Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


Orada əbədi yaşayacaqlar”



Yüklə 1,7 Mb.
səhifə45/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   41   42   43   44   45   46   47   48   ...   97
Orada əbədi yaşayacaqlar”.

Eyni kitabın LXIX fəslinin 32-36 – cı bəndlərində isə belə deyilir:

Həlimlər bunu görüb sevinəcək.



Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin.  

Çünki Yehova fağırları eşidir,

Əsirlikdə olan xalqını unutmaz.

Qoy göy və yer,

Dənizlər və içindəki məxluqlar Ona alqış etsin. 

Allah Sionu xilas edəcək,

Yəhuda şəhərlərini təzədən tikəcək,

Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar.

Qullarının övladları oranı miras alacaq,

Adını sevənlər orada yaşayacaq”.

Sionizm ideyasının və Ərzi-Məvuda qayıdış idealının doğmasında və yəhudilərin ideoloji-siyasi hədəfi halına gəlməsində sonuncu sitatda söylənilənlərin də önəmli yeri və rolu vardır.


X FƏSİL
Farsların “Şiə hilalı”, Mehdi (ə) inancı və Sasani imperatorluğunun bərpası planı

Farsların tarixən son dərəcə qürur duyduqları üç böyük dövlətləri olub. Bunlardan birincisi e.ə. VI əsrin ortalarından b.e. 330-cu ilinədək sürən, Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən imperatorluq idi. Dövlətin əsasını Əhəmənilər (Haxamanişilər) sülaləsi qoymuşdu. II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses və III Dara bu sülalənin nümayəndələri kimi tarixə düşmüşlər. Sülaləyə və dövlətə Makedoniyalı İskəndərin  son qoyduğu bilinməkdədir.



Tarixdən məlum olan 2-ci fars dövləti Sasanilər sülaləsinin qurduğu böyük imperatorluqdur ki, sözügedən dövlət 226-cı ildən 651-ci ilə qədər mövcud olmuş, çağdaş İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Güney Azərbaycan ərazilərini əhatə etmişdir.

Sülalənin və dövlətin əsasını 226-cı ildə bugünkü İranın cənubunda yerləşən Pars (Fars) vilayətinin başçısı,  Sasan nəslindən olan Ərdəşir Papakan qoymuşdu. O 224-cü ildə Parfiya-Türk imperatoru V Artabanı məğlubiyyətə uğratmış, beləcə, Türk mənşəli Arşaklar sülaləsinin hakimiyyətinə son qoyaraq, sözügedən sülalənin hakimiyyəti altında olan bütün torpaqlara hakim olmuş, 226-cı ildə özünü Mədain şəhərində şahənşah elan etmişdi.

Əhəməni dövləti kimi bu dövlətin də dövlət dini zərdüştilik idi.

400 ildən artıq mövcud olan Sasanilər dövlətinə İslam Xilafətinin, yəni müsəlmanların son qoyduğu bilinməkdədir. 642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında müsəlmanlarla 3 gün davam edən misli görünməmiş qanlı döyüş müsəlmanların qələbəsi ilə sona çatdı. Bu döyüş İslam tarixinə "zəfərlər zəfəri" kimi düşdü. Bu döyüşdən sonra müsəlmanlar imperiyanın bütün torpaqlarını ələ keçirməyi bacardılar. Xəlifə Ömər ibn Xəttab (r) fars şahı III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən qoşun toplamasının qarşısını almaq üçün ərəb ordusuna ölkənin müxtəlif əyalətlərinə yürüşlər təşkil eməyi tapşırdı.

Tezliklə İsfahan da müsəlmanların əlinə keçdi. III Yəzdigərd qaçıır, onu təqib etməyə çalışan İslam ordusu onun şəhərləri bir-bir fəth edirdi. 642-644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin fəthi ilə farsların vaxtilə işğal etdiyi bütün torpaqlar fəth edildi.

Farsların xəlifə Ömərə (r) olan nifrətləri məhz buradan qaynaqlanır. Bu nifrət o qədər böyükdür ki, farslar bu nifrətlərini İslam Xilafətinə qarşı müxalif təlim kimi mənimsəmiş olduqları şiəlik təliminin tərkib hissəsinə çevirməkdən belə çəkinməmişlər. Həmin dövrdən şiəlik farslar arasında geniş yayılmağa başlamış və farslar onu İslam Xilafətinə qarşı ideoloji-siyasi mübarizə alətinə çevirmişlər.

Həzrət Hüseynə (r) olan böyük sevgi və 12 imam konsepsiyasının inkişafında da farsların rolu az olmamışdır. Səbəb isə o idi ki, Həzrət Hüseyn (r) fars-Sasanilər sülaləsindən olan şahzadə Şəhərbanu ilə ailə həyatı qurmuşdu. Bu fakt farslara damarlarında Həzrət Hüseynlə yanaşı Şəhrəbanunun, yəni fars Sasani şahlarının qanını daşıyan nəslin nümayəndələrini imam elan edərək müqəddəsləşdirməyə sövq etmişdir. Həmin nəslə olan münasibətlərinin, daşıdıqları fars-Sasani qanından qaynaqlandığını gizlətmək üçün bu nəslin Həzrət Fatimə (r) vasitəsilə Həzrət Peyğəmbərə (ə) uzandığı üçün xüsusi üstünlüyə sahib olduğu barədə xüsusi konsepsiya işləyib hazırlamışlar. Bu konsepsiyaya görə, Həzrət Əli (r) birinci, onun böyük oğlu Həzrət Həsən (r) ikinci, Həzrət Hüseyn isə üçüncü imam elan edilmişdir. Sonrakı imamlar isə qanlarında Şəhrəbanunun qanını daşıyan nəslin nümayəndələri, yəni Həzrət Hüseynin (r) övladları elan edilmiş, onların hakimiyyətə gətirilməsinə çalışılmışdır. Buna nail olunmayınca, onların 12-cisi kimi qələmə verilən Mehdi, Sahibəzzaman (ə) elan edilmiş, qeybə çəkildiyi bildirilmişdir. Həzrət Əli (r), Həzrət Fatimə (r), Həzrət Həsən (r) və Həzrət Hüseyn (r) Peyğəmbərin (s) Əhli-Beytinin (ev əhlinin) digər nümayəndələrindən ayrılaraq fərqli statusa qaldırılmışdır.

Qeyd edək ki, iki sözün birləşməsindən yaranan, ərəbcədəki “Əhl əl-Beyt” ifadəsinin farslaşdırılmış forması olan “Əhli-Beyt” kəlməsi ərəb dilində geniş mənada “ev əhli”, “ailə üzvləri” mənasını verməkdədir. Dar mənada, yəni, sırf dini termin kimi isə sadəcə sevimli Peyğəmbərimizin (s) ev əhlini, yəni, ailə üzvlərini əhatə etməkdədir. Kəlmə dövrümüzədək yetişmiş hədislərdə, eləcə də Qurani-Kərimdə məhz bu anlamda işlənmişdir. Sözügedən sözbirləşməsinə münasibətdə, daha doğrusu, kəlmənin kimlərə aid olması məsələsində özlərini “Əhli-Beyt aşiqləri” adlandıran şiələrlə əhli-sünnə arsında əsaslı fikir ayrılıqları mövcuddur.

Şiələr bu məsələdə aşağıdakı hədisə üstünlük verir və düşüncələrində bilavasitə ona əsaslanırlar. "Səhihi-Müslim"də yer alan və Peyğəmbərin (s) zövcəsi Aişənin dilindən nəql olunan hədisin məzmunu belədir:


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin