Padşah onları İordan bölgəsində, Suqqutla Sərfan arasında gil qəliblərə tökdü.
Əşyalar o qədər çox idi ki, Süleyman onları tərəzidə çəkmədi. Misin çəkisi müəyyən edilmədi.
Süleyman Yehovanın evi üçün bütün əşyaları, qızıl qurbangah, hüzur çörəyi qoymaq üçün qızıl masa,xalis qızıldan çıraqdanlar (beşini iç otağın qarşısında sağ tərəfə, beşini sol tərəfə qoydu), qızıl qönçələr, çıraqlar və maşalar, qızıl teştlər, fitil maqqaşları, ləyənlər, camlar, xəkəndazlar, həmçinin Ən müqəddəs yer olan iç otağın qapıları və baş otağın qapıları üçün qızıl dabanlıq düzəltdi.
Beləliklə, Süleyman padşah Yehovanın evi ilə bağlı bütün işləri tamamladı. Sonra atası Davudun Allah üçün ayırıb qoyduğu əşyaları içəri gətirdi. Qızıl-gümüşü və əşyaları Yehovanın evinin xəzinəsinə qoydu”.
Yəhudilər Əhdi-Ətiqə daxil olan “1-ci Padşahlar” kitabının VII fəslində bütün bu bildirilənləri əldə əsas tutaraq, məbədin layihəsini artıq hazırlamış və yuxarıdakı sitatda adı çəkilən əşyaların da surətlərini düzəltmişlər. Maşiahın taxtı və qızıldan düzəldilmiş tacı da artıq çoxdan hazırdır.
III məbəd, mövcud olmasa da, artıq “GOOGLE map” xəritələrinə belə salınıb (https://www.youtube.com/watch?v=SaMFFqjMT7Q).