkdir və o, İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara, yəni sünnələrə təcavüz kimi baxılır.
Dinimizdə Allahın və Peyğəmbərin (s) sünnələrinə ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs sünnələrə etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Sünnələri, yəni qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin.
Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir:
"Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsi odur ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".
Peyğəmbərimiz buyurub (s):
Dostları ilə paylaş: |