Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"Şeytan bidətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər"



Yüklə 1,7 Mb.
səhifə25/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
"Şeytan bidətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər" (Biharul-Ənvar, c.72, səh.216, hədis 8).
III FƏSİL
İblisin Şər imperiyasının iqtisadi ayağı

Yer üzündə 7 milyarda yaxın insan olduğu söylənilir.

Bunlardan neçəsi banklardan istifadə edir?

Uşaqları nəzərə almasaq, demək olar ki, hamı bankların xidmətindən istifadə edir. Maaş və ya təqaüdünü banklar vasitəsilə alır, pul köçürmələri edir, kredit götürür və s.

Banklar sələm kapitalı əsasında fəaliyyət göstərir. Sələm isə haramdır və böyük günahlardan hesab edilir. Təsadüfi deyil ki, Qurani-Kərimin Əl-Bəqərə surəsinin 275-276 - cı ayələrində belə buyurulur:

Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram(qadağan) etmişdir...

Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”.

Eyni surənin 278-279 – cu ayələrində isə belə deyilir:

Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!

Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!”.

İslam faizi, bütün növləri və miqdarları ilə, qadağan etmiş və haram qılmışdır. Tövrat və İncildə də eyni halla rastlaşırıq. Fəqət yəhudilər sələmçiliklə məşğul ola bilmək üçün bununla bağlı hissəni Tövratdan çıxarmış, bu məqsədlə “Çıxış” kitabının 24-cü fəsli 18 bəndə endirilmişdir. Halbuki Əhdi-Ətiqin əski nüsxələrində sözügedən kitabın 24-cü fəslinin 22-ci bəndində faizlə borc vermək qəti şəkildə qadağan edilmişdir.

Tövratdan sələmi qadağan edən bəndlər çıxarıldıqdan sonra yəhudilər geniş şəkildə sələmçiliklə məşğul olmağa başladılar və bir müddətdən sonra bütün dünyada dövriyyədə olan sələm kapitalının ən azı 80 faizi bir neçə yəhudi ailəsinin əlində cəmlənmiş oldu. Onlar hazırda nəzarətdə saxladıqları banklar vasitəsilə dünyadakı bütün maliyyə axınlarını nəzarətlərində saxlaya və istədikləri istiqamətə yönəldə bilirlər. Əslində isə bütün bu proses İblisin əlində cəmlənmişdir və dünya bank sistemi İblisin böyük Şər imperiyasının iqtisadi əsaslarından birini təşkil edir.

İblis bu prosesi 13 məşhur ailənin vasitəsilə yönləndirir ki, onların da başında Rotşildlər gəlirlər.

Rotşild xanədanı ya da qısaca “Rotşildlər” olaraq bilinən Rotşild ailəsi XVIII əsrin sonlarından başlayaraq Avropanın çeşidli mərkəzlərində banklar quran yəhudi mənşəli Almaniyalı bir ailədir. Ailənin Avstriya qolunun beş budağı 1816-cı ildə Habsburq imparatoru II Fransisdən baronluq rütbəsi əldə etmiş, beləcə, Avstriya zadəganları sırasına daxil olmuşlar. Ailənin ingilis qolu isə kraliça Viktoriyanın izniylə Avstriyada sahib olduqları baron ünvanını İngiltərədə də istifadə etmək imkanı əldə etmişlər. Ailənin öz sərvətininin əsas hissəini XIX əsrdə qazandığı önə sürülməkdədir.

Rotşildlərin Avropada tanınmaya başlaması 1744-cü ildə xarici valyutanın dəyişitirilməsiylə məşğul olan Hesse şahzadəsi ilə ticarət edən Amşel Moses Rotşildin oğlu Mayer Amşel Rotşildin adı ilə bağlıdır. Frankfurtun Yudengasse deyilən yəhudi gettosunda doğulan Mayer bir maliyyə qurumu qurmuş və iş görmələri üçün 5 oğlunu fərqli Avropa şəhərlərinə yollayaraq nüfuzunu genişləndirmişdi. Ailənin yaratdığı qurum yerlilərin hücumlarına qarşı çox dayanıqlı idi.

1819-cu ildə Almanyanın bir çox yerində antisemitizm halları çoxalmağa başladı. Yəhudilərə qarşı həyata keçirilən üsyanlardan birində Rotşildlərin Frankfurtdakı bankına da hücum oldu, amma Rotşildlərin fərqli mərkəzlərə yayılmış sərvətinə zərər dəymədi. Mayer Rotşild, banklarının gələcək uğuru üçün fərqli strategiyalar işləyib hazırlamış, bu, ailənin maliyyə axınlarını daim nəzarətdə saxlaya bilməsini təmin etmiş, sərvətinin həcmini gizli tuta bilmişdi. 1906-cı ildə çap olunan Yəhudi Ensiklopediyası bu barədə belə yazırdı: "Rotşildlərin başlatdığı fərqli maliyyə mərkəzlərinə eyni ailənin şöbə açmasına əsaslanan bu texnika qısa zaman içərisində Bisçoffşeim, Pereire, Seliqman, Lazard Limi kimi digər yəhudi ailə və maliyyəçilər tərəfindən də tətbiq edildi. Bu metod onları təkcə yəhudilər arasında deyil, bütün bankçılıq sektorunda məşhurlaşdırdı. Bunun sayəsində yəhudi maliyyəçilər XIX əsrin orta ve son çəyərəyində beynəlxalq maliyyə aləmində getdikcə böyük pay sahibi olmağa başladılar. Bütün bu qrupun arxasınca getdiyi ailə isə Rotşildlər idi..."

Ensiklopediyada daha sonra belə deyilir: "Daha yaxın zamanlarda, yəhudi olmayan maliyyəçilər də eyni kosmopolit metodu mənimsədi və yəhudilərin nəzarəti əvvəlki dövrə görə daha da azaldı".

Rotşildlərin emblemi sıxılmış yumruq və Mayer Rotşildin beş oğlunu simvolizə edən beş oxdan ibarətdir. Bu, eyni zamanda Həzrət Davudun (ə) “Zəbur”unun 127-ci məzmurunda yer alan aşağıdakı sözlərdən qaynaqlanır:

“Yığdın əlində bir yolla oxlar,

Elədir gənçlikdə doğulan uşaqlar.

Nə xoş ox qabı onlarla dolu insana!”.

Ailənin şüarı isə emblemin altında latın dilində yazılmış bu sözlərdir: “Concordia, İntegritas, İndustria” (Ahəmg, Dürüstlük, Təşəbbüskarlıq). 

Ailənin soy adı almancadan "Qırmızı Qalxan" kimi tərcümə edilir. Bu soy adı Almanyada çox yaygın olsa da, onun daşıyıcılarının əksəriyyətinin bu ailəyə heç bir aidiyyatı yoxdur.

Məlum olduğu kimi, kral və zadəgan ailələrində hakimiyyət və sərvəti daim ailənin əlində saxlamaq üçün əmi uşaqları və əmi nəvələri arasında evliliklər geniş yayılıb. Mayer Rotşild də sərvətinin ailəsində qalması üçün bu metoddan istifadə edərək sərvətini qorumağı bacarmışdır. Fəqət XIX əsrin sonlarına doğru Rotşildlər aristokratik ailələr və diğər maliyyəçi xənadanlarla evlilik bağları qurmağa başladılar. Mayer Amşel Rotşildin oğulları və yerləşdikləri şəhərlər aşağıdakılar idi:



  1. Amşel Mayer Rotşild (1773–1855): Frankfurt, övladsız öldü, mirası Salomon və Kalmannın uşaqlarına qaldı.

  2. Salomom Mayer Rotşild (1774–1855): Vyana.

  3. Mathan Mayer Rotşild (1777–1836): London.

  4. Kalmann Mayer Rotşild (1788–1855): Neapol.

  5. Yakob Mayer Rotşild (1792–1868): Paris.

Rotşildlər Napaleonun apardığı savaşlar  (1803-1815) başlamadan öncə də önəmli bir miqdarda sərvətə sahib idi və bu sıralarda da qiymətli külçə metal ticarətində üstünlük əldə etdilər. Natan Mayer Rotşild 1813-1815-ci illər arasında ingilislərin müharibə xərclərini, demək olar ki, tək başına öz üzərinə götürərək, müharibədə önəmli rol oynadı. Bir yandan Vellinqton knyazının Avropanın çeşidli yerlərindəki ordularına qiymətli metal külçəlerinin çatdırılmasını təmin edib, o biri yandan da İngiltərənin materikdəki müttəfiqlərinə maliyyə yardımları ayırırdı. Təkcə 1815-ci ildə Rotşildlər müttəfiqlərə 9.8 milyon funt (bugünkü dəyəri ilə 634 milyon funt) dəstək krediti verdilər.

Qardaşlar materikdəki Rotşild aktivitlərini koordinə etdilər və ailə savaş yorgununa çevrilmiş Avropada qızıl nəqliyyatı üçün təmsilcilər, əlaqələndirici ve kuryelərdən oluşan bir əməliyyat şəbəkəsi qurdular. Bu şəbəkə daha sonralar Nathan Rotşildəin siyasi və mali məlumatları oprrativ şəkildə əldə etmək üçün də yaramaqda idi. Beləcə, Nathan rəqibləri üzərində üstünlük əldə etmiş, bu səbəbdən də aiəlnin əlində olan banklar şəbəkəsi İngilis dövləti üçün vazkeçilməz hala gəlmişdi. Maraqlıdır ki, sözügedən şəbəkə Nathanın və Vellinqtonun  Vaterlooda qazanılmış qələbə barədə dövlətin rəsmi səfirindən tam bir gün öncə xəbər tutmasını təmin etmişdi.

Rotşildlərin ən gəir gətirən əməliyyatlarından birinin təməli İngiltərənin qələbəsinin xalqa çatdırılmasından sonra atıldı. Nathan Rotşild sülhün elan edilməsindən sonra dövlət borçlanmasının azalacağını nəzərə alaraq, yönünü savaş sonrasında ölkədaxili iqtisadiyyatın yenidən qurulmasını sona çatdıracaq iki illik planlaşdırmaya yönəltdi. O bunun ardından sənaye mallarının istehsalında bir yüksəliş olacağını və bunun maliyyə və sənaye birjalarının canlanmasına səbəb olacağını hesablaya bilmişdi.

Maliyyə tarixin ən cürətli əməliyyatlarından biri kimi qəbul edilən bir adımla Nathan dərhal dövlət birjasını o zaman üçün olduqça yüksək görünən bir qiymətə satın alıb, iki il gözlədikdən sonra, 1817-ci ildə birjalardakı qısa bir yüksəlişin 40%-lik gəlir gətirdiyi bir dövrdə satdı. Həmin dövrdə Rotşild ailəsinin əlində olan "inkişaf" məqsədli sərnayəni (leverage) də nəzərə alsaq, bu qazancın nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil.

Beləcə, Rotşildlər dünyanın ən zəngin ailəsinə çevrildilər. İngiltərədə çıxan “Daily Telegraph”ın yazdığına görə, “hazırda (yəni o dövrdə) bu beynəlxalq bankirlər ailəsinin ismi sərvət, güç və sirliliyin sinoniminə çevrilib... Rotşildlər ailəsinin adı pul və güçlə, başqa heç bir ailənin yaxına belə düşə bilməyəcəyi qədər bütünləşmişdir".

İblisin Şər imperiyasının iqtisadi əsaslarından danışarkən, Rotşildlərlə birlikdə Rokfellerlərin də adını xüsusi çəkmək lazımdır. Birincilərdən fərqli olaraq, ikincilər İngiltərədə deyil, ABŞ-da əsas söz sahibidirlər. Birincilər kimi yəhudi yox, xristian-protestantdırlar.

Dünyanın ən zəngin ailələrindən biri olan Rokfellerlər sənayeçi və bankir ailəsi kimi ad çıxarmışlar. Onların bu səviyyəyə gəlib çıxması XIX-XX əsrlərdə Con Rokfeller və Uilyam Rokfeller qardaşlarının “Standart Oil” şirkəti vasitəsilə məşğul olduqları neft ticarəti ilə bağlı olub. Ailənin sahib olduğu digər nüfuzlu şirkət isə “Canse Manhattan Bank” adlı bank idi.

Nəslin əsasının tanınmış iş adamı Uilyam Rokfeller (Böyük) tərəfindən qurulduğu bilinməkdədir. O, Qreyncerdə (Nyu-York) bir protestant ailəsində dünyaya gəlmişdi və birinci arvadı Eliza Devisondan altı övladı olmuşdu. Bunlardan ən tanınanları “Standart Oil” şirkətinin əsasını qoyan və neft maqnatları kimi tanınan Con Rokfeller və Uilyam Rokfeller (Kiçik) idilər. Onlardan birincisi dindar baptist olduğu üçün dini qurumlarla sıx əlaqə saxlayır, onlara maliyyə dəstəyi verirdi.

Rokfellerlər ailəsinin sərvətinin həcmi, o cümlədən aktivlərinin dəyəri, qoyduqları investisyaların və şəxsi kapitallarının miqdarı haqqında nəinki dəqiq, heç təxmini məlumat da yoxdur. Ailənin bütövlükdə və hər bir üzvünün ayrılıqda hansı sərvətlərə sahib olduqları barədə heç vaxt heç bir açıqlama verilməyib. Sərvətlərinin təyinatı ilə yalnız kişilər məşğul olar, qadınlar isə məsləhət verməklə yetinər, yalnız ailə büdcəsinin təyinaində əsas söz sahibi kimi çıxış edərdilər. Bu ənənə bu gün də davam etməkdədir.

Ailənin kapitalı 1934 və 1952-ci illərdə qurulan və “Case Manhaddan Bank”ın xələfi kimi çıxış edən “Chase Bank”ın təsisçiləri olan fondlarda cəmlənmişdir. “Standart Oil” şirkətinin gəlirləri həmin fondlara yönəldilir. Fondlara Ailə Komitəsi nəzarət edir. İnvestisiyalar “Rockfeller Financial Services” tərəfindən yönləndirilir. Bu quruma 2017-ci ildən etibarən Devid Rokfeller (Kiçik) başçılıq edir.



Ailənin tanınmış üzvləri:

  1. Uilyam Rokfeller (Böyük) (1810-1906).

  2. Con Rokfeller (1839-1937) - Uilyam Rokfellerin (Böyük) böyük oğlu.

  3. Uilyam Rokfeller (Kiçik) (1841-1922) - Uilyam Rokfellerin (Böyük) ikinci oğlu.

  4. Franklin Rokfeller (1845-1917) - Uilyam Rokfellerin (Böyük) üçüncü oğlu.

Con Rokfellerin (Böyük) övladları:

  1. Elizabet Rokfeller (1866-1906) - Con Rokfellerin (Böyük) birinci qızı.

  2. Alta Rokfeller (1871-1962) - Con Rokfellerin (Böyük) ikinci qızı.

  3. Edit Pokfeller (1872-1932) - Con Rokfellerin (Böyük) üçüncü qızı.

  4. Marqaret Rokfeller Stronq (1897-1985) – Elizabet Rokfellerin qızı, Con Rokfellerin (Böyük) nəvəsi.

  5. Con Rokfeller (Kiçik) (1874-1948) - Con Rokfellerin (Böyük) oğlu.

Con Rokfellerin (Kiçik) övladları:

  1. Ebiqeyl Oldric Rokfeller (1903-1976) - Con Rokfellerin (Kiçik) qızı.

  2. III Con Devison Rokfeller (1906-1978) - Con Rokfellerin (Kiçik) böyük oğlu.

  3. Nelson Oldric Rokfeller (1908-1979) - Con Rokfellerin (Kiçik) ikinci oğlu.

  4. Lorans Spelman Rokfeller (1910-2004) - Con Rokfellerin (Kiçik) üçüncü oğlu.

  5. Uintrop Oldric Rokfeller (1912-1973) - Con Rokfellerin (Kiçik) dördüncü oğlu.

  6. Devid Rokfeller (1915-2017) - Con Rokfellerin (Kiçik) beşinci oğlu.

III Con Devison Rokfellerin övladları:

  1. IV Con Devison Rokfeller (1937) - III Con Devison Rokfellerin birinci oğlu.

  2. Houp Oldric Rokfeller (1948) - III Con Devison Rokfellerin ikinci oğlu

Lorans Spelman Rokfellerin övladları:

  1. Laura Spelman Rokfeller Hesin (1938) - Lorans Spelman Rokfellerin əkiz qızlarından birincisi.

  2. Mariaon Fraenç Rokfeller (1938) - Lorans Spelman Rokfellerin əkiz qızlarından ikincisi.

  3. Lüsi Rokfeller (1941) - Lorans Spelman Rokfellerin üçüncü qızı.

IV Con Devison Rokfellerin övladları:

  1. Castin Oldric Rokfeller (1979) - IV Con Devison Rokfellerin oğlu.

Nelson Oldric Rokfellerin övladları:

  1. Rodman Klark Rokfeller (1932-2000) - Nelson Oldric Rokfellerin böyük oğlu.

  2. Stiven Klark Rokfeller (1936) - Nelson Oldric Rokfellerin ikinci oğlu.

  3. Maykl Klark Rokfeller (1938) - Nelson Oldric Rokfellerin üçüncü oğlu.

  4. Fitler Mark Rokfeller (1967) - Nelson Oldric Rokfellerin dördüncü oğlu.

Rodman Oldric Rokfellerin övladları:

  1. Milli Rokfeller (1955) - Rodman Oldric Rokfellerin qızı.

Uintrop Oldricin övladları:

  1. Uintrop Pol Rokfeller (1948-2006) - Uintrop Oldric Rokfellerin oğlu.

Devid Rokfellerin övladları:

  1. Devid Rokfeller (Kiçik) (1941) - Devid Rokfellerin böyük oğlu.

  2. Ebigeyl Rokfeller (1943) - Devid Rokfellerin böyük qızı.

  3. Neva Rokfeller (1944) - Devid Rokfellerin ikinci qızı.

  4. Dulani Marqeret Rokfeller (1947) - Devid Rokfellerin üçüncü qızı.

  5. Hilder Riçard Rokfeller (1949-2014) - Devid Rokfellerin kiçik oğlu.

  6. Eylin Riçard Rokfeller (1952) - Devid Rokfellerin kiçik qızı.

İblisin qurduğu böyük Şər imperiyasının iqtisadi əsaslarından söz açarkən, Rotşild və Rokfeller ailələri ilə birlikdə Morqan ailəsinin adını çəkməyi də unutmamaq lazımdır. Bu Amerikalı bankirlər ailəsinin əsasını Cunius Spenser Morqan (1813-1890) qoymuşdur. O, atası Cozef Morqandan miras qalan az olmayan sərmayə ilə 1829-cu ildə Harfort və Bostonda (ABŞ) iş həyataına qədəm qoymuş və qısa müddətdə əlindəki sərmayəni çoxaltmağı bacarmışdı. Bu ona tez bir zamanda ölkənin əksər tükanlarına mal paylaşdıran ən böyük şirkətlərindən biri kimi tanınan “J. M. Beebe & Co.” şirkətinin ortaqlarından biri olmağa imkan verdi və o, 1864-cü ildə Londona köçdü. Burada ”George Peabody & Co.” bankının ortağı oldu. Con Pibodinin təqaüdə çıxmasından sonra şirkəti idarə etməyə başladı. Cunius Spenser Morqan bu qurumun adını “J.S. Morgan & Co.” kimi dəyişdirdi və 1877-ci ildə ABŞ-a geri döndü. Üç il sonra Monte-Karloda vəfat etdi. Öləndə varislərinə bu günkü kursla 279 milyon dollara bərabər olan 10 milyon pul qoyub getdi.

Cunius Spenser Morqanın beş övladı olmuş, ondan miras qalan ailə sərmayəsini və “J.S. Morgan & Co.” bankını böyük oğlu Con Pirpont Morqan (1837-1013) yönəltməyə başlamışdır.



Təhsilini Göttinq Universitetində alan Con Pirpont Morqanın 1857- 1861 – ci illər arasında Nyu-Yorkdakı “Dancan Shermann & Co.” bankında çalışmış və 1861-ci ildə Amelin Starces (1835-1862) ilə ailə həyatı qurmuşdur. Arvadının ölməsindən sonra Frensis Luiz Treysi (1842-1924) ilə evlənmişdir. Sonuncudan dörd övladı olmuşdur:

Luiza Pirpont Morqan (1866-1946) – böyük qızı.

Cek Pirpont Morqan (1867-1943) - oğlu.

Culetta Morqan (1870-1952) – ortancıl qızı.

Enn Morqan (1873-1952) – kiçik qızı.

Amerikada baş verən 1861-1865 – ci illər vətəndaş müharibəsində silah alveri ilə məşğul olan və sərvətini bir neçə dəfə artırmağı bacaran Con Pirpont Morqan müharibədən sonra ABŞ Konqresinin xüsusi komissiyası tərəfindən sorğu-suala çəkilmiş, fəqət hökumətdəki sıx əlaqələri sayəsində məsuliyyətə cəlb olunmaqdan qurtula bilmişd. Onun əsgərliyə getməmək müqabilində rəsmi qaydada 300 dollar ödədiyi, bundan sonra müxtəlif firmalarda çalışdığı, 1871-ci ildə Entoni Dreksel ilə birlikdə “Drecsel, Morgan & Co.” adlı şirkət qurduğu bilinməkdədir.

Ortağının ölümündən sonra (1893) şirkətin təkbaşına sahibinə çevrilən Con Pirpont Morqan sonralar sahibi olduğu Filadelfiya, Paris və Londondakı digər bankları da bura daxil edərək, onu “J. P. Morgan & Co.” (Nyu-York) adlı “Bankirlər Evi”nə çevirdi və dünyanın ən məşhur kreditorlarından biri kimi tanınmağa başladı.

“J. P. Morgan & Co.” Bankirlər evi dəmir yollarının tikintisənə, poladtökmə müəssisələrinin qurulmasına önəmli ölçüdə maliyyə köçürdü və dünyanın ən böyük bu tip müəssisələrindən biri olan “US Stell”, elektrotexnika avadanlıqların istehsalı üzrə ixtisaslaşan “Generel Electric” şirkətinin qurulmasında iştirak etdi, Atlantikdəki sərnişin daşımalarını maliyyələşdirdi.

Con Pirpont Morqan 1892-ci ildə “Edison Generel Electric” və “Thomson-Houston Electric Company” şirkətlərinin vahid “Generel Electric” şirkətində birləşməsində yaxından iştirak etdi, eləcə də “Unitet States Stell Cirparation”, İnternational Harvestr” və “AT& T” kimi nəhəng şirkətlərin ortaya çıxması üçün az əmək sərf etmədi. Özünün iş həyatının ən qızğın çağında ABŞ hökumətində maliyyə məsələləri ilə məşğul olan şəxsləri, eləcə də bir çox konqresmeni ələ almağı bacardı. Bunun sayəsində 1907-ci ilin maliyyə panikasına son qymağı bacardı və “Tərəqqi erasının” əsas maliyyə baronuna çevrildi.

Con Pirpont Morqanın işini oğlu Cek Pirpont Morqan davam etdirmişdir. Hazırda Morqanlar ailəsi Rotşild və Rokfeller ailələri ilə birlikdə dünyadakı sələm və sənaye kapitalının önəmli hissəsinə sahibdirlər.

Dünyanı sələm kapitalının əsirinə çevirərək, İblisin əmr etdiyi kimi idarə edən 13 ailədən biri də Astorlar ailəsidir. Bu ailə CFR-in (Council on Foreign Relations) İngiltərə qolu olan RİİA-nın (Royal İnstıtute of İnternatıonal Affaırs // Beynəlxalq Əlaqələr Kraliyət Təşkilatı) qurucusudur. Təşkilatın təsis qeydlərində “Xeyriyyə Təşkilatı” kimi təqdim edilsə də, bu qurum əslində varlı təbəqənin istəklərinin hökumətin siyasətilə əlaqəsini təmin etməklə məşğuldur. Bu təşkilatın sonradan Cecil Rhodes tərəfindən qurulmuş “Rounda Table” ilə birlikdə “Associatıon Of Helpers” (Yardımsevərlər Birliyi) təsis etdiyi və Bill Klinton kimi bir çox ABŞ prezidentlərinin hakimiyyətə gəlməsində yaxından iştirak etdiyi bilinməkdədir. Əldə olan məlumatlara görə, “Associatıon Of Helpers” Oxford Üniversitesinin tələbələrinə xüsusi təqaüdlər verməklə, onları tək dünya hökumətinin (Dəccalın hakimiyyətinin) qurulması istiqamətində yetişdirir.

Astor ailəsinin Narkotik ticaretiylə də məşğul olduğu və ABŞ-ın CİA, İngiltərənin MI5 və MI6, eləcə də İsrailin Mossad kimi xüsusi xidmət orqanlarından  böyük dəstək aldığı söylənilir.

Dünyadakı sələm kapitalının əsas sahibi olan 13 ailədən biri də Bandi (Bundy) ailəsidir. XVI əsrdə ABŞ-a köç edən bir puritan ailəsi olan Bandilərin bir çox üzvünün “Skulls and Bones Society” (Kəllə və Sümük Təriqəti) gizli təşkilatının üzvü olduğu və Amerika hökumətində önəmli vəzifələr tutduğu məlumdur. Bunlar Harvi Hollister Bandi (Harvey Hollister Bundy), Uilyam Patnam Bandi (William Putnam Bundy) və MakQriqori Bandidir (McGeorge Bundy).

Adı çəkilənlərdən birincisi, yəni Harvi Hollister Bandi ayrı-ayrı vaxtlarda ABŞ-ın xəzinə müştəşarı, Maliyyə naziri, hərbi katibi vəzifələrini tutmuş və sonuncu vəzifəsində ikən atom bombasının hazırlanmasında, başqa sözlə, Manhetten Layihəsində birbaşa iştirak etmişdir.

Uilyam Patnam Bandi müxtəlif dövrlərdə CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin) Milli Hədəflər Katiblik Komissiyasının rəhbərlərindən biri, Beynəlxalq Təhlükəsizlik və Müdafiə nazirinin yardımçısı, Vyetnam savaşı dönəmində Şərqi Asiya və Sakit Okean katibi, CFR-in Xarici işlər editoru, Amerika Konqresinin üzvü kimi vəzifələr daşımışdır.

MakQriqori Bandi Xarici İşlər analisti, CFR analisti, Savaş katibinin yardımcısı, Milli Təhlükəsizlik özəl yardımçısı, Milli Təhlükəsizlik üzrə məsləhətçi, Ford Fondunun başqanı kimi önəmli vəzifələrdə çalışmışdır.

Bütün önəmli Məsləhət şirkətləri Bandi ailəsinin nəzarətindədir və bu sayədə ABŞ və Qərb dövlətlərinin bütün dövlət orqanları ilə əlaqədədirlər.

Sözügedən 13 ailədən biri də Kollins (Collins) ailəsidir. Bu ailə New Englanddan gələn çox köklü bir ailədir. Onun fərdlərinin əksəriyyəti satanist bir klub olan “Hell Fire Club”un (Cəhənnəm Atəşi Klubu) üzvüdürlər. Bu kluba üzvlük Biritanya hökumətinin yüksək çevrələrinin nəzarətindədir. Klub dünyadakı bütün satanist axınları dünyaya yayaraq və bu yolla şüurları zəbt edərək, İblisə kölə etmək üçün istifadə edilməkdədir. “Hell Fire Club”un üzvləri arasında ABŞ prezidentləri, İngilis nazirlər, lordlar və kral övladları da vardır. Klubun üzvləri gizli cinsi rituallar həyata keçirməkdədirlər.

Kollins ailəsinin keçmişində bəzi ailə mənsubları, məsələn, Janna Kollins (Jane Collıns) 1650-ci illərdə cadugərlik və sehirbazlıqda suçlanmışdılar. Ailənin  Amerikadakı qolu oradakı vətəndaş müharibəsindən bir qədər öncə Todd soyadını qəbul etmişdir. Ailəyə mənsub qadınların ərləri içərisində əski Amerika prezidentlərindən Madison və Linkoln da olub.

13-lərdən biri də DuPont ailəsidir. Dünyanın ən məşhur kimyəvi mallar istehsal edən “DuPont” şikəti bu ailəyə məxsusdur. Bu gün ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Avropada elə bir ev tapmaq çətindir ki, orada sözügedən şirkətin məhsulları istifadə edilməmiş olsun.

Barıt və partlayıcı maddələr istehsalı sektorunun, demək olar ki, monopolisti olan bu ailə Amerikadakı ilk barıt fabrikinin qurucuları kimi tanınır.

Ailənin əsasını qoyan Pyer Samuel DuPont (Pierre Samuel DuPont) illüminatilərin təmsilçisi olub. Onun 1799-cu idə Amerikaya köç etdiyi və ABŞ prezidenti Ceffersonun yaxın dostu olduğu bilinməkdədir. Bu dostluq sayəsində ABŞ hökuməti ordunun barıt ehtiyacını qarşılamağı ona tapşırmışdı. Bu da Pyer Samuel DuPontun həddən artıq varlanmasına səbəb olmuşdu.

DuPont ailəsinin sərvətinin önəmli hissəsi də eynən Friman, Astor, Rokefeller, Rotşild və Rassell ailələrinin sərvətinin müəyyən hissəsi kimi narkotik ticarətindən əldə edilmişdir. Bu ailənin II Dünya Savaşında Adolf Hitlərə hərbi sursat və silah yardımı etdiyi məlumdur.

13-lərdən biri də Friman (Freeman) ailəsidir. Bu ailə də Bandi ailesi kimi ABŞ hökumətinin məsləhətçiləri arasında yer almaqdadır. Bunlardan Qaylord Friman (Gaylord Freeman) və Rocer A. Frimanın (Roger A. Freeman) adlarını çəkmək mümkündür. Bu şəxslərin bir çox prezident və konqres üzvü üçün tövsiyyə və məsləhətlər hazırladığı bilinməkdədir. Qaylord Friman və Sion təriqətinin liderlərindən olan Stefen M. Friman (Stephen M. Freeman) Amerika konqresində Anti Defamation League (Yəhudi Ağlı Birliyi) adlı nüfuzlu yəhudi lobbisinin İnsan Haqları bölümünə rəhbərlik etməkdədirlər. Ceyms D. Friman (James D. Freeman) yəhudi və xristianlar arasında birliyi hədəfləyən “Birlik Məktəbi” adlı məktəbin rəhbəridir.

13-lərə daxil olan ailələrdən başqa birisi də Habsburq ailəsidir. Ailənin Avropanın gizli kralı kimi tanınan və Müqəddəs Romanın imperatorlarından olan Çarlesin (Charles) soyundan olduğu iddia edilir. Bu iddianın müəllifi Avstriya imperatriçasının oğlu, 98 yaşlı Otto fon Habsburqdur (Otto fon Habsburg). O ailənin en yaşlı üzvüdür.

Habsburq ailəsi xiristianlığın rəsmi doktrini ilə ziddiyyət təşkil edən inancın müdafiəçisidir. Bu inanca görə, Həzrət İsa (ə) guya arvadı və övladıyla birlikdə çarmıxa çəkilməkdən qurtularaq, Fransaya qaçmış və məşhur Merovengian Xanedanlığıyla qohum olaraq soyunu günümüzədək davam etdirməyi bacarmışdır. Bu səbəbdən də 98 yaşında olan Otto fon Habsburq guya Qüds kralı olmağa əsas namizəddir. Maraqlıdır ki, bu inancdan çıxış edən Otto fon Habsburq qurulması planlaşdırılan “Böyük İsrail Dövləti”ndə Qüds kralı olmağa namizədliyini rəsmən irəli sürmüşdür.

Habsburq ailəsinin digər bir “önəmli” özəlliyi isə Allahın onları guya Həzrət İsanın (ə) soyunu korumaqla vəzifələndirmiş olmasıdır. Bu səbəbdən də ailə “Sion Manastırı” adlı təşkilatla çox yaxın əlaqə saxlamaqda və onu maliyyələşdirməkdədir.

İblisin Şər imperiyasının iqtisadi əsasını təşkil edən dünya sələm kapitalının əsas sahibləri kimi tanınan 13 ailədən biri də Lordlar ailəsidir. Bu ailənin XVI əsrdə Amerikaya köçdüyü və ABŞ dövlətinin qurulması və möhkəmlənməsində önəmli rol oynadığı söylənilir. Onun Natan Lord (Nathan Lord) və Tomas Lord (Thomas Lord) qolları ABŞ-ın idarəçiliyində təsirli rola sahib olan və Corc Buşu (Oğul) hakimiyyətə gətirən “Skulls and Bonnes Society” (Kəllə və sümüklər Təriqəti) ilə birbaşa bağlıdır. Lordlar ailəsinin Franklin Atkıns Lord, Uilyam Qaley Lord (William Galey Lord), Osvald Bates Lord (Oswald Bates Lord), II Çarls Edvins Lord (Charles Edwıns Lord) və Uinston Lord (Wınston Lord) kimi üzvləri sözügedən təriqətin nüfuzlu simaları içərisində yer almaqdadırlar. Bunlardan Uinston Lord 1977-1985 - ci illər arasında CFR-in (Cost and Freight) İdarə Heyətinin sədri olmuşdur. Çarls Edvar Lord xarici investisiyaların idarə edilməsində əsas söz sahiblərindən bir idi.

13-lərə daxil olan ailələrdən biri də Oppenhaymerlər ailəsidir (Oppenheımer). Ailənin ən tanınmış isimlərin olan Nikolas Oppenhaymer Şeytani İllüminati sisteminin Güney Afrika üzvüdür. “Almaz kralı” kimi tatanan atası Harri Opperhaymerdən qalan böyük mirasa sahib olmuşdur. Hazırda ailə dünyadaki almaz yataqlarının 95%-inə və qızıl, platin kimi diğər qiymətli daş və mədən yataqlarının əksər hissələrinə sahibdir. Rotşild ailəsinin dəstəyi ilə “Cecıl Rhodes”in sahibi olduğu, Güney Afrikadakı ən böyük mədən şirkəti olan “DeBeers Consolidated Mines” şirkətinə nəzarət etdiyi bilinir. Dünyanın ən büyük yəhudi məbədi sayılan, Yohannesburqda yerləşən sinaqoqun baş maliyyəçisidir. “MOSSAD”la yaxın əlaqəsi var.

13-lərdən biri də Rassellərdir (Russell). Bu ailənin keçmişi markotik maddələr və qul ticarəti ilə bağlı olub. “Skulls & Bones Socıety” və “Yəhova Şahidləri”nin qurucularındandır. Sözügedən təriqətlərin qurucularından olmamışdan öncə ailənin qurucusu hesab edilən General Rassell illüminatilərlə əlaqə qurmuş və bu təşkilatın fikirlərindən təsirlənmişdir.

Rassell ailəsinin Pittsburqda özəl bir məzarlığı var. Onlar keçirdikləri əksər ayin və gizli rituallarını burada həyata keçirirlər. Rassellərin qurduğu fond “Skulls and Bones Socıety”nın əsas maliyyələşdiricilərindəndirlər.

13-lərə daxil olan sonuncu, 13-cü ailə Varburqlardır (Warburg ailəsi). Rotşild ailəsinin ortağı olan və keçmişi onlarla eyni olan bu ailə İspaniyaya qaçan və Varburq şəhərində məskunlaşan Simon fon Kesselin (Simon von Kesse) nəvəsi Markus Qumbrix Varburq (Marcus Gumprıch Warburg) tərəfindən qurulmuşdur. O babasının və atasının yaşadığı şəhəri tərk edərək, Hamburqa gəlmiş, burada bankirliklə məşğul olmuş, “M. M Warburg” bankını qurmuşdu. Markusun oğulları Rotşild ailəsiylə əlaqələrini daha da genişləndirərək, bütün Avropanın maliyyə birjasını monopoliyalarına almağı bacarmış, bu da onlara Almanyanın kanslerləri və kral övladları ilə sıx əlaqələr qurmasına imkan yaratmışdı. Onlardan Maks Varburq (Max Warburg) kral sarayının əsas mali məsləhətçisi olub.    

Hazırda Varburqların təmsilçisiləri dünyanın idarə edilməsində ‘sas söz sahiblərindən biriolmaqda davam edirlər.

İblisin Şər imperiyasının iqtisadi əsaslarından birini də təməli 1944-cü ildə ABŞ-ın Hemoşir ştatının Bretton-Vuds əyalətində keçirilmiş BMT-nin valyuta konfransında qoyulan Beynəlxalq Valyuta Fondu (İnternational Monetary Fund // BVF) təşkil edir. Bu qurum valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, beləcə, üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, onların tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək etmək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Mərkəzi qərargahı Vaşinqtonda yerləşən BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrləri içərisindən təyin edilir. Bundan sonrakı orqan İcraedici Şuradır.

Fondun icraçı direktorlarının sayı 53-dür. BVF-da ən çox paya və səsə malik ölkələr aşağıdakılardır: ABŞ - 17.78%, Almaniya - 5.58%, Yaponiya -5.53%, Böyük Britaniya - 4.48%, Fransa - 4.98%, Səudiyyə Ərəbistanı - 3.45%, İtaliya -3.09%, Rusiya - 2.9%.

Hazırda 189 ölkə BVF-nun üzvüdür. Onun strukturlarında 133 ölkədən 2500 nəfər çalışır.

Fond əsasən iki məqsədə xidmət edir:

Tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq

Büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkələrin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi.

Qeyd edək ki, üzv ölkələrin cəlb etdikləri kreditin həcmi kvotanın 25%-dən çox ola bilməz. Bundan yuxarı həcmdə kredit verilməsi isə BVF-nun direktorunun razılığından asılıdır və bir qayda olaraq, həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin təhlili əsasında həyata keçirilir. Ümumiyyətlə, kredit müraciət əsasında və ölkənin iqtisadi durumunu qiymətləndirdikdən sonra verir. Üzv ölkələrin qarşısında məqsədli layihələrin həyata keçirməsi üçün bir sıra şərtlər qoyulmuşdur. Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra həyata keçirilir.

Üzv ölkələrin qarşısında duran şərtlər aşağıdakılardır:

Beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaşdırılmalarına, hissə-hissə üzən valyuta sisteminin tətbiq edilməsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol verməmək.

Dövrü olaraq ölkənin maliyyə və iqtisadi durumu haqqında fonda məlumat vermək, məqsədli devalivasiya siyasətinə zərurət yarandıqda, devalivasiya dərəcəsini fonda bildirmək və s.

Fonda üzv olan ölkələr üzərlərinə götürdükləri məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini dayandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviyyəsindən asılıdır.

Qurumun fəaliyyəti dünyanın bir çox analitiki tərəfindən sərt tənqidlərə məruz qalmaqda və o, verdiyi kreditlərlə ölkələrin nəinki iqtisadi müstəqilliyinə imkan yaratmır, eyni zamanda onları beynəlxalq sələm kapitalından asılı vəziyyətə salır.

Əldə olan məlumatlara görə, BVF üçüncü dünya ölkələrinin ABŞ, İsrail və Avropa mənşəli beynəlxalq şirkətlərlə sıx əlaqədə olan hərbi diktatorlarını daim dəstəkləmişdir. Hətta bəzi iddialara görə, BMF demokratiya, insan haqları, işçi haqları kimi məsələlərdə qeyri-qənaətbəxş, hətta əks bir tutum sərgiləmişdr.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin